(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ayxan Abbasov: “Bu fikrə heç vaxt inanmamışam”

Ayxan Abbasov: “Bu fikrə heç vaxt inanmamışam”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:3 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Bilirdik ki, bu il Sumqayıt şəhərimizin 70 illiyidi. Finala çıxmaq, şəhər adına gözəl nailiyyətdi. Uşaqlar bunu bacardı. Mövsümün əvvəlində desəydilər ki, mövsümün sonunda "Sumqayıt"la finalda olacaqsız, inanmazdım. Həyat süprizlərlə doludu. İlk oyunda bərabərə qalmışdıq, qol vurmalıydıq. Dünən Peyman Babayi məşqdə ağır zədələndi. Həkimlər müayinədən sonra oynaya biləcəyini dedi. Hər şeydə bir xeyir var. Bu gün gənc və yerli futbolçular onlara inanmaq lazım olduğunun siqnalını verdilər. Bura gələndə çətin olacağını bilirdim. Ancaq yoxlamaq istədim. Və gördüm ki, yaxşı kollektiv yaratmaq olur. Finalda da yaxşı mübarizə aparacağıq.

- Bu gün risk etdiz. "Neftçi"ni məğlub etdiyiniz heyətlə bu heyət fərqli idi. Uduzsaydınız, tənqid olunacaqdız...
- Əvvəlcədən oyunlar üçün heyətləri qururuq. Kubok oyununa görə bəzi futbolçulara istirahət vermişdik. Udan heyəti dəyişməmək kimi bir fikrə heç vaxt inanmamışam.

- Avrokuboklara vəsiqə qazansaz, legionerlər cəlb olunacaqmı?
- Final lotoreyadır. Çalışacam ki, avrokuboklar haqda danışmayam. Qarşıda çətin oyunlarımız var. Yaydan sonra rəhbərliklə fikir mübadiləsi olacaq. Növbəti mövsüm üçün hədəflərimizdən danışacağıq.

- Belə bir uğuru Zirədə qazanmaq, sizin üçün xüsusi bir hiss yaradırmı?
- Bura mənim üçün doğmadı. Ancaq indi "Sumqayıt"dayam. Bu komandada uğur qazanmaq istəyirəm.


 
tarix: 01-05-2019 22:36


 
Xəbər lenti
24.07.2019

00:48   Avropa Liqası: “Astana” yenə qələbəyə həsrət qaldı

00:20   Çempionlar Liqası: PSV-dən çətin qələbə

23.07.2019

23:31  “Futbolçulardan istədiklərimi tam ala bilmədim” - Samir Abbasov

23:02  Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

22:44  “Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır

22:04  Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

21:20  AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi

20:55  “Qəbələ” - “Dinamo” matçı 1 manata

20:40  Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

20:26  Zidan: “Beylə hörmətsizlik etməmişəm”

20:12  Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

19:49  “Zirə”dən Rumıniya klubu ilə heç-heçə

19:00  “Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

18:30  “Atletiko”dan ayrılan futbolçu rəsmən “Flamenqo”da

18:00  “Qəbələ” önündə şansımız yüksəkdi”

17:43  “Neftçi”dən “Zirə”yə 8 qol

17:31  “Səbail”də toplanış dərdi: “Maliyyə ilə bağlı problemlərimiz var”

17:21  “Neftçi”nin hər iki oyunu canlı yayımda

17:10  Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi

17:00  “Borussiya”nın yetirməsi Super Liqa klubunda

16:42  İbrahimoviçi cəza gözləyir - Rəqibinin sümüyünü sındırıb

16:20  “Dandalk” - “Qarabağ” matçı canlı yayımda

16:00  “Dandalk”ın baş məşqçisi: “Qarabağ” “Riqa” deyil”

15:41  “Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

15:22  “Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

15:00  Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

14:41  Millimiz Macarıstana qalib gəldi

14:20  Berdıyev Şeydayevin baş məşqçisi ola bilər

14:00  “Barselona”nın sabiq üzvü Braziliya klubunda

13:40  Fransa millisinin üzvü La Liqa klubunda

13:20  Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

13:00  “Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az