(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Liverpul”la gələn ilklər

“Liverpul”la gələn ilklər

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Barselona"nın qapısından 4 cavabsız top keçirən "Liverpul" ilk finalçı olub. Bu qarşılaşma bəzi maraqlı statistik göstəriciləri ortaya çıxarıb.
 
"Qırmızılar" bununla 9-cu dəfə finala çıxmağa nail olub. Ona qədər isə cəmi 3 komanda 9 və daha çox ÇL finalı görmüşdü. Bunlar "Real" (16 dəfə), "Milan" (11) və "Bavariya"dı (10). İngiltərə nəhəngi indiyəqədərki 8 finalın 5-də (1977, 1978, 1981, 1984, 2005) kuboku muzeyinə aparmağı bacarıb.
 
"Liverpul" həmçinin yarımfinal mərhələsinin ilk oyununda böyük hesabla məğlub olmasına baxmayaraq, finala adlamağı bacaran 3-cü klubdu. İndiyə qədər yalnız "Barselona" (1985-86) və "Panatinaikos" (1970-71) bunu edə bilmişdi. "Barselona" "Göteborq"a 0:3 hesablı yenilginin əvəzini cavab görüşündə çıxmış və penaltilər seriyası ilə qalib gəlmişdi. "Panatinaikos" isə "Srvena Zvezda"ya birinci matçda 1:4 hesabı ilə uduzub, cavab görüşündə öz meydanında 3:0 hesablı qələbə sayəsində finala adlayıb.
 
Dünənki qarşılaşmanın qəhrəmanı olan Corcino Veynaldum eyni zamanda ilkə imza atıb. Fasilədən sonra meydana daxil olan yarımmüdafiəçi 54 və 56-cı dəqiqələrdə dubl edib. Hollandiyalı yarımfinal mərhələlərində əvəzləmədən sonra 2 qol vuran ilk oyunçu kimi ÇL tarixinə düşüb.
 
6 ildən sonra ilk dəfə Lionel Messi və Kriştianu Ronaldo olmadan final görüşü keçiriləcək. Axırıncı dəfə 2013-cü ildə Almaniya finalı ("Bavariya" - "Borussiya" Dortmund 2:1) zamanı adıçəkilən superulduzların komandası final üzü görməyib. Ondan sonra Ronaldo 4, Messi isə 1 dəfə finalda mübarizə aparıb.
 
"Barselona"nın Çempionlar Liqasının pley-off mərhələlərində uğursuz çıxışı davam edir. Kataloniya klubu 2016-17 mövsümündən bəri qrup mərhələsindən sonra cəmi 1 səfər qələbəsi qazanıb. 2 dəfə bərabərə qalıb, 4 dəfə məğlub olan ispanlar 2 qol vurub, 15-ni buraxıb.
 
"Barsa" avrokubok tarixində 6-cı dəfə 4 qollu məğlubiyyətə düçar olub. Dünənə qədər sonuncu dəfə 2016-17 mövsümündə PSJ kataloniyalıları 4 dəfə mərkəzə dəvət etmişdi.

 
tarix: 08-05-2019 10:44


 
Xəbər lenti
23.07.2019
22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az