(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Simasız” milli komandalar

“Simasız” milli komandalar

Rəsmi saytı AFFA-nın simasıdı. Və affa.az-a baxıb, simasız, sifətsiz AFFA-dan danışa bilərik.
 
Qurumun rəsmi saytında müxtəlif bölmələr var. Hansının necə işləməsi ilə işimiz yox, saytda xeyli qüsurlar var, bir-bir sadalasaq, vaxt çatmaz. Biz sadəcə, birindən bəhs edəcəyik.
 
Rəsmi saytda MİLLİ KOMANDALAR bölməsinə daxil olub, bu yığmaların son heyəti ilə tanış olmaq mümkündü. Operativ yenilənməsə də, mütəmadi dəyişilir. Lakin iş ondadı ki, bir çox millilərdə futbolçuların yalnız adı və boş foto yeri əks olunub.
 
U-19-da futbolçunun çəkli yoxdusa, U-17 daha faciəli durumdadı. Burada yalnız 2 nəfərin fotosunu yerləşdirmək “məsləhət bilinib”. U-16-da bu cür fərqlənənlərin sayı 3-dü. Qadınlardan ibarət millilərdə də eyni vəziyyətdi. Yaş azaldıqca fotolar da qeybə çəkilir. 19 yaşlılardan ibarət futzal millisi isə adsız qəbirastanlığa bənzəyir.
 
Təkcə fotolarla iş bitmir. Bir çox millilərdə oyunçuların yalnız təvəllüdü və mövqeyi qeyd olunub. Hətta klubları yazılmayanlar da var. Halbuki milli oyunçularının oyun sayı, boyu, çəkisi də qeyd olunmalıdı. Ümumiyyətlə, onlar haqda müfəssəl məlumat verilsə, vizit vərəqələri təqdim olunsa, pis olmaz. Ölkəmizlə maraqlanan əcnəbilər ilk olaraq assosiasiyanın rəsmi saytına baş çəkdiyindən təbliğat baxımından da bu, vacibdi.
 
Saytda milli komandaların məşqçilər heyəti haqda hər hansı bilginin olmaması da düşündürücüdü. Bildiyimizə görə, AFFA-nın mətbuatla bağlı geniş heyəti var və bu problemi yoluna qoymaq problem olmamalıdı. Onlar əlavə 2-3 klubda, qurumda işlədiyindən əsas vəzifələrini yerinə yetirə bilmirsə, əlavə şərhə ehtiyac yoxdu. Lakin simasız millilərlə rəsmi sayt, AFFA özü də simasız görünür.
 
 
 
 

 
tarix: 08-05-2019 09:00


 
Xəbər lenti
18.07.2019

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az