(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-nın nəzərinə: “Arsenal”ı razı salmaq vacibdi!

AFFA-nın nəzərinə: “Arsenal”ı razı salmaq vacibdi!

Avropa Liqasının Bakı finalına lap az qaldı. Yarımfinal mərhələsinin ilk oyunları yekunlaşdı və ingilis finalını yalnız möcüzə əngəlləyə bilər. “Arsenal” evdə inamlı qələbə qazanıb, “Çelsi” səfərdən qollu heç-heçəylə qayıdıb.
 
Elxan Məmmədov çəlləkləri sifariş verə bilər. AFFA-nın baş katibinin pivə satışıyla bağlı məlum açıqlaması təsadüf deyilmiş. Xərcləri ingilis azarkeşlərə içki satmaqla çıxaracaqlarını vəd edən marketoloq Bakıda baş tutacaq London finalı üçün hazırlığa başlamalıdı.
 
Ölkənin təbliği baxımından bu oyunun əhəmiyyəti çoxdu. Turist axınının təşkili, şəhərin tanıdılması, təşkilatçılıq bacarığının göstərilməsi də öz yerində. Və bütün bunlar AFFA-nın bacarığı yox, dövlət qayğısı nəticəsində reallaşır. Bakı Olimpiya Stadionu kimi möhtəşəm qurğuya heç kim, hətta UEFA da “yox” deyə bilməzdi. Əvvəl-axır belə bir mötəbər oyuna ev sahibliyi edəcəkdik.
 
Hər şey ideal görünür. Təşkilat Komitəsi oyunun təşkili üçün bütün detalları nəzərə almağa çalışır. Gələn qonaqlar da razıdı, problem olmamalıdı.
 
Hazırda hamını narahat edən əsas fakt “Arsenal”la bağlıdı. UEFA-nın xəbərdarlıqlarından, rus idman jurnalistlərinin təbliğatından anlaşılırki, Henrik Mxitaryanın Bakıya gəlməsini əngəlləmək olmayacaq. Avropa Liqasında “Qəbələ” Dortmund “Borussiya”sı, “Qarabağ” “Arsenal”la oynayarkən klublarımız erməni futbolçunun səfərə çıxmasına mane ola bilmişdi. Amma AL finalına müdaxilə etmək çətindi. Mümkümsüz deyil, lakin çətindi.
 
AFFA yarımfinalın cavab oyunları yekunlaşmamış addım atmır, nəsə ediblərsə də, bunu gizlədirlər. Lakin finalçılardan birinin “Arsenal” olduğu dəqiqləşən kimi konkret addım atılmalı, bütün əlaqələr işə salınmalıdı.
 
Futbolla siyasəti qarışdırmağı məsləhət bilməyənlər etiraf etməlidi ki, futbol elə əsl siyasətdi. Qarabağ qazilərinə, şəhidlərin ruhuna hörmət qoyulursa, Xocalıda qətl edilənlərin ruhunu incitmək istəmirlərsə, bu məsələyə mütləq çarə qılmalıdılar. Söhbət sıradan ermənidən getmir, Mxitaryan Dağlıq Qarabağa səfər etmiş, futboldan qazandıqlarını orada işğalçılar üçün xərcləmiş biridi və Bakıya çatan kimi saxlanmalıdı. “Arzuolunmaz şəxs” elan edilən biri bu ölkəyə ayaq basmamalıdı!
 
Bir anlıq təsəvvür edin: “Arsenal” kuboku qazanır, Bakının göbəyində 70 min azarkeş qalibləri alqışlayır. Və hər oyunçu öz ölkəsinin bayrağını çiyninə atıb, medalları qəbul edir. Kuboku, medalları təqdim edənlərin siyahısında bizim dövlət rəsmilərinin də olacağını nəzərə alın və erməni bayrağına bürünən Henrixin təltif edilməsini göz önünə gətirin.
 
Kim nə deyə bilər ki? Mxitaryan qaydaları pozmayacaq, hər futbolçunun etdiyini edəcək. Və Azərbaycan telekanallarına bu oyunçunun adını çəkməyi xəlvəti qadağan edənlər onun selfisinin qarşısını ala bilməyəcək.
 
Rəşad Sadıqov Londonda separatçıların bayrağı ilə meydana daxil olan azarkeşə həddini bildirmişdi. Ölkəmizdə vətənpərvər oğullar çoxdu, bəlkə həmin anda kimsə çıxıb Mxitaryanı da sillələyəcək və s. Amma bunun fəsadları daha böyük olacaq. Ölkə rəhbərliyinin idman siyasəti, qayğısı bir ağılsız hərəkətlə hədər gedəcək, UEFA-ya bizdən üz döndərmək üçün əsas verəcək. Bu perspektivi nəzərə alıb indidən tədbir görülməli, “Arsenal” bu futbolçunu Bakıya gətirməməyə razı salınmamalıdı, problem beynəlxalq futbol qurumlarının diqqətinə çatdırılmalıdı.
 
 
Elxan Məmmədovun UEFA-yla yüksək səviyyəli əlaqələrindən dəm vurulur, buyursun, bacarığını göstərsin. Bu fakt onun nəyə qadir olduğunu sübut etmək üçün imkandı.
 
FƏRİD

 
tarix: 08-05-2019 12:01


 
Xəbər lenti
27.05.2019

12:54   “Fənərbaxça”da daha bir ayrılıq

12:33   Premyer Liqa klubunda baş məşqçi istefası

12:14   “Sumqayıt” üçün 14 650 azarkeş

12:00   Seriyası davam edənlərdən biri – “Qarabağ”

11:49   Millimizin heyətində dəyişiklik

11:43   UEFA "Arsenal"ın Bakıdakı təxribatının qarşısını aldı

11:37   Bakıda Emeri ilə də mübarizə aparacağıq

11:31   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:24   "Çelsi"də ciddi itki

11:11   Şeydayevin taleyi iki oyundan asılıdı

10:59   Jorjinyo Sarrinin müdafiəsində

10:45   Sokratisin bəxtə də ehtiyacı var

10:38   Kvalyarella – 36 yaşlı bombardir

10:24   “Bavariya” rekordunu yenilədi

10:01   Baki finalı: hər şey arzulandığı kimidi

10:00   Ölkə kubokunu “Şaxtyor” qazandı

09:40   Messidən növbəti rekord

09:31   Rizvanov 86 dəqiqə oynadı, “Bohemians”...

09:21   Paşayevsiz “Aleksandriya” səfərdə uduzdu

09:00   “Neftçi” “Qəbələ”nin daha bir oyunçusu ilə güclənir

00:41   A Seriyasında mövsümə yekun vuruldu

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az