(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Keşlə”nin gözlənilən sonu

“Keşlə”nin gözlənilən sonu

Premyer Liqanı tərk edəcək komanda erkən bəlli oldu. “Sumqayıt” mövsümün sonunda əla sürət yığıb həm kubokun finalına çıxdı, həm də son pillədən qaçdı. Ayxan Abbasovun yetirmələri özlərinin düşdükləri çətin vəziyyətdən elə özləri də çıxdı.
 
“Sabah”la son turdakı matçda sumqayıtlılara 1 xal da bəs edirdi. Lakin meydan sahibləri əla oyun nümayiş etdirib daha artığına nail oldular. Debütant oyun baxımından rəqibindən geri qalmasa da, yeganə qolu vuran 3 xala yiyələndi.
 
Maraqlıdı ki, son tur üçün yeganə intriqa 5-ci pilləyə sahib olmaq üçün qalıb. “Zirə”ylə “Sabah”ın “Əlincə Arena”dakı matçında qalib gələn bu pilləni tutacaq. Son turdakı qələbəylə hələlik bu mövqeyə yiyələnən “qartallar”a heç-heçə də bəs edə bilər. Lakin bunun üçün “Sumqayıt”ın qalib gəlməməsi lazımdı. Əks halda, Abbasovun yetirmələrinin də belə şansı olacaq.
 
Sonuncu olacağı dəqiqləşən “Keşlə” üçün mövsüm itirildi. Ötən il 7-ci olub ölkə kubokunu qazanan bakılılar bir az da gerilədi və diviziona düşmək təhlükəsi realdı. Reqlamentə görə belə də olmalıdı, lakin hələ AFFA-nın nə qərar verəcəyi bilinmir. Lisenziya prosesi yekunlaşmayıb, diviziondan kimin elitaya yüksələcəyi dəqiq deyil. Ola bilsin, tələblərə cavab verən klub tapılmasın və ya iştirakçı sayı artsın.
 
İstənilən halda, meydanda uduzan “Keşlə”nin taleyinə kabinetlərdə aydınlıq gələcək. İlkin xəbərlər klub üçün xoş soraqlıdı. Əldə etdiyimiz məlumata görə, klubu maliyyələşdirən AFFA-dan rəhbərliyə heyəti gəncləşdirmək tapşırığı verilib. Bu isə o deməkdi ki, veteranları yola salacaq paytaxt klubu elitada saxlanacaq.
 
27-ci turun “Zirə”ylə oyunu uğursuz alındı. “Keşlə” daha üstün oynasa da, hesabı qonaqlar açdı. Bir dəqiqə sonra isə matçın qırılma anı reallaşdı. “Zirə”nin əla əks-hücumu zamanı Denis Silva son ümid foluna əl atdı və meydandan qovuldu. Fasiləyə kimi Cabir Əmirlinin qazandığı penaltini Conatan Ayite reallaşdırmaqla hesabı bərabərləşdirdi. Lakin fasilədən sonra azlıqda oynadığı üçün gücü tükənən meydan sahibləri daha 2 top buraxıb təslim oldu.
 
Beləliklə, dəfələrlə çalxalanan “Keşlə” layiq olduğu pillədə qaldı. Bu, 2-3 uğursuz oyunun nəticəsi deyildi. Klub mövsüm ərzində düzgün idarə olunmadı, yersiz dəyişikliklər, plansız işlər aqibəti müəyyənləşdirdi.
 
Hər şey yayda başladı. Sabiq baş məşqçi Yuri Maksimov rəhbərliklə yola getmədi, heyətin qurulması prosesində səhvlər etdi, hazırlığa gec başladı. Avrokubokdakı fiaskodan sonra gətirilən Mladen Milinkoviç də bunun əziyyətini çəkdi. Onun yeni oyun stili də komandanı çalxaladı. Doğru edilməyən transferlər, futbolçularla anlaşmanın yetərsizliyi serbin də qovulması ilə nəticələndi.
 
