(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bakı finalına doğru: Avroliqa kuboku Dubayda sərgilənir

Bakı finalına doğru: Avroliqa kuboku Dubayda sərgilənir

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Ərəb Səyahət Bazarı” beynəlxalq sərgisində bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqası finalı ilə də bağlı xüsusi stend quraşdırılıb.

Futbolinfo.az xəbər verir ki, stenddə UEFA Avropa Liqası Finalı Bakı-2019-la bağlı digər məlumatlarla yanaşı, UEFA Avropa Liqası turnirinin rəsmi kuboku da nümayiş etdirilir.

Xatırladaq ki, UEFA Avropa Liqasının kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda keçirilmiş, UEFA Avropa Liqası Finalı Bakı-2019-a həsr olunmuş şou xarakterli oyunda ictimiyyətə nümayiş olunmuşdu. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdi. UEFA Avropa Liqasının kuboku Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənmişdi.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa qədər UEFA Avropa Liqasının kuboku Avropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.

Qeyd edək ki, hazırda kubokun sərgiləndiyi “Ərəb Səyahət Bazarı” sərgisi mayın 1-dək fəaliyyət göstərəcək.


 
tarix: 29-04-2019 19:03


 
Xəbər lenti
21.10.2019

01:28   Aftandil Hacıyev: “Xal itkisi limitini doldurmuşuq”

01:11   Marsel “Olimpik”indən inamlı, “Monako”dan çətin qələbə

00:58   “Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

00:47   “İnter” qalib gəldi, “Milan” yenə xal itirdi

20.10.2019

23:44  Təbriz klubu evdə məğlub oldu

23:23  Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

23:00  “Beşiktaş”ın yeni prezidenti bəlli oldu

22:47  Şeydayev ehtiyatda qaldı, “Dinamo”...

22:35  “Fənərbaxça” səfərdən 3 xalla döndü

22:17  Ayxan Abbasov: “Bizə ancaq qələbə lazım idi”

22:07  “Səbail”in ardıcıl üçüncü məğlubiyyəti - VİDEO

21:58  Meydan sahiblərinin günü

21:50  Lənkəranda kütləvi dava: azarkeşlər “Kəpəz”in futbolçusunu döydü

21:43  “Liverpul”u dayandıran tapıldı

21:24  “Zirə” “Neftçi”yə, “Səbail” “Sumqayıt”a uduzdu

20:53  “Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”

20:38  “Qarabağ”ın rəqibi səfərdə uduzdu

19:50  Zaur Həşimovlu “Zirə”nin siftəsi: 0:3 - VİDEO

19:27  Roberto Bordin: “Öz evimizin içinə baxmalıyıq”

19:15  “Bu hesab mənim işimə mənfi təsir göstərməyəcək”

18:25  İsrafilov üçün 90 dəqiqə və 3 xal

17:55  Millimiz Norveçə də böyük hesabla məğlub oldu

17:22  Emil Balayevli “Tobol” evdə uduzdu - VİDEO

17:06  “Sumqayıt”la oyuna 4 itki ilə

16:42  Nəbiyevli “Slaviya”dan səfərdə inamlı qələbə

16:20  Serhatın komandasından çətin qələbə

15:50  “Napoli”dən inamlı qələbə - VİDEO

15:33  Hərəyə 3 qol, 1 xal - VİDEO

15:15  Əliyevli “Ximki” səfərdən xalsız döndü

15:04  “Yuventus”dan çətin qələbə - VİDEO

14:55  “Çelsi”yə 1 qol bəs etdi - VİDEO

14:33  Ayaz oynamadı, “Spartak” yenə xal itirdi

14:15  “Mançester Siti”dən inamlı qələbə - VİDEO

13:54  Xəlilzadə üçün təmkinli qərar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az