(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Hakimi söyənlərə sərt cəza, “Sumqayıt”a texniki məğlubiyyət

Hakimi söyənlərə sərt cəza, “Sumqayıt”a texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqaısında “Səbail” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elçin Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 60-cı dəqiqəsində “Sumqayıt”ın digər futbolçusu Cavidan Abbaszadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 84-cü dəqiqəsində “Sumqayıt”ın daha bir futbolçusu - Cəlal Cəbrayılov da hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-17 Liqasında “Tufan” – “Mil-Muğan” matçının 57-ci dəqiqəsində “Tufan”ın futbolçusu Ramin Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” İK İB – “Sumqayıt” FK matçında “Sumqayıt” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasında “Sumqayıt” – “Zirə” matçının 69-cu dəqiqəsində “Zirə”nin futbolçusu Asəf Əliyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Murad Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırdığı üçün 3 oyun cəzalanıb.

U-15 Liqasının “Neftçi” PFK – “Zaqatala” FK matçında “Zaqatala” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasının “Sabah” – “Qəbələ” matçının 41-ci dəqiqəsində “Sabah”ın futbolçusu Ayxan Qələndərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Qızlar Liqasının “Fidan” (Bakı) – “Gömrükçü” FK (Bakı) matçının 54-cü dəqiqəsində “Fidan”ın futbolçusu Leyla Ağayeva hakimi təhqir etdiyinə görə 2 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın U-19 – “Ulduz” matçının 29-cu dəqiqəsində U-19-un futzalçısı Vladislav Reznov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Füzuli” – “Sovetski” matçının 29-cu dəqiqəsində “Sovetski”nin futzalçısı Elman Verdizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Baker Tilly” matçının 7-ci dəqiqəsində “Baker Tilly” klubunun futzalçısı Rəşad Səttarzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Obolon” – “Borçalı” matçının 20-ci dəqiqəsində “Borçalı”nın futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Rəvan” – “STAR karqo” matçının 26-cı dəqiqəsində “STAR karqo”nun futzalçısı Səbuhi Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Araz” – “Neftçi” matçının 16-cı dəqiqəsində “Neftçi”nin futzalçısı Rüfət Balakişiyev kobud oyuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Neftçi” – EKOL matçı başa çatandan sonra EKOL-un futzalçısı Emin Kürdov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Neftçi”nin futzalçısı Rüfət Balakişiyev tribunadan hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanıb.


 
tarix: 30-04-2019 14:04


 
Xəbər lenti
10.12.2019

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az