(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Zirə” Ayxan Abbasovu geri qaytarır

“Zirə” Ayxan Abbasovu geri qaytarır

Premyer Liqada qalacağını 27-ci turda rəsmiləşdirən “Zirə” böyük dəyişiklik ərəfəsindədi. Qışda edilən çoxsaylı transferlərə rəğmən, komandanın avrokuboklara vəsiqə qazana bilməməsi, üstəlik, ölkə kubokunun yarımfinalında “Sumqayıt”a uduzması rəhbərliyin qəzəbinə səbəb olub.
 
Baş məşqçi Samir Abasov yaradılan əla şəraitin müqabilində vəzifənin öhdəsindən gələ, komandanı qitə yarışlarına yüksəldə bildi. Çempionatın ən kiçik büdcəli klubu olan “Sumqayıt”a yenilgi isə tamamilə gözlənilməz idi. İmkanları müqayisə edəndə daha asan rəqibləri yenərək yarımfinala kimi gələn “qartallar”, məşqçinin istədiyi heyət zənginliyini də təmin etmişdi. Amma 10-dan çox əcnəbi ilə yalnız sona bir tur qalmış elitadakı yeri təmin etmək mümkün oldu.
 
Yarımfinalın cavab matçında “Sumqayıt”a ilk hissədə 0:3 hesablı məğlubiyyət (sonda oyun 3:3 bitdi, lakin Sumqayıtdakı qolsuz sülh qonaqların işinə yaradı – red.) rəhbərliyin səbrini daşıran son damla olub. Klubun fəxri prezidenti Orxan Məmmədov fasilədə əsəbi halda stadionu tərk edib. Abasovun davranışından, oyunçularla ünsiyyət tərzindən onsuz da xoşlanmayan Məmmədov mövsüm bitən kimi məşqçiylə vidalaşmağı düşünür. Ötən yarım il ərzində dəfələrlə belə qərar verən fəxri prezidenti indiyədək ətrafındakı məsləhətçiləri fikrindən daşındıra bilirdilərsə, indi vəziyyət fərqlidi.
 
Məmmədovu təbdən çıxaran daha bir fakt Abasovun digər bir ölkə klubuyla danışıq aparması, daha doğrusu, xidmətini vasitəçilərlə bu kluba təklif etməsidi. “Zirə”də 8 min manat maaş alan Samir bəy gələn mövsüm iddialı olacaq bu komandadan 12 min istəyirmiş. Lakin bu klubun rəhbərliyi onun xidmətində maraqlı olmayıb, bundan sonra Abasov “Zirə”də qalmağa qərar verib.
 
Lakin yarımfinaldan sonra Orxan bəy komandanın keçmiş baş məşqçisi Ayxan Abbasovu geri qaytarmaq üçün göstəriş verib. Kubokun finalına vəsiqə qazanan gənc mütəxəssislə mövsümün əvvəlində vidalaşmağın düzgün olmadığını anlayan rəhbərlik onu yuvaya qaytarmaq niyyətindədi. Bu məsələ mövsüm bitdikdən sonra bir daha müzakirə ediləcək. Hələlik ilkin təklif edilib, Abbasov isə finalı düşündüyünü bildirib.
 
Ayxan bəyi “Sumqayıt” da saxlamaqda israrlıdı. Kluba tarixinin ən böyük uğurunu qazandıran məşqçi isə təcrübəsiz rəhbərliklə yola davam etmək niyyətində deyil. Klub strategiyası üzündən istədiyi komandanı formalaşdıra bilməyən Abbasov seçimini prezident Riad Rəfiyevlə son görüşdən sonra edəcək.
 
AĞA
 

 
tarix: 07-05-2019 09:00


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az