(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Riçard Almeyda: “Bu, bəzən söyüş həddinə çatır”

Riçard Almeyda: “Bu, bəzən söyüş həddinə çatır”

“Düşünürəm ki, çox gözəl oyun göstərdik. Kollektiv şəkildə baxımlı futbol oynadıq, baş məşqçinin bütün istədiklərini həyata keçirməyə çalışdıq. Məncə, bu, bizdə alındı. Amma bir səhv nəticəsində təəssüf ki, finala adlaya bilmədik".

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" ilə keçirilən cavab görüşündən sonra deyib. Səfərdə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bu gün qələbə qazansa (2:1) da mübarizəni dayandırıb. Almeyda artıq bu matçı unutmalı olduqlarını vurğulayıb: 

"Bizim üçün bütün oyunlar vacibdi. Təəssüf ki, bu gün finala çıxmaq şansını əldən verdik. Kim finalda oynamaq istəməz? Ancaq bu, alınmadı. Üç gün sonra "Səbail"ə qarşı daha bir vacib matçımız olacaq. Artıq bunu unudub həmin görüşə hazırlaşacağıq".

Milli komandamızın üzvü vurduqları hər iki qoldan sonra "Qəbələ"nin təhlükəli hücumlar qurmasına da münasibət bildirib: "Qəbələ" bu gün bütün ümidini əks-hücumlara bağlamışdı. Buraxdığımız qol epizodunda da demək olmaz ki, vəziyyəti onlar yaratdı. Müdafiəçinin uzun ötürməsindən sonra fərqləndilər. Bizim isə daha bir neçə qol şansımız oldu. Fikrimcə, daha 1-2 top vura bilərdik".

Braziliyalı orta sahə oyunçusu Topaz Premyer Liqasındakı mübarizə barədə də danışıb. O, çempionluq titulunu rəqibin sırf "Neftçi" olmasına görə arzulamadıqlarını söyləyib: "Futbolçu rəqibdən asılı olmayaraq, hər zaman titul qazanmaq istəyir. Rəqibin "Neftçi" və ya başqa komanda olmasını düşünmürük. Titul istənilən halda tituldu. Azarkeşlər arasında gərginlik ola bilər. Bu, hətta bəzən söyüş həddinə çatır. Ancaq biz futbolçu olaraq meydanda bir-birimizə hörmətlə yanaşmalıyıq. Təkcə "Neftçi" yox, "Qəbələ" də bizim rəqibimiz sayılır".

30 yaşlı futbolçu oyun zamanı bir neçə dəfə yaranmış gərginliyə də münasibət bildirib. O, xüsusən də, qarşılaşmadan sonra komanda yoldaşı Miçelin qırmızı vərəqə almasından danışıb: "Miçel bir az çılğın futbolçudu. Stankoviç isə təxribatı xoşlayan oyunçudu. Ancaq məğlub olmağı da bacarmaq lazımdı". (matc.az)


 
tarix: 02-05-2019 09:16


 
Xəbər lenti
24.10.2019

00:09   Azərbaycan - Moldova 3:1 - VİDEO

23.10.2019

23:45  Millimizin baş məşqçisi: “Bunu bacaracağımıza inanıram”

23:39  “Azərbaycanla oyunda ən azı 1 xala layiq idik”

21:46  Yığmamız Moldovaya qalib gəldi

20:55  Vüqar Nadirov idman direktoru təyin olundu

19:34  “Dinamo” Ramil Şeydayevdən imtina edir

19:00  Noyer Kana çatdı

18:52  Roman Bezyak: “Bu, bizim oyunumuza təsir etməyəcək”

18:42  Tomas Toll: “Oyundan sonra gülən mən olacam”

18:17  Millimiz Moldovaya qalib gəldi

18:10  Millimiz Farer adalarına da uduzdu

17:52  Dibala ilk “5-lik"də

17:35  “Səfərlər uzun olsa da, nəticələr yaxşı idi” - Eddi İsrafilov

17:17  “Liverpul”da iki itki

16:54  Millimizin sabiq üzvü atası barədə: “Edam olunmalıdır!

16:38  Millimizin futbolçuları oteldə siqaret çəkiblər! – AÇIQLAMA

16:16  APOEL-in heyətində rotasiya

15:54  Təxirə salınan “el klasiko”nun vaxtı bəlli oldu

15:33  APOEL artıq Bakıdadı

15:15  Birinci Divizionda 8-cu turun hakimləri

14:56  Premyer Liqada 9-cu turun hakim təyinatları

14:30  Mbappe Messinin rekordunu qırdı

14:06  “Bavariya”da daha bir ciddi itki

13:46  PSJ-dən darmadağın - VİDEO

13:32  “Bavariya”dan çətin qələbə - VİDEO

13:21  Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb”

13:14  Qurban Qurbanov: “Üstünlüyü bunda axtarmalıyıq”

13:01  Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə

12:50  “Tottenhem”dən 5 cavabsız qol - VİDEO

12:44  Yığmamız Moldovaya qarşı

12:36  MS “Atalanta”nı qol vurmasına peşman etdi - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az