(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sumqayıt”da xaos: baş məşqçi futbolçuları üsyana qaldırır, menecer oyunu unudur

“Sumqayıt”da xaos: baş məşqçi futbolçuları üsyana qaldırır, menecer oyunu unudur

“Sumqayıt” ötən həftəyə damğa vurdu. Hansısa uğuruyla yox, klubdaxili problemləri ilə.
 
Dünən AFFA İntizam Komitəsinin növbəti iclasında qəbul edilən qərarlardan bəlli olur ki, klubda hər şey qaydasında deyil, ciddi qüsurlar var. Ya idarətmədə yanlışlıqlar mövcuddu, ya da nizam-intizamla bağlı hər şey qaydasında deyil. Bəlkə də başdan-ayağa xaosdu.
 
Komitənin qərarına əsasən, Gənclər Liqasında “Səbail” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində qonaqların etdikləri onlara baha başa gəlib. “Sumqayıt”ın futbolçusu Elçin Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Həmin vaxt digər futbolçu Cavidan Abbaszadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb ki, bu da onun 4 oyunluq diskvalifikasiyasıyla nəticələnib. Oyunun 84-cü dəqiqəsində “Sumqayıt”ın daha bir futbolçusu - Cəlal Cəbrayılov da hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb və o da 4 oyun cəza alıb. Üstəlik, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
Bir komandadan 4 nəfər oyundan qovulursa, hətta baş məşqçi də siyahıdadısa, deməli, klubda heç nə qaydasında deyil. Hətta hakim səhvi varsa da, ona bu qədər aqressiv reaksiya verilməsi doğru deyil. Bu, faktiki bir klubun AFFA-ya üsyanıdı. Klub prezidenti Riad Rəfiyev hakimlərin bariz səhvlərini də malaladığı halda, məşqçisi üsyana başçılıq edir, futbolçularına nümunə olur, onlar da eyni hərəkəti edir. Bu gənclər Aqil bəydən futbol, taktika yox, etiraz metodlarını əxz edirlər.
 
Əldə etdiyimiz məlumata görə, artıq klubdaxili iclasda bu ölayla bağlı ölçü götürülüb. Həm məşqçi, həm də qırmızı vərəqə alan futbolçularla söhbət edilib, onlar intizam kodeksinə əsasən cəzalanıb.
 
İntizam Komitəsinin “Sumqayıt”la bağlı çıxardığı digər qərar isə gözlənilməzdi. U-17 Liqasında “Neftçi” İK İB-lə səfər matçında iştirak etməyən “Gənclik şəhəri” təmsilçisi 0:3 hesablı texniki məğlubiyyət alıb. Ona görə gözlənilməz sayırıq ki, sumqayıtlılar uşaq liqalarına həssas yanaşır, indiyədək oxşar hallar yaşanmayıb. Yalnız bir dəfə komandanı oyuna aparan avtobus xarab olduğundan futbolçular matç saatına yetişməmiş və məğlubiyyət almışdı.
 
Texniki məğlubiyyətin səbəbini klubdan dəqiqləşdirdik və bəlli oldu ki, klub meneceri Fərhad Həsənovun səhlənkarlığı üzündən komanda uduzub. O, oyun saatını səhv salıb, komanda məşqçilərini düzgün məlumatlandırmayıb və yubanıblar. Belədə isə məğlubiyyət qaçılmaz olub.
 
Təbii ki, peşəkar klubda ən adi yanlışlığa yol verilməməlidi. Sistemli iş qurulubsa, ümumiyyətlə, bir nəfərdən asılılıq olmamalıdı. Amma “Sumqayıt” Fərhad bəyin yaddaş probleminə qurban gedirsə, yeganə günahkar o deyil. Stadionda, klub bazasında bir lövhədə oyun saatları yazılmalı, mütəmadi izlənməli, dəqiqləşdirilməli, məşqçilər də bundan xəbərdar olmalıdı. Bu yoxdursa, deməli, fərdlərdən asılı olan klub günahkardı.
 
Kluba yeni idman direktoru təyin olunan Hakan Sünal fəaliyyətə avqust ayından başlayacaq. O, hazırda vəziyyətlə tanış olur, seçimlər aparır, gələn mövsümün strategiyasını müəyyənləşdirir. Ümid edirik, bu mütəxəssisin vaxtında belə hallar olmayacaq, “Sumqayıt” peşəkar kluba çevriləcək.
 
FƏRİD

 
tarix: 01-05-2019 09:36


 
Xəbər lenti
16.07.2019

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az