(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Divizionda qumar əməliyyatı: sifariş Moskvadan gəlir

Divizionda qumar əməliyyatı: sifariş Moskvadan gəlir

AFFA ən doğru qərarı verdi. Hər iki klub bu cəzaya layiq idi. Biri onsuz da uduzub yarışdan kənarlaşmışdı, o biri isə bunu saxta yollarla etməkdə günahlandırılırdı.
 
Assosiasiya hələlik detalları açıqlamayıb. Lakin qərardan görünür ki, 30 min manat qarşılığında könüllü məğlubiyyətlə bağlı deyilənlər doğrudu. Bütün komanda olmasa da, məğlublardan kimlərsə bu olaylara qarışıb. Və nəticə manipuliyasiya edilibsə, hər iki tərəf günahkardı - alan varsa, satan da var.
 
Region Liqasının 2-ci pley-off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından sonra birincilərin quruma ünvanladığı müraciət əsasında aparılan araşdırmanın yekun qərarı belədi. İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klublarını cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb. Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.
 
Alqışlayırıq, əladı. Bu addım digərlərinə də dərs olar. Ancaq maraqlı olan AFFA-nın divizionla bağlı susqunluğudu. Region Liqasında adi müraciətə bu qədər həssas yanaşan qurum görəsən, qumarın baş alıb getdiyi digər yarışa niyə biganədi?
 
Əslində, biganə deyil. UEFA-dan gələn siqnallar AFFA-nı da kifayət qədər narahat edir. Sadəcə, vəziyyət o qədər faciəvidi ki, olaylara müdaxilə etmək imkanı qalmayıb. Hamı alır, hamı satır, hamı qumar oynayır – ya komanda, ya da fərdi qaydada bütün iştirakçıların nədəsə rolu var. Cəzalandırmaq lazım gəlsə, divizion bütünlüklə ləğv edilməlidi, kimisə kimdənsə ayırmaq mümkün deyil. Belə kütləvi cəzalar isə bu gün mümkün deyil. Bakı Avropa Liqasının finalını qəbul etməyə hazırlaşır. Vacib oyun ərəfəsində səs-küylü qərarlar ciddi rezonans doğurar. Yoxsa ki, bu alverdən hamı xəbərdardı.
 
Sıravi azarkeşlər belə divizionda nələrin olduğunu bilirsə, deməli, AFFA-dakılar da olayların miqyasından xəbərdardı. “Bolşe”yə, “qol-qol”a, birinci hissəni bir, oyunu başqa komandanın udmasına, əmsalı böyük olanın sürpriz qələbəsinə - pul yatırılan bütün bu variantlar artıq adiləşib. İndi qumarbazlar konkret matçın nətisinə pul yatırır, hətta hansı dəqiqələr aralığında daha çox qurulacağına “stavka” edirlər.
 
AFFA rəhbərliyi xəbərdar olar, bilmirlərsə, redaksiyamıza daxil olan informasiyalardan birini də biz verək. Hazırda Moskvada yaşayan, şəmkirli olduğu deyilən qrup bazara ciddi nüfuz edib. Onlar müəyyən əlaltılar vasitəsi ilə oyunların nəticəsini müəyyənləşdirmək üçün konkret məbləğ göndərirlər. Bəzi futbolçular arasında göndərilən 20-30 min manat bölüşdürülür, onlar da sifarişi yerinə yetirirlər. Sifarişçinin nə qazandığı özlərinə bəllidi, amma “stavka” etdikləri nəticənin təmin edilməsi üçün konkret “maaş” müəyyənləşdiriblər. Pul alınır, bölüşdürülür, lazım olan nəticə təmin edilir.
 
Ümid edirik ki, Region Liqası ilə bağlı qərar danışılmış oyunların kökünün kəsilməsi üçün yeni dalğanın startı olacaq. AL finalından sonra divizionla bağlı konkret addımlar gözləyirik. Təbii ki, “Füzuli” – “FC Baku” matçının detallarının açıqlanmasını da...
 
FƏRİD

 
tarix: 30-04-2019 09:00


 
Xəbər lenti
16.12.2019

18:00   “Neftçi” “Sumqayıt”a qarşı - YENİLƏNİR

18:00   23 yaşında 200-cü oyununu keçirdi

17:43   44 illik rekord yeniləndi

17:19   Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:51   Azərbaycan kubokunda 4 debüt

16:32   Prosineçki iyə gəlir

16:28   Avroliqada 1/16 finalın püşkü atıldı

15:47   5-ci dəfə “Palmeyras”ın “sükanı arxasına” keçdi

15:20   ÇL-də 1/8 final mərhələsinin püşkü atıldı

14:50   Balayevin komandasında 3 yeni futbolçu

14:24   Van Bommel istefaya göndərildi

14:08   ÇL-də qrup mərhələsinin rəmzi komandası - FOTO

13:44   “Zirə”nin 50-ci heç-heçəsi

13:22   Milli komandada baş məşqçi istefası

13:04   Fransa klubu bir oyunda iki futbolçusunu itirdi – Mövsümü başa vurdular

12:42   “Fənərbaxça”lı üçün mövsüm erkən bitdi

12:23   Prosineçki Azərbaycana qayıdır? – “Hər şey mümkündü, görəcəyik”

12:02   Rəcəb Tayyib Ərdoğan AÇ-2020 üçün Bakıya gələcək

11:31   “Sabah”ı Kolumbiya klubuna dəyişə bilər

11:03   Dadaşov oynadı, komandası “Braqa”ya qalib gəldi

10:47   İsrafilov qovuldu, oyun yarıda qaldı

10:32   Nizamnamə dəyişikliyi: Məmmədovun Musayev planı

10:16   Ufuk Budak üçün 90 dəqiqə və 1 xal

10:00   “Sabah” “Audi Cup”da çıxışını başa vurdu

09:44   “Azərbaycanı Botsvanada mənə görə yaxşı tanıyırlar”

09:31   Paşayevin komandasından səfər qələbəsi

09:18   Riçard Qadze: “Bu oyun çempionatdakılardan daha vacib idi”

09:00   “Qəbələ” işin yarısını gördü, “Sabah”...

02:14   PSJ-dən darmadağın

02:03   “Real” Valensiyadan 1 xalla döndü

01:52   Lider büdrədi, “Yuventus” qalib gəldi

15.12.2019

23:01  Lider səfərdən xalsız döndü

22:34  MS “Arsenal”a qalib gəldi, MY xal itirdi

22:03  “Fənərbaxça” səfərdə, “Beşiktaş” evdə uduzdu

21:00  150-ci dəfə qələbə sevinci yaşadı

20:13  “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36  Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13  Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52  Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26  “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06  Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58  Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49  Yalnız Peyman Babayi

16:12  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51  “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15  Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46  “Napoli”də ciddi itki

12:59  Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02  “Bavariya”da 300-cü oyun

11:09  Turabovun komandası səfərdən 1 xalla döndü

10:24  Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17  Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54  “Barselona” səfərdə xal itirdi

01:41  “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02  Marsel “Olimpik”i səfərdə xal itirdi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az