(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”la “Neftçi”nin qənimləri və 2 “abunəçi”

“Qarabağ”la “Neftçi”nin qənimləri və 2 “abunəçi”

Premyer Liqada sona 2 tur qalmış “Qarabağ” “Neftçi”dən 5 xal öndədi. 26 tura toplanması mümkün 78 xaldan ağdamlılar 60-nı əldə edibsə, bakılılar 23-nü itirib.
 
Maraqlıdı ki, öz aralarındakı 3 oyunda 1 qələbə, 2 heç-heçəylə üstün olan “Neftçi” əsasən digər komandalara xal bağışlayıb. Hətta bu üstünlük də Roberto Bordinin yetirmələrinə zirvədə olmağa yetməyibsə, deməli, məşqçilər heyəti onları bütün oyunlara eyni motivasiyada hazırlaya bilməyib. Və ya “Qarabağ” daha diqqətli olub.
 
Bu mövsüm “Qarabağ”ı ən çox büdrədən elə “Neftçi” olub. Ağdamlılar əsas rəqibi ilə matçlarda 7 xal itirib. “Sabah” 2 heç-heçəylə həmşərlilərinə kömək etməyə çalışıbsa, digər paytaxt klubları da bir matçda məğlubiyyət görməyib. Maraqlıdı ki, “Qarabağ”ın “abunəçi” ləri Bakıda məskunlaşmayan “Sumqayıt” və “Qəbələ”di. Hansı ki, hər ikisi indi kubokun finalında titul üçün mübarizə aparacaq.
 
“Qarabağ”dan xal alanlar:
“Neftçi” – 7
“Sabah” – 4
“Səbail” – 3
 “Zirə” – 2
“Keşlə” – 2
 
“Neftçi”nin xal itirdiyi rəqiblərin siyahısı çox maraqlıdı. “Qarabağ”ı büdrədə bilməyən “Qəbələ” və “Sumqayıt”, eyni zamanda ağdamlıları protokol səhvinə görə yalnız texniki məğlubiyyətlə üzən “Səbail” bakılıların əsas qənimi olub. Hərəyə 1 qələbə və 1 heç-heçəyə nail olan bu komandalardan biri ilə növbəti duel də sabah reallaşacaq.
 
“Qarabağ”ın özü kimi “Zirə”də “Neftçi”ylə 2 heç-heçəyə imza atıb. Əvəzində “Sabah” və “Keşlə” həmşəhərlilərinə qarşı “ürəyiaçıqlılıq” edib.
 
“Neftçi”dən xal alanlar:
“Qəbələ” - 5
“Sumqayıt” – 5
“Səbail” – 5
“Qarabağ” – 4
 “Zirə” – 4

 
tarix: 04-05-2019 10:38


 
Xəbər lenti
27.05.2019

00:41   A Seriyasında mövsümə yekun vuruldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az