(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
FİFA-dan tarixi qərar: Transferlərə nəzarət gücləndirilir

FİFA-dan tarixi qərar: Transferlərə nəzarət gücləndirilir

FIFA tarixi dəyişikliyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu transferlərdəki bütün qayda pozuntularına, ödənilməyən pullara və "yeyinti"yə nəzarəti ciddiləşdirəcək.

FIFA-nı ən çox narahat edən məqamlardan biri transferlər zamanı futbolçunun 12-23 yaşda oynadığı klubuna "Yetişdirmə haqqı"nın ödənməməsidir. Bu məsələdə hər il ən azı 55 milyon avroluq qayda pozuntusu olur. Böyük klublar bu ödəmədə problem yaratmasa da, digər komandalarda vəziyyət fərqlidir.

FIFA-nın prezidenti Canni İnfantino və qurumun hüquq direktoru Emilio Qarsiya Siveyro böyük heyətlə bütün transferlərin yer alacağı və hesabların izlənəcəyi bank qurmaq fikrindədir. Yeni bankla qayda pozuntularının sayı azalacaq.

Emilio Qarsiya açıqlamasında banka "FIFA Dünya Bankı" adının veriləcəyini deyib: "Bir transferin neçəyə başa gəldiyini, agentin nə qədər qazandığını, yetişdirən klublara nə qədər çatacağı və digər məsələlərin hamısı bankda yer alacaq. Buna bütün tərəflər şəffaf şəkildə kontrol edəcək. Bundan əlavə, transferdə etiraz edən tərəfin müraciətinə dərhal baxılacaq və bütün pulların doğru ödənilməsi həll ediləcək".

FIFA gənc futbolçuların transfer məsələsində də narahatdır. Ali futbol qurumu "Çelsi" örnəyi ilə bunu anlayıb. London təmsilçisi bu mövsüm 53 futbolçunu icarəyə verib. "Çelsi"nin hazırda 100-dən çox futbolçusu icarədədir və onların transfer hüququna sahibdir. FIFA bunun "ticarət" halına gəldiyini anlayıb və qərarlar üçün hazırlaşır.

Bundan əlavə, FIFA peşəkar futbolçulara maaş limitini tətbiq etmək üçün yeni komitə yaradacaq.


 
tarix: 04-05-2019 14:18


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az