(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Samir Abasov haqda yekun qərar: “Zirə”də son oyununa çıxır!

Samir Abasov haqda yekun qərar: “Zirə”də son oyununa çıxır!

Dilan Duventru, Aleksandr Dedov, Sadio Tounkara, Bilal Həmdi – bu futbolçular Premyer Liqanın son turu bitən kimi “Zirə”ni tərk etməli idi. Baş məşqçi Samir Abasov onun vaxtında transfer edilməyən bütün legionerlərlə vidalaşmağı lazım bilirdi. Siyahı tərtib olunub və rəhbərliyə təqdim edilib.
 
Komandanın kilid oyunçularının siyahıya düşməsi rəhbərliyi də təəccübləndirib. Xüsusilə Duventru və Həmdi ki, ən vacib oyunçulardan imtina qərarı başadüşülən deyil. Çempionat iştirakçılarının demək olar, hamısı bu futbolçuları heyətində görmək istər, Abasov isə məhz özü gətirmədiyindən onların göndərilməsini tələb edir.
 
Amma indi bu siyahının heç bir önəmi yoxdu. Çünki Samir bəyin özü haqda qərar verilib. Bu həftə klubun fəxri prezidenti Orxan Məmmədov yekun qərarını açıqlayıb. Abasovu klubda görmək istəməyən klub rəhbərinə mövsümün əvvəlində arzuladığı məşqçini tanımaq üçün yarım il kifayət edib.
 
Klub əməkdaşlarıyla, futbolçularla yola getməyən, davranışında, onlarla ünsiyyətində ciddi problem olduğu deyilən, tez-tez haqqında şikayət edilən məşqçinin matçlardan sonrakı açıqlamaları da həlledici olub. Heç bir oyundan sonra məsuliyyəti üzərinə götürməyən, həmişə hansısa futbolçunu, hakimləri, bəzən də klub rəhbərliyini qınayan Abasovun davranışı hamını bezdirib. Mövsümün başa çatması üçün səbr edən klub başbilənləri elitada qalacaqları dəqiqləşən kimi qərarını verib.
 
Ötən mövsüm “Sumqayıt”dakı nisbətən uğurlu fəaliyyətinə görə müqavilə bağlayarkən “Zirə” rəhbərliyinə şərtlərini diqtə edən Samir bəy 8 min manat maaşa, xidməti maşın ayırılmasına nail olmuşdu. Lakin bunun qarşılığında vəd etdiyi avrokuboka vəsiqəyə nail ola bilmədi. Gücü yalnız ötən tur komandanın Premyer Liqada qalmasını rəsmiləşdirməyə çatdı. Bütün bunlara göz yummaq olardı, lakin yuxarıda qeyd etdiyimiz səbəblərə, xüsusilə də futbolçularla davranışına görə onunla yola davam edilməyəcək.
 
Qərar qətidi və Abasovu əvəz edəcək namizədin axtarışı başlanıb. Siyahıya Dilan Duventru, Aleksandr Dedov, Sadio Tounkara, Bilal Həmdi kimi oyunçuları seçən, amma çempionata pis start verdiyi üçün istefaya gedən sabiq baş məşqçi Ayxan Abbasov başçılıq edir. Vaxtilə “Zirə”ni gümüş medalçı edən, indisə “Sumqayıt”ı ölkə kubokunun finalına çıxaran bu məşqçinin yenidən özünü sübut etməsi Orxan Məmmədovun ona müraciət etməsinə səbəb olub.
 
Naxçıvan finalından sonra Sumqayıtdakı taleyinə aydınlıq gətirəcək Abbasova ilkin təklif edilib, o isə indiki klubu ilə danışdıqdan sonra qərarını açıqlayacaq. Yalnız Ayxan bəyin imtinasından sonra digər namizədlərlə danışