(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Sürpriz finalçılar

Sürpriz finalçılar

Mövsüm başlayanda ölkə kubokunun finalında “Qəbələ”ylə “Sumqayıt”ın oynayacağını çox az adam proqnozlaşdırardı. Təbii ki, “Qarabağ”la “Neftçi”dən ən azı birinin həlledici matça vəsiqə qazanacağı, hətta titula yiyələnəcəyi daha inandırıcıydı. Amma kubok yarışı fərqlidi, burada seçilən düzgün strategiya məqsədə çatmağa kömək edir.
 
 “Qəbələ” və “Sumqayıt” bu finala layiq idi. Çünki onlar favoritləri özləri sıradan çıxardılar – “Sumqayıt” hələ qışa kimi “Neftçi”ni dayandırmışdı, indi də “Qəbələ” çempionatın liderini finalsız qoydu.
 
“Qəbələ” bir az da bəxt sayəsində buna nail oldu. “Qarabağ” dünən rəqibindən qat-qat üstün oynadı, sadəcə, qol fürsətlərini boşa verdiyi üçün cəmi 2 dəfə toru silkələdi. Səfərdə 0:1 hesabıyla uduzan ağdamlılar 1 saat tamam olmamış bunun əvəzini artıqlaması ilə çıxmışdı. Yarımmüdafiə xətti əla görünürdü, müdafiə isə təzyiqdən uzaq qalmışdı. Yalnız standart vəziyyətlər zamanı “Qəbələ” rəqib azarkeşləri həyəcanlandırırdı.
 
Bir anlıq arxayınlaşma isə “Qarabağ”ın başına bəla oldu. Donald Geryə arxaya ötürmə edərkən səhvə yol verdi və Davit Volkov şansı qaçırmadı. 1:2 hesablı məğlubiyyət qonaqları qane etdiyindən qalan dəqiqələrdə onlar ustalıqla vaxt “öldürdülər”.
 
“Qarabağ” bu mövsüm də qızıl dubl edə bilməyəcək. Çempionluğu rəsmiləşdirmək üçün günlər sayan ağdamlılar ölkə kubokunu başqasının qaldırmasına imkan verdilər. Ardıcıl 2-ci il finala çıxan “Qəbələ”ninsə rəqibi yenə autsayder olacaq. Ötən il Qəbələdə çempionatın 7-cisinə boyun əyən “qırmızı-qaralar” bu dəfə də sondan 2-ci olanla üz-üzə gələcək.
 
“Sumqayıt” tarixində ilk dəfə final oynayacaq. Bu matç avrokuboklara sonuncu vəsiqənin sahibini də müəyyən edəcəyindən Naxçıvandakı duel çox maraqlı olacaq. Bəlkə də Ayxan Abbasovun yetirmələri finala yüksəlməklə boyundan hündürə tullanıb, lakin daha yaxşısına şans varkən sonadək mübarizə aparacaqlar.
 
“Zirə” ilk oyunda səfərdə qolsuz heç-heçəyə razılaşarkən üstünlük qazanıbmış kimi görünürdü. Lakin evdə buraxılan hər qolun əvəzini artıqlaması ilə çıxmaq lazım olduğundan ehtiyatlı oynamaq gərək idi. Qismətdən qonaqlar hələ 19-cu dəqiqədə arzusuna çatdı, fasiləyə yollanarən isə Peyman Babayi het-trik müəllifi idi.
 
Samir Abasov oyunu düz qurmamış, düzgün heyət seçməmişdi. Hələ fasilə ərəfəsində bunu başa düşdü, 2 dəyişikliyi birdən etdi. İkinci hissə başlayan kimi “Zirə” dəyişilmiş oyun tərzinin faydasını gördü. Amma baş məşqçinin çoxdan siyahıdan sildiyi, indisə məcburiyyətdən oynatdığı Pərdis Fərcad-Azadı 47-ci dəqiqədə vurduğu qolun davamı çox gec gəldi. Ayxan Abbasov bütün komandanı müdafiəyə çəkəndən sonra “qartallar” riskə getdi, meydanda 3 müdafiəçi saxladı. Ardıcıl hücumlar 84-cü dəqiqədə növbəti qolla nəticələndi, son saniyələrdə isə hesab bərabərləşdi. Bəlkə də daha bir neçə dəqiqə “Zirə”nin qələbə qoluna səbəb olacaqdı, lakin zaman yetmədi və qəsəbə təmsilçisinin avrokubok həsrəti uzandı.
 
Bu matçı Abbasovla Abasovun dueli kimi də dəyərləndirmək olar. Samir bəy yerli futbolçularla işləməkdən bezib “Sumqayıt”dan qaçmışdı və legionerlərdən qurulan güclü heyət istəyirdi. Ayxan bəy isə əks marşrutla yollanmışdı və daha zəif komandanın başındadı. Lakin yenə də qələbə qazanan Abbasov oldu. Deməli, güclü heyət hələ qələbə demək deyil. Daha çox işləyən, daha çox əzyyət çəkən sevinir.
 
