(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Təbriz Həsənovla məhv edilən nəsil

Təbriz Həsənovla məhv edilən nəsil

Bir sıra mötəbər yarışları qəbul edən ölkəmiz 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatına ev sahibliyi etdi. Bakı 17 fün ərzində final mərhələsində oynayan komandalara qucaq açdı və AFFA əla turnir yola verdi.
 
Belə yarışlar gənc futbolçular üçün bir şansdı. Final mərhələsinə yüksəlmək bizimkilər üçün xəyal kimi göründüyündən, ev sahibi kimi yarışda təmsil olunmağın fərqli özəlliyi var idi. Baş məşqçi Təbriz Həsənov da elə bir heyət yığmalıydı ki, bu təcrübədən yararlanan gənclərimizin gözü açılsın, onlar daha da irəli getsin, karyeralarında önə addım atsınlar. Amma...
 
Millimiz təbii ki, qrupda qaldı, növbəti mərhələyə yüksələ bilmədi. Bunun bir səbəbi rəqiblərin güclü olması idisə, əsas amil düzgün strategiyanın seçilməməsiydi. AFFA final mərhələsini qəbul edəcəyimizi xeyli əvvəl bildiyindən, yarışa planlı hazırlaşmalı, xüsusi istedadlı gənclər seçməli, onların inkişafına nail olmalı, vahid komanda kimi böyütməli idi.
 
Həsənovsa yarış ərəfəsində 7 legioner tapıb-gətirdi, yarışı yola verməyə çalışdı. Heyətin tələsik yığılmasının fəsadlarını isə indi yaşayırıq. Çünki həmin futbolçular indi U-19, U-21 millimizin özəyi olmalı, əsas millinin qapısını döyməli idilər. Bu, təbii inkişaf prosesidi, istedadlı futbolçuların hamısı bu yolu keçir.
 
Bəs, görək Həsənovun seçdiyi həmin futbolçular indi haradadı? AFFA final mərhələsində oynamaq şansı verdiyi həmin uşaqların gələcək inkişafını niyə təmin edə bilmədi?
 
Həmin yarış üçün seçilmiş heyət:
İbrahimov Kamran - Neftçi
Hüseynov Məmməd - Qarabağ
Əsədov Elçin - Neftçi
Atlam Ege - Beşiktaş (Türkiyə)
Qarayev Ricat - Sumqayıt
Seyliğli Hüseyin - Beşiktaş (Türkiyə)
Həsənov Yusif - Xəzər Lənkəran
Karakaş İsmayil - Trabzonspor (Türkiyə)
Qədirzadə İbrahim - Xəzər Lənkəran
Muxtarlı Ceyhun - İnter
Əhmədov Süleyman - İnter
Ekincier Barış - Rot-Weiss Essen (Almaniya)
Nəbiyev Fərid - Qəbələ
Güler Metin - Beşiktaş (Türkiyə)
Qasımov Nadir - İnter
Öksüz Doğukan - Trabzonspor (Türkiyə)
Mahmudov Murad - Leipzig (Almaniya)
Mehdiyev Pilağa - Neftçi
Ehtiyat heyət
Popov Murad - Qəbələ
Həziyev Bahadur – Neftçi
 
İndi zəhmət olmasa, AFFA-nın rəsmi saytına daxil olaraq, milli komandalarımızın heyətinə diqqət edin. Görün, bu futbolçulardan neçəsi millilərimizin üzvüdü? Və ya Premyer Liqada bu oyunçuların hansının xidmətindən istifadə olunur?
 
Əziyyət çəkməyin, Kamran İbrahimov, Ricat Qarayev və Fərid Nəbiyevdən başqa kimsəni hansısa millinin heyətində görməyəcəksiz. Onlardan da Çexiyada legioner həyatı yaşayan Fəriddən başqa, heç biri əsas heyət üzvü deyil. Arabir Barış Ekincier dəvət alırdı, onun da faydasız biri olduğu aydınlaşdı.
 
İndi AFFA rəhbərliyi həmin 7 legionerə xərclənən pulların hesabatını versin, “istedadlı” olduğu üçün milliləşdirilən, pasport verilən türkiyəlilərin niyə digər millilərimizə çağırılmamasının səbəbini izah etsin. Milli forma o qədər ucuzdumu ki, onu hər yoldan keçənə geydirək?
 
Yuxarıda hələ də millilərə çağırılan 3 nəfərin adını çəkdik, arabir bu şərəfə layiq bilinən Süleyman Əhmədovu daəlavə edə bilərik və onların hamısı öz uşaqlarımızdı. Bəlkə həmin 7 əcnəbinin yerini tutduğu azərbaycanlı balaları daha irəli gedəcəkdi? Nəyə görə özümüz özümüzə bu qədər düşmən kəsilmişik?
 
AFFA həmin uşaqların inkişafını təmin edə bilmirsə, deməli, futbolda strategiya düzgün qurulmayıb, seleksiya, yetişdirmək, sonda tələb etməklə bağlı çatışmazlıq var. Həsənov günahkardısa, bu gün aşağı liqalarda qaliblərin mükafatlandırma mərasimində uşaqların boynuna medal asan həmin adam heç stadionlara buraxılmamalıdı. Yox, günahkar AFFA rəhbərliyidisə, 11-12 ildi əyləşdikləri yumşaq kreslolardan qalxmalarının zamanı çatıb. Axı, bu uşaqlar istedadsız idisə, niyə milliyə çağırılırdı, istedadlıdılarsa, nəyə görə inkişafdan dayandılar? Həmin oyunçuların bir neçəsi bu gün ən yaxşı halda əvəzedici heyətlərdə, divizionda oynayır, heç biri Premyer Liqa klublarında start heyətə düşmür. Deməli, iş düzgün qurulmayıb, uşaqlarımızı bədbəxt edirik.
 
Əsas milli komandamızın heyətinə diqqət edini: yerli oyunçuların hamısı nəvaxtsa aşağı yaş qruplarından olan millilərimizdə çıxış edib. Qara Qarayevindən Araz Abdullayevinədək hamısı uzun yol keçib. Lakin indi aşağı yaş qruplarından olan millilərə cəlb edilənlərin heç birinin inkişafına şərait yaradılmır, əsas komandaya kimi yüksəlmirlər, AFFA da xaricdə yaşayan azərbaycanlıları, dağıstanlılar, almanları və s. yığmaya gətirir.
 
Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunanda və digər millilərə öz kadrlarını yerləşdirəndə müəyyən sistemin işartıları göründü. Futbolçuların mərhələli şəkildə yığmadan yığmaya adlamasına ümid işığı yandı. Amma bu sistemi də dafğıtdılar və yenə xaos hökm sürür. Nəvaxta kimi?..
 
FƏRİD

 
tarix: 07-05-2019 11:30


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az