(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi” “Səbail”ə, “Keşlə” “Sabah”a möhtacdı

“Neftçi” “Səbail”ə, “Keşlə” “Sabah”a möhtacdı

“Qarabağ” çempionluğa hazırlaşır, “Neftçi” möcüzəyə ümid edir. Sonuncu turun formallığa çevrilməməsi üçün də sensasiya lazımdı.
 
Bu həftə bütün diqqətlər “Səbail”də olacaq. “Neftçi”ni səfərdə udmuş bu komanda Respublika stadionunda da sürpriz etsə, ən azı heç-heçə etsə, Roberto Bordinə həyat vermiş olar. Belə olanda bakılılar son turda ağdamlıları özləri yenib qızıl medal qazana bilər. Lakin “Neftçi” elə vəziyyətdədi ki, özünün Qəbələdən qalib qayıdacağına inam yoxdu.
 
“Səbail” sürprizi bacarmasa, “Qarabağ” elə sabah 7-ci çempionluğu “Neftçi”nin tarixi olan Respublika stadionunda reallaşdıracaq, növbəti turda isə məhz əsas rəqiblə dueldən sonra, onun indiki meydanı olan “Bakcell Arena”da kuboku başı üzərinə qaldıracaq. Ötən mövsüm ağdamlıların meydanına bürünc medalları boynundan asmağa getmiş flaqman üçün bu, psixoloji zərbədi. Lakin belə olmasının günahkarı komandanın özüdü. “Qarabağ”dan öndə olan, ciddi xal fərqi yaradan Bordinin yetirmələri şəxsi oyunlarda üstün olduğu rəqibə çox asanlıqla önə buraxdı.
 
Bu tur liderlərlə oynayacaq “Səbail”lə “Qəbələ” üçün çempionatda intriqa qalmayıb. Bayıl klubu bürünc medalı təmin etmək üçün 1 xal ehtiyac duyur. Hətta “qırmızı-qaralar”ın büdrəməsi də onlar üçün kifayətdi. “Qəbələ” də hər şeydən əlini üzüb, 4-cü pilləylə barışıb və bütün diqqətini kubokun finalına yönəldib. Bu səbəbdən “Neftçi” ilə matça çox rahat çıxacaqlar və nəticə onlar üçün önəmli deyil. Eyni zamanda bu rahatlıq, təzyiq altında oynamamaq da üstünlükdü. Stress altında olan bakılılarla oyunda bu amil onların xeyrinədi.
 
Hazırda sonuncu olmamaq üçün çalışanların mübarizəsi daha maraqlıdı. “Sumqayıt” bu tur “Sabah”ı udsa və əsas rəqibi “Keşlə” xal itirsə, sonuncu pillənin sahibi də bəlli olacaq. “Zirə” səfər oyununda həm də ona görə uduzmamalıdı ki, öz vəziyyətini pisləşdirməsin. “Keşlə” ilə 5 xallıq fərq 2-yə ensə, son tur daha dramatik olacaq. “Sumqayıt” şəxsi oyunlarda “Keşlə”dən geri qalır, bu səbəbdən arxayınlaşma mümkün deyil. Elitada qalmaq problemini həll etmiş “Sabah” bu tur qalib gəlsə, “gənclik şəhəri” təmsilçisi son pilləyə də düşə bilər. Amma bunun üçün “Zirə”nin də uduzması lazımdı.
 
Autsayderlər qrupundakı vəziyyət dramatikdi. “Keşlə”nin mümkün qələbəsi daha maraqlı olardı və son turda əsl mübarizə gedərdi. Son 2 oyunu evdə oynayacaq “Sumqayıt” daha rahat görünür, Zirə ilə vidalaşan eyniadlı komandanın isə 1 xala ehtiyacı var. Amma “Keşlə” də gözünü “Sabah”ın qələbələrinə dikib. Yalnız debütant bu komandaya ümid verə bilər.
 
