(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Samir Abasov: “Kuboku “Sumqayıt”ın qazanmasını arzu edirəm”

Samir Abasov: “Kuboku “Sumqayıt”ın qazanmasını arzu edirəm”

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

- Nəsə demək çox çətindi. Oynayan bir komanda idi, finala çıxan başqa komanda. Futbolçularım hər şeyi yaxşı etdi. Həddindən artıq istəkli idik. Ancaq buraxdığımız 1-ci qol bizi bir az ruhdan saldı. İkinci hissə yaxşı oynadıq. Bəlkə də, vaxt çatmadı 4-cünü vuraq. Bu cür oynasaq, bəzi dəyişikliklər olsa, yaxşı komandamız var. Bu mövsümü uğursuz saya bilərik. Futbolçulara da nəsə deməyə haqqım çatmır. Nə bacarırdılarsa, etdilər. Gələcəyə ümidlə baxırıq.

- Sizin uduzduğunuz komanda, adətən finalda kuboku qazanır. Sizcə, bu mövsüm də "Sumqayıt" finalı qazana bilərmi?
- Bundan sonra "Sumqayıt"ı dəstəkləyirəm. Arzum odu ki, kuboku onlar qazansın.

- Ötən mövsüm legioner azlığından şikayətçi idiz. Ancaq bu mövsüm əlinizdə çoxlu legioneriniz ola-ola bir uğur qazana bilmədiz...
- Mən "Zirə"yə gələndə komanda birinci yerdə deyildi. Komanda yaratmaq üçün vaxt lazımdı. Mən götürdüyüm legionerlər yanvarda bizə qoşuldu. Onlar özlərinə gəlincə vaxt getdi. Komandadan, durumumuzdan razıyam. "Sumqayıt"dan fərqli şəraitdəyəm.

- Razı olardızmı ki, əvvəlki 3 qələbəni verib, bu gün qalib gələrdiz?
- O cür istəklə qapında qol görürsənsə, deməli bu gün qismətimiz deyildi.

- Bilal Həmdi və Pərdisi oyuna sonradan daxil etdiz...
- Bilalın zədəsi var idi. Əsas heyətdə buraxsaydım, risk almış olardım. Meydana yarımcan çıxmışdı. Hesab məcbur etməsəydi, Bilal bəlkə də, meydana daxil olmazdı.

- Səfər qolunun ləğv olunmasının tərəfdarısızmı?
- Kaş, bu oyundan əvvəl ləğv edərdilər.

- Şans verilsə, komandada dəyişikliklər olacaqmı?
- Əlbəttə, gedənlər də, gələnlər də olacaq. Ancaq əvvəlcə rəhbərliklə oturub danışırıq, sonra qərarlar veririk. 

- İsmayıl Fofananı milliyə namizəd görmüşdüz. Ancaq bu gün onu tez əvəz etdiz. Milli bu qədərmi zəifdi?
- Bu, zarafat idi. Jurnalistlərlə zarafat etməyi xoşlayıram. Fofana da pis futbolçu deyil.


 
tarix: 01-05-2019 22:24


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az