(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi”nin bacarmadıqları

“Neftçi”nin bacarmadıqları

“Neftçi” uzun marafona dözmədi. “Qarabağ” məqam tapan kimi önə keçdi və illərdi qazandığı təcrübədən yararlanıb, növbəti çempionluğu rəsmiləşdirdi.
 
Qaliblər mühakimə olunmur. Zəngin heyət, daha yaxşı maliyyə dayağı, oturuşmuş heyət öz yerində, “Qarabağ” həm də ağıl sayəsində zirvədə qərarlaşdı. Kritik məqamlarda verilən düzgün qərarlar, əla planlama, rəqibin səhvlərindən məharətlə istifadə edilməsi işə yaradı.
 
“Neftçi” 23 tur əlində saxladığı liderliyi itirdiyi üçün yalız özünü qınamalıdı. Evdə “Səbail” və “Sumqayıt”a şok məğlubiyyətlər olmamalıydı. Əsas rəqibi kimi, bakılılar da buna imkan verməməliydi. O zaman hər şey ən azı son tura qalacaqdı, mövsüm ərzində uduzmadıqları ağdamlılarla matçda heç-heçə də kifayət edəcəkdi.
 
Prinsipcə “Neftçi” ötən mövsümlərlə müqayisədə irəliləyişə nail olub. Həm nəticə, həm də oyun planında tərəqqi görünür. Amma bunun bir səbəbi də digər rəqiblərin zəifləməsi, çempionatda rəqabətin azalmasıdı. Lazımi zamanlarda doğru qərarlar vermək lazım idi ki, zirvədə qalasan.
 
“Neftçi” dünən Qəbələdə güclü azarkeş dəstəyi altında oynadı. Paytaxtdan 7 avtobus fanatın səfəri təşkil olunmuşdu. İşə belə münasibət alqışlanasıdı, lakin bunu mövsüm boyu etmək lazım idi. Bakılılarsa əvəzində bəzən azarkeşlərini küsdürdü, bəzən işə səhlənkar yanaşdı. Transferlərdəki yanlışlıqlar da mövsümü major notda başa vurmağa mane oldu. Yaxşı, nöqtə transferlər də gördük, lakin heyət çempion olacaq qədər komplektləşməmişdi, bu yükü çiyinlərində daşıyacaq çempion ruhlu futbolçular az idi. Baqali Dabo, Emin Mahmudov, Soni Mustivar, Mamadu Mbodj kimi oyunçuların sayı daha çox olmalıydı və bunun üçün yetərli imkanlar var idi.
 
Arıtq qatar gedib, indi “Neftçi” radikal islahatlardan qaçmalı, mövcud heyətə əl gəzdirib daha da güclənməlidi. Avropa Liqasında uğurla bu mövsümü unutdurmaq olar. Eyni zamanda gələn mövsüm üçün daha yaxşı heyət formalaşdırmağa imkan var. Roberto Bordin də dərsini alıb, Azərbaycan reallıqlarını öyrənib. İndi hər şeyi dağıtmaq yox, kosmetik dəyişikliklərlə daha yaxşı olmaq lazımdı.
 
“Qarabağ”ın qızıl medalları məhz “Neftçi”nin evində - “Bakcell Arena”da alması bakılılar üçün arzulanmayan sonluqdu. Bu reallıqla barışmaq çətin olacaq, gəl ki, başqa yol yoxdu. Azarkeşlər komandada satqın axtarmaqdansa, məhz bu matçda təsəlli qələbəsi üçün futbolçularla birləşməlidi. Bəlkə də yeni mövsümdəki uğurun təməli elə indidən qoyulmalıdı. “Neftçi”nin ciddi dəyişikliyə yox, güclənməsinə, bütünləşməsinə ehtiyac var.
 
Yeni mövsüm daha maraqlı olacaq. Güclənən “Sabah”, “Səbail” yarışa rəng qatacaq, “Qarabağ” da daha möhkəm komanda olmaq üçün islahatlar aparacaq. Deməli, “Neftçi”nin yenidən formalaşmasına ehtiyac yoxdu. Mövcud heyət, sistem var, onu daha da təkmilləşdirmək lazımdı.
 
CAVAD

 
tarix: 06-05-2019 11:14


 
Xəbər lenti
18.07.2019

19:24   “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59   Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:48   “Səbail” Rumıniya klubu ilə üz-üzə: heyətlər - YENİLƏNİR

18:05   Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49   "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11   Sabiq “Liverpul”luya mərc cəzası

16:48   Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24   “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05   Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43   “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24   Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01   PSJ-dən Bundesliqa klubuna

14:41   “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22   Paytaxt klubunda iki yeni futbolçu

14:00   “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30   “Nitsa”nın futbolçusu PSV-də

13:07   “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:56   “Zirə” “Keşlə”yə qarşı - YENİLƏNİR

12:25   “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00   “Qalatasaray” milli üzvü ilə güclənir

11:40   “Neftçi” “Speranta”ya qarşı - YENİLƏNİR

11:37   "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25   De Liqt rəsmən "Yuventus"da

11:12   Yenə 26-cı pillədə qaldıq

10:55   Super Liqa klubundan yeni transfer

10:44   Müdafiə batalyonunun fədailəri: baş katibin ssenarisi ilə təkrarlama

10:33   “Atalanta”nın futbolçusu rəsmən “Roma”da

10:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:12   “İrlandiyadan sərfəli hesabla dönməliyik”

10:00   Nazarov Bundesliqa klubuna qol vurdu

09:44   Super Liqada yeni mövsümün püşkü atıldı

09:30   Vaqner da Silva: “Hamı bərabər əziyyət çəkdi”

09:17   “Tottenhem”də daha 3 ayrılıq - RƏSMİ

09:00   Parlaq yox, yaxşı oyunla...

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

13:03  Tunisli futbolçu rəsmən “Yuventus”da

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az