(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Stankoviçin 3-cü finalı: “Bu dəfə kuboku qazanacam”

Stankoviçin 3-cü finalı: “Bu dəfə kuboku qazanacam”

"Qarabağ"a qarşı bu meydanda oynamaq çox çətindir. Sevindirici haldır ki, yetərincə qol vəziyyətimiz oldu. Rəqib birinci hissədə baxımlı qola imza atdı. Biz isə fasilə ərəfəsində iki dəfə yüzfaizlik qol şansını əldən verdik. Fasilədən sonra da gərgin mübarizə oldu, rəqib daha bir qol vurdu. Buna baxmayaraq, sona yaxın ələ düşən fürsətdən yararlandıq və finala vəsiqə qazandıq. Rəqib hətta 2:0 hesabı ilə öndə olarkən də bilirdik ki, 1 qol bizi finala daşıyacaq. Əsl xarakter nümayiş etdirdik və lazım olan topu vurmağı bacardıq" - bu sözləri "Qəbələ"nin futbolçusu Voislav Stankoviç deyib.
 
32 yaşlı futbolçu rəqibin yarımmüdafiəçisi Miçelin qarşılaşmadan sonra qırmızı vərəqə almasına da münasibət bildirib: "Onlar qol vurduqları zaman necə sevinirdilərsə, mən də hakimin final fitindən sonra sevincimi göstərdim. Ancaq Miçel yaxınlaşaraq məni əllə qəsdən vurdu. Halbuki ona heç nə deməmişdim. Sadəcə, sevincimizi azarkeşlərimizlə bölüşməyə çalışırdım. Ona görə də arada gərginlik yaşandı. Final oyununa maksimum dərəcədə hazırlaşmaq lazımdır".
 
Serbiyalı müdafiəçi ardıcıl 3-cü dəfə finala çıxdıqlarını və əvvəlki iki görüşdə uduzduqlarını da xatırladıb. Ancaq o, bu dəfə tilsimi qıracaqlarını düşünür: "Qəbələ"nin heyətində iki dəfə Azərbaycan kubokunun finalında oynamışam və hər ikisində məğlub olmuşam. Fikrimcə, üçüncü cəhddə, nəhayət, kuboku qazanacam. Finalda kimin rəqib olmasının isə önəmi yoxdur. Çünki həlledici qarşılaşmada zəif komanda olmur. İstənilən final görüşü çətin alınır və bu dəfə də hər şey ola bilər".

 
tarix: 02-05-2019 10:44


 
Xəbər lenti
08.12.2019

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az