Tərlan Əhmədov da heç nəyi dəyişməyi bacarmadı. Vədlərlə gələn məşqçinin xüsusilə qış fasiləsində komandanı yeni simaya bürüyəcəyi gözlənilirdi. Lakin o, bacarmadı. Con Kamara istisna olmaqla, digər transferlər uğursuz oldu, komandanı özünə gətirə bilmədi. İnsaf naminə, Əhmədovu çox qınamaq olmur. Düzdü, onun davranışları, açıqlamaları yenə qıcıq doğurdu. Sözlə əməl üst-üstə düşmədi. Bununla belə, Əhmədova çox pis miras qalmışdı və heyəti istədiyi kimi dəyişmək imkanı qazanmadı. Yerli oyunçuların seçimi, komandanın komplektləşdirilməsi Tərlan bəyin gəlişinə kimi çox pis aparılmışdı. Onun ciddi nəyisə dəyişmək imkanı olmadı və ağır, yaşlı heyət uzun marafona dözmədi. Başqa münasibətə öyrəşmiş bir çox oyunçularla ünsiyyət də lazımi səviyyədə olmayınca sonuncu pillə qaçılmaz idi.
 
“Keşlə”nin çox pis komplektləşdiyini görmək üçün son turun “Zirə”ylə matçına baxmaq kifayət idi. Azər Salahlı kimi sol cinah müdafiəçisi olan komandadan uğur gözləmək mənasızdı. Əvvəlki oyunlarda da çoxlu səhv edən bu oyunçu 2 qolda aşkar səhv etdi, məhsuldar ötürmələrə şərait yaratdı, komandasının azlıqda qaldığı epizodda isə rəqibin sağ cinahdan uzun reydinə mane ola bilmədi.
 
Bilal Həmdi 28 dəqiqə ərzində matçın taleyini həll və meydanı tərk etdi. Onun qırmızı vərəqə almağa məcbur etdiyi Denis Silva məhz ağırlığı və yaşı üzündən komandanı çətin vəziyyətə saldı. Ümidi doğrultmayan legionerlər, bəlkə də heç bir elita klubumuza lazım olmayacaq yerlilərdən ibarət ansambl “Keşlə”nin can verməsinə göz yumdu.
 
Əhmədovun klub rəhbərliyi ilə eyni sözü deməsi, son oyunlardan sonra bir qayda olaraq futbolçulara yüklənməsi doğru deyildi. Həqiqət idi, bəli, futbolçular səviyyələrindən aşağı oynayırdılar, lakin bunun da günahkarı elə ittiham edənlərdi. Mövsüm boyu buraxılan səhvlərin nəticəsi belə olmalıydı. Oyunçuların ikinci hissədə fiziki cəhətdən zəif təsir bağışlamasının səbəbini klub özündə axtarmalıdı. Qışda Çinə yollanan fiziki hazırlıq üzrə məşqçinin əvəzinə başqası götürülməyəndə bugünkü aqibət düşünülməliydi.
 
İndi “Keşlə” AFFA-nın mərhəmətini gözləyir. Klub diviziona göndəriləcəksə, bu, son illər ölkə futbolunda iz qoymuş bir iştirakçının sonu olacaq. Qalmaqla bağlı qərar veriləcəksə, rəhbərlik dəyişilməyəcək, amma onların işə yanaşması mütləq dəyişməlidi. Heyət yayda bütünlüklə yenilənməli, uzun müddət güvəniləcəyi dəqiq olan məşqçiyə işləmək, istədiyi komandanı qurması üçün şərait yaradılmalıdı. Hazırkı durumda əcnəbi məşqiyə gərək yoxdu, daha bir şansa layiq Əhmədov və ya başqa birisi – kim olusa olsun, istənilən halda, bu komanda sıfırdan yığılmalı, büdcə daha ağıllı xərclənməlidi.
 
Hələliksə mövsümü yekunlaşdırmaq lazımdı. Daha bir tur reallaşacaq və heç nəyin dəyişmədiyi oyunlardan sonra komandaların, məşqçilərin, futbolçuların aqibətinə aydınlıq gələcək. Ümid edək ki, hamı ədalətli münasibət görəcək. Çünki radikal qərarların fəsadlarını bir il ərzində hamı gördü.
 
FƏRİD

 
tarix: 06-05-2019 10:30


 
Xəbər lenti
25.05.2019

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az