(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Valverde rahat deyil

Valverde rahat deyil

"İlk oyunda başverənlərə baxmayaraq, burada nəyin necə olacağı haqda düşünməliyik. Bir həftə əvvəlki nəticəni fikirləşmək yanlış olar" - bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la cavab oyunuöncəsi keçirilən mətbuat konfransında deyib.
 
Təcrübəli mütəxəssis matça ciddi yanaşmalı olduqlarını söyləyib: "Barselona" bu görüşə final kimi baxmalıdır. Çətin olacaq, çünki fanatların onların tərəfində olduğunu bilirik. Oyuna nəzarət etmək hər zaman önəmlidir. Ancaq hərdən rəqib sizə narahatlıq yarada bilər. "Liverpul"un sürətli oyunçuları var. Boşluq buraxmamalıyıq".
 
Valverde "Liverpul"un heyətində Məhəmməd Salah və Roberto Firminonun oynamamasına da münasibət bildirib: "Bütün gücümüzü ortaya qoymalıyıq. Belə oyunlarda zədələrlə məşğul olmaq istəmirik. Əlbəttə, həm Salah, həm də Firmino vacib oyunçulardır. Hər bir məşqçi aparıcı futbolçuların olmamasına görə narahat olur. Bu amil hər zaman vacibdir".
 
"Barselona"nın çalışdırıcısı "Liverpul"un qələbə qazanmasını da istisna etməyib: "Qalib gələ bilərlər. Bu mövsüm Premyer Liqada səfərdə cəmi 1 oyunda uduzublar. Düşünürəm ki, meydanda rahat olmayacağıq. "Barselona" - PSJ oyununda hamı fikirləşirdi ki, parislilər səfər qolu sayəsində mərhələni keçəcək. Amma "Barselona" həmin matçda 6 qol vurdu. Bax, buna görə ilk dəqiqələrdən oynamaq lazımdır".
 
Qeyd edək ki, "Liverpul" - "Barselona" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 
tarix: 07-05-2019 10:42


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az