Abbasovun qışda heyətə gətirdiyi oyunçular özünü doğruldub. Amma eyni sözləri rəqib haqda da demək olar. Xüsusilə Əmir Ağayev və Peyman Babayi Ayxan bəyin üzünü ağ edən oyunçulardı. Elitada qalmaq problem böyük ölçüdə həllini tapmaq üzrədi. Finala vəsiqəni isə bonus saymaq olar.
 
Bu yerdə “Sumqayıt” rəhbərliyi də alqışlanmalıdı. Onların ən böyük uğuru ən çətin vaxtlarda Abbasova arxa çevirməmələri, inanmaları oldu və bu gün həmin addımın xeyrini görürlər. “Sumqayıt” tarixinin ən böyük uğuruna yaxındı. Abasov isə özünü sübut etmək üçün gələn mövsümü gözləyəcək.
 
Gənc məşqçilərin finaldakı dueli maraqlı olacaq. Sənan Qurbanov və Ayxan Abbasovun hər ikisi tarixə düşməyin astanasındadı. Onlar həm özlərinin, həm də klublarının ilk titulunu qazanmaq üçün Naxçıvanda tər tökəcək.
 
AĞA

 
tarix: 02-05-2019 09:00


 
Xəbər lenti
16.09.2019

16:09   UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46   Süleymanov 80-ci oldu

15:24   “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07   “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45   “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24   PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08   Fernando: “Bakı səfərinə hazırıq”

13:35   “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24   “Zirə”nin futbolçusundan 10-cu qol

13:11   “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03   “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50   “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40   Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23   Millimizin heyətində dəyişiklik edildi

12:01   400-cü ev qolu

11:43   Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20   “Qarabağ”dan iki rekord

10:56   Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40   “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37   Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29   Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14   Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

10:00   Novruzov 90 dəqiqə oynadı, komandası...

09:49   Beqoviç peşman deyil: “Yanvara qədər müqaviləm var”

09:37   Zubir vəd vermədi: “Büdrəməməyə çalışacağıq”

09:25   İsrafilovsuz “Albasete” 4 cavabsız qola üzüldü

09:12   “Traktor” səfərdən 1 xalla döndü

09:00   “Hesabıma köçürmə olmadı” - Gerye “Qarabağ”da niyə qalmayıb?

01:09   Meydan sahibləri üçün qara gün

00:55   “Monako” Marsel “Olimpik”inə məğlub oldu

00:44   “Milan” səfərdə, “Roma” doğma meydanda qələbə qazandı

00:05   “Trabzonspor” evdə xal itirdi

15.09.2019

23:42  Bundesliqada qonaqların günü

23:23  Azərbaycan derbisində “Qarabağ” sevindi - VİDEO

23:09  Qurban Qurbanov: “Bu, məni narahat edir”

22:57  Roberto Bordin: “Qarabağ” bizdən güclüdü”

22:22  “Qarabağ”la “Neftçi” də bacarmadı

21:44  “Everton” uduzdu, “Arsenal” xal itirdi

20:55  Tərlan Əhmədov: “Biz də hər matçda belə oynamalıyıq”

20:47  “Heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl”

20:28  “Keşlə” - “Səbail” matçında 3 qol - VİDEO

19:53  “Barselona”nın futbolçusu La Liqanın tarixinə düşdü

19:34  Nazarov üçün 66 dəqiqə və 3 xal

18:50  Emil Balayevli “Tobol”a 1 qol bəs etdi - VİDEO

18:36  Neymar: “PSJ-dən ayrılmaq istədiyimi hər kəs bilirdi”

18:09  “Sevilya” Bakıya qələbə ilə gəlir - VİDEO

17:23  “Atletiko”nu dayandıran tapıldı - VİDEO

16:56  Ufuk Budakın komandası ilk qələbəsini qazandı

16:34  “Barselona” - “Valensiya” matçında 7 qol - VİDEO

16:11  Nəbiyevli “Slaviya” 3 xalı 4 qolla qazandı

15:32  “Beşiktaş”dan 4 oyuna 2-ci məğlubiyyət - VİDEO

15:11  “Qalatasaray”ın futbolçusu əməliyyat olundu – 2 ay olmayacaq

14:48  PSJ Neymarla sevindi - VİDEO

14:09  Millimizin üzvü 6 cavabsız qola sevindi

13:45  “Yuventus”dan ilk xal itkisi - VİDEO

13:26  Əliyev üçün 65 dəqiqə və 3 xal

13:03  “Real” 3 xalı 3 qolla qazandı - VİDEO

12:48  Dadaşovun komandası 4 qola üzüldü

12:33  Dili kəsilən “Sumqayıt”, dəyişməsi vacib olan “Sabah”

12:26  “Liverpul”dan ardıcıl 5-ci qələbə - VİDEO

12:04  “Beqoviç daim oynasa, milliyə dəvət şansı qazanacaq”

11:57  Tiqrucadan etiraf: “Qol epizodunda top əlimə dəymişdi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az