(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Kəpəz”də yeni rekordçu: Səmədov ilkə imza atdı

“Kəpəz”də yeni rekordçu: Səmədov ilkə imza atdı

Ümid Səmədov növbəti dəfə Gəncə futbolunun tarixinə düşüb. 

Futbolinfo.az xəbər verir ki, I Divizionda cari mövsümün ilk dövrəsində “Kəpəz”in heyətində debüt edən ən gənc futbolçu kimi tarixə keçən Səmədov indi də komandada qol vuran ən azyaşlı oyunçu olub.

Bu tarixi hadisə çempionatın 25-ci turunda keçirilən “Kəpəz” – “Ağsu” oyununda qeydə alınıb. 88-ci dəqiqədə meydana daxil olan hücumçu görüşün sonuna əlavə olunan 3-cü dəqiqədə komandasının penaltidən 4-cü qoluna imza atıb. Səmədov fərqlənərkən 15 yaş 213 günlüyündə olub. Bununla da o, klubun tarixinə qol vuran ən gənc futbolçu kimi düşüb. Düzdü, Ümid hələ ötən ilin sentyabrında komandanın heyətində fərqlənib. Amma bu, rəsmi yox, Region Liqasında çıxış etmiş “Qoşqar” ilə yoxlama oyununda olub.

Ümidin qol vurduğu epizodda ona bu şansı komandanın kapitanı Əli Səmədov yaradıb. Kiçik Səmədov məhz qardaşına qarşı kobudluğa görə təyin olunan 11 metrliyi dəqiq yerinə yetirib. Yeri gəlmişkən, onların hər ikisi ilk dəfə komandanın heyətində eyni vaxtda meydanda olaraq çiyin-çiyinə oynayıblar. “Kəpəz”in tarixində Sovet dövründən müasir zəmanəmizə qədər qardaşlar oynayıb. Telman – Nizami Salahovlar, Kamil – Nadir Eynullayevlər, İsmayıl – Yunis Hüseynovlar, Mehman – Füzuli Allahverdiyevlər, Yadigar – İmamyar Süleymanovlar, Zaur – Mustafa Əsədovlar, Mətləb – Səbuhi Məmmədovlar, Ceyhun – Renat Soltanovlar, Ruslan – Vəli Qafarovlar, Qoqa – İrakli Berayalar və digərləri buna misaldı. Bu qardaşların bəziləri eyni, bəziləri isə ayrı-ayrı vaxtlarda komandanın şərəfini qoruyublar.

“Kəpəz”in məşqçilər korpusu Səmədovların, xüsusən də Ümidin potensialına böyük ümidlər bəsləyir. Komandanın baş məşqçisi Etibar İbrahimov yetirməsinin güclü tərəflərindən belə bəhs edir: “Ümid topla rəftarı yaxşı, qol duyumu yüksək olan futbolçudur. Çıxış etdiyi aşağı yaş qruplarının birinciliyində bir neçə dəfə bombardir olub. Hər dəfə onu meydana buraxanda qol vuracağına ümid edirik. Buna gücü, potensialı var. Hələ penalti epizodundan əvvəl fərqlənməyə yaxın idi, amma rəqib qapıçı zərbəni dəf edə bildi. Top ayağına düşəndə qapını tez tapmağa çalışır. Universaldır, həm hücumun mərkəzində, həm də cinahlarda oynaya bilir. Əminəm ki, gələcəkdə öz qolları ilə azarkeşləri daha tez-tez sevindirəcək”.

Mövsümün əvvəlində klubun 15 yaşlılardan ibarət komandasından əsas komandasına cəlb edilən Ümid Səmədov 2014-cü ildə AFFA-nın sosial reklam çarxının siması olub. Gənc futbolçu SOCAR tərəfindən 2016-cı ildə Fransada keçirilən Avropa çempionatının finalına göndərilən 6 oyunçu arasında da yer alıb.


 
tarix: 08-05-2019 15:06


 
Xəbər lenti
24.05.2019

20:15   İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47   Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06   “Sabah”da yeni məşqçi təyinatları

17:40   Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12   Premyer Liqa klbunda 3 illik müqavilə

16:47   “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24   PSJ-nin futbolçusu əməliyyat olundu

15:51   “Liverpul” UEFA-dan narazıdı

15:32   Venger də Bakı finalından danışdı

15:17   Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53   “Ayaks”da 3 illik müqavilə

14:32   “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15   “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54   “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36   “Sevilya”da italiyalı baş məşqçi

13:07   “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49   Emil Balayev ən yaxşılar arasında

12:24   Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00   Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47   Marçello Lippi yenidən milli komandada

11:31   Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22   PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11   Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00   Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33   “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00   Almaniyalı futbolçu İtaliya klubunda

09:30   “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00   Serbiya kubokunun qalibi bəlli oldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az