Qalan oyunlar
27-ci tur
Keşlə - Zirə
Qarabağ - Səbail
Qəbələ - Neftçi
Sumqayıt – Sabah
 
28-ci tur
Sumqayıt - Qəbələ
Neftçi – Qarabağ
Səbail - Keşlə
Sabah - Zirə
 

1. Qarabağ          26           18           6             2             58-19     60

2. Neftçi              26           16           7             3             47-22     55

3. Səbail             26           12           5             9             33-29     41

4. Qəbələ            26           9             9             8             30-29     36

5. Sabah             26           7             6             13           20-37     27

6. Zirə                26           6             7             13           24-39     25

7. Sumqayıt        26           6             5             15           22-42     23

8. Keşlə              26           5             5             16           24-41     20


 
tarix: 04-05-2019 09:51


 
Xəbər lenti
13.12.2019

16:00   Cerrardla bağlı qərar rəsmən açıqlandı

15:40   Şota Arveladze Bakıya niyə gəlib? - Özü açıqladı

15:23   Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi

15:00   Avropa Liqasında son turun rəmzi komandası

14:41   “Çelsi”də yeni müqavilə

14:20   Avroliqada 1/16 finalın püşkatmasının vaxtı bilindi

14:00   Kubok duelinə 5 oyunluq seriya ilə

13:31   İcraiyyə Komitəsinin qərarları açıqlandı

13:26   “Sabah” “Levante”yə məğlub oldu

13:15   Millimizə 25 futbolçu çağırıldı

13:06   Kevin Kubemba: “Yarımfinala çıxa bilərik”

12:57   1/4 finalın hakim təyinatları açıqlandı

12:42   Paşayev 90 dəqiqə oynadı, komandası Avroliqa ilə vidalaşdı

12:36   AFFA Vüqar Məmmədi göndərdi, Obradoviçi saxladı

12:25   Yurçeviç millidən göndərildi

12:16   Əliyar Ağayevdən Avroliqa matçında 4 sarı vərəqə

11:56   “Qarabağ”dan 10 milyon manatlıq qazanc

11:37   Avroliqada sonuncu turun ən yaxşısı adına 4 namizəd 

11:12   Skarlatake: “Qəbələdəki məğlubiyyət yaxşı dərs oldu”

10:54   “Bavariya”dan Kinqsli Komanla bağlı açıqlama

10:37   “Zirə” 2 legioneri yola salır

10:23   ABŞ-da ilin ən yaxşı futbolçusu bəlli oldu

10:11   İcraiyyə Komitəsinin verəcəyi qərarlar indidən bəllidi

09:48   UEFA türk futbolçuların əsgər salamı ilə bağlı qərarını açıqladı

09:31   Qaranın ən çətin 45 dəqiqəsi

09:14   “Səbail” Essyeni qovur

09:00   Sürpriz hesab, layiq olduğumuz yer

02:04   Avroliqada qrup mərhələsi yekunlaşdı - “Başakşəhər” pley-offda!

01:31   Rəşad Sadıqov Elxan Məmmədovu ifşa etdi: “Yurçeviçin hansı təcrübəsi var idi ki?”

01:00   Qurban Qurbanov: “Bu nəticə ilə razılaşmalıyıq”

00:29   Bertran Krasson: “Nəticəyə görə təəssüflənirik”

12.12.2019

23:45  “Qarabağ” Avroliqanı heç-heçə ilə tərk etdi

20:41  Çempionlar Liqasında yeni rekord

19:19  “Bavariya” ÇL-də ilkə imza atdı

18:33  İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

18:16  ÇL-də son turun rəmzi komandası - FOTO

17:53  Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə

17:37  “Sumqayıt”la kubok matçına hazırlıq davam edir

17:15  “Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

17:03  Millimizin sabiq futbolçusu həbs edildi

16:19  Buffon ÇL-də 2-ci oldu

16:05  Messidən “el klasiko” açıqlaması

15:41  ÇL-in favoritləri açıqlandı

15:17  İcraiyyə Komitəsi üçün yeni gündəlik

15:02  ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi

14:43  Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

14:38  “Azlıqda da onlardan daha yaxşı idik” - “Qəbələ”nin legioneri

14:21  “Bavariya”nın futbolçusu yenidən zədələndi

13:44  “Xal qazanmaq üçün hər şey etmək istəyirik”

13:25  “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

12:48  Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

12:24  “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”

12:00  “Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

11:41  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:21  AFFA-dan “Qarabağ”ın futbolçusunun cəzasına endirim

11:00  “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

10:40  Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21  Bundesliqa klubunda yeni müqavilə

10:00  “İnter”in 12 milyon avroluq itkisi

09:41  “Atalanta”dan tarixi uğur

09:20  Klublararası dünya çempionatı başladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az