(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Şeydayev millimizi seçməsinə peşman deyil

Şeydayev millimizi seçməsinə peşman deyil

Azərbaycan millisinin və "Krılya Sovetov”un futbolçusu Ramil Şeydayev sportsdaily.ru saytına müsahibə verib. 23 yaşlı forvard gələcək karyerası haqda da danışıb.
 
- "Zenit"lə oyundakı uğursuzluqdan danışmağa dəyər?
- Oyunu ilk 30 dəqiqədə itirdik. 0:3-dən sonra geri dönüş etmək çətin idi. "Zenit" yenə qol vura bilərdi. Ancaq məğlubiyyəti məntiqli hesab etmirəm. İki qol vurduq və buna davam edə bilərdik. Ancaq nəticə lehimizə olmadı. Növbəti oyunları düşünməliyik.
 
- Oyunun başlanğıcı barədə nə deyə bilərsiz?
- Söyləmək çətindir. Böyük ehtimalla, yaxşı köklənə bilmədik. Belə oyunlar olur, ancaq səhvə yol vermək olmaz. "Zenit" təəccübləndirdimi? Xeyr. Onların hücumlarına hazır idik. "Zenit" yaxşı oynadı, amma təkrar edirəm, bu nəticədə günahkar bizik.
 
- Ancaq mümkünsüz görünsə də, 1 dəqiqənin içində 0:3-ü 2:3-ə çevirməyi bacarmışdız...
- Hesab 0:3 olanda komandamız rahat idi, itirəcək heç nəyimiz qalmadığından, yüngül hiss etdik, rahat oynamağa başladıq. İkinci hissədə yenə hücuma atıldıq. Təəssüf ki, şanssız idik, cəhdlərimiz bir nəticə vermədi. Mən də qırmızı vərəqə alaraq komandamın işini çətinləşdirdim.
 
- İlk sarı vərəqəni aldığınız epizodda nə baş verdi?
- Sadəcə, emosiyalarımı cilovlaya bilmədim.
 
- Bəs ikincisində?
- Orda texniki səhvə yol verdim. Topun uzağa getməsinə imkan verdim və axıra qədər mübarizə aparmaq qərarına gəldim.
 
- Miodraq Bojoviç də bununla bağlı “emosiya” sözünü işlətdi. Baş məşqçi sizə nəsə dedimi?
- Xeyr. Komanda çox məyus idi və heç kim mənə etiraz bildirmədi. Oyunun təhlili zamanı həmin epizodu müzakirə edəcəyik.
 
- Premyer Liqa klubunda əsas heyətdə çıxış edirsiniz, mətbuatla münasibətiniz yaxşıdı və Azərbaycan millisinin heyətində qol vurmusuz. Hadisələrin gedişindən məmnunsuz?
- Belə deməzdim.
 
- Niyə?
- Turnir cədvəlindəki mövqeyimiz bizi üzür. Yaxşı komanda, əla futbolçulara sahibik, bu səbəbdən üzdən ən yaxşısını gözləmək üçün hər cür səbəb var. Əsas hədəfimiz mövsümü yaxşı vəziyyətdə bitirmək və azarkeşləri razı salmaqdı. Özüm haqda belə deyərdim: bu, mənim maksimumum deyil. Ancaq daha yaxşı olmaq üçün çox çalışmalıyam.
 
- “Zenit”də oynamağa davam edəcəyiniz halda nələr olacağını soruşmusuz özünüzdən?
- Xeyr. Sankt-Peterburq mənim doğma şəhərim, “Zenit” doğma komandamdır, evimdir. Ancaq geri baxmaq məntiqli deyil.
 
- Müsahibələrinizin hamısında - 2017-də, 2018-də bu sual sizə verilib. İndi yenidən soruşmaq istəyirəm, çünki hər keçən il daha dərin məna ifadə edir. “Zenit”dən ayrıldığınıza və vətəndaşlığınızı dəyişdiyiniz üçün peşman deyilsiz?
- Əvvəllər olduğu kimi, yenə eyni cavabı verəcəm: xeyr, bunların heç birinə görə görə peşman deyiləm. Çox qiymətli təcrübə qazandım, hər şey yaxşıdır.
 
- Artıq Azərbaycan millisində də qol vurursuz...
- Komanda qalib gələndə mən də yaxşı hiss edirəm. Ancaq vurduğum qol yığmama qələbə qazandırmadı. Yaxşı komandamız var, amma Avropa çempionatının seçmə mərhələsində çox güclü qrupa düşmüşük. Macarıstan Xorvatiyanı məğlub etdi, biz az qala dünya çempionatının vitse-çempionundan xal alacaqdıq. AVRO-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyini unutmamalıyıq. Bu səbəbdən bütün matçlarda qələbə qazanmağa çalışırıq.
 
- “Krılya Sovetov”la müqavilə müddətiniz mövsümün sonuna qədərdi. Gələcəklə bağlı planlarınızı müəyyənləşdirmisiz?
- Açığı, bu barədə heç düşünməmişəm. Çünki hamımız yalnız mövsümün son matçlarına köklənmişik. Mövsüm bitsin, sonra bir qərar verərik.
 
- Etiraf edin, “Zenit”dən evə qayıtmaq təklifi alsaz, bu sizi sevindirər?
- Bəli.

 
tarix: 03-05-2019 11:19


 
Xəbər lenti
15.12.2019

17:58   Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49   Yalnız Peyman Babayi

17:45   “Zirə” “Səbail”ə qarşı - YENİLƏNİR

16:12   “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51   “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15   Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46   “Napoli”də ciddi itki

12:59   Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02   “Bavariya”da 300-cü oyun

11:09   Turabovun komandası səfərdən 1 xalla döndü

10:24   Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az