(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rəşad Sadıqov: “Neftçi” çempion olsaydı, onları təbrik edəcəkdik”

Rəşad Sadıqov: “Neftçi” çempion olsaydı, onları təbrik edəcəkdik”

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Səbail" üzərində 4:0 hesablı qələbəni dəyərləndirib. Çempionluğun rəsmiləşdiyi matçdan sonra o, bir sıra maraqlı məqamlara da toxunub.
 
- Hamımız qələbə qazanaraq, çempion olmağa köklənmişdik. Ötən turdan sonra aramızda 5 xallıq fərq qalırdı. "Bu tur çempion olacağımızı gözləyirdim" desəm, yalan olar. Allaha çox şükür ki, bunu bacardıq. Çox xoş hisslərdir. Bütün "Qarabağ"sevərləri, azarkeşləri, futbol ictimaiyyətini təbrik edirəm.  Komandalar arasında son turadək gərgin mübarizə, maraqlı yarış getdi. Hər iki komanda idman prinsiplərinə riayət etdi. Aramızda centlemensayağı yarış oldu. Son turlarda daha çox uğur qazandıq və çempion olduq.
 
- Futbol ictimaiyyətinin istədiyi o idi ki, hər şey son turda həll olunsun. Yəqin ki, siz bunu istəmirdiniz...
- Biz bu haqda düşünmürdük. 7-8 tur bundan əvvəl 5 xal geridə idik. Şəxsi qarşılaşmalarda da vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, mütləq 2 top fərqi ilə qələbə qazanmalı idik. Bunu nəzərə alsaq, son tura qədər 2 xal fərqimiz olacaqdı. Hər kəs istəyər ki, daha tez çempion olsun, qələbə qazansın. Amma bu barədə düşünmürdük. "Neftçi"nin son turdakı xal itkisi, "Sumqayıt"ın qələbəsi bizim üçün gözlənilməz oldu.
 
- "Qarabağ"ın 3 cəbhədə - Avroliqa, ölkə kuboku və çempionatda mübarizə aparması "Neftçi" üçün bir üstünlük idi. Fikrinizi sırf Premyer Liqaya yönəltdikdən sonra əvvəlcə liderliyi qaytardınız, bu gün isə çempion oldunuz. Belə çıxır ki, ölkədə "Qarabağ"a çata biləcək komanda yoxdu?
- Belə deməzdim. Bu il hər iki klub çempionluğa yaxın idi. "Neftçi" də yaxşı oyun nümayiş etdirdi. Çempion olsaydılar, biz onları təbrik edəcəkdik. Belə deyək, xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik deyə, çempion olduq.
 
- Bu mövsüm "Neftçi" ni məğlub edə bilməmisiniz. Çempionluğunuz növbəti turda qələbə qazanmağınza motivasiya verəcəkmi?
- Düzü, mənim üçün çempionat ərzində hansı komandaya qalib gəlməyimizin və ya uduzmağımızın heç bir əhəmiyyəti yoxdur. Əsas sonluqdur ki, çempion olaq. Heç vaxt hesablamıram ki, hansı komandanı neçə matçda udmuşuq. Bu çempionatdır, kubok oyunu deyil.
 
- Bu gün stadiona az azarkeş gəlmişdi. Sanki "Qarabağ"ın çempionluğunu bayram edənlərin sayı az idi. Avrokubokda isə bundan çox fərqli olur...
- Gələnlər sağ olsunlar. Avrokubok oyunlarında azarkeşlərimiz lazım olan hər anda, ehtiyacımız olduğu hər zaman yazınımzda olurlar, dəstək verirlər. Onları da təbrik edirəm, təşəkkürümü bildirirəm. Həqiqətən də gərgin mövsüm oldu.
 
- Növbəti mövsümdə sizi yenə də meydanda görə biləcəyik?
- Bütün fikrimi çempionata yönəltmişdim. Bu haqda qarşıdakı günlərdə fikirləşəcəyik. Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çemiponata yönəldək. Hər şeyin öz vaxtı var.

 
tarix: 06-05-2019 09:57


 
Xəbər lenti
21.07.2019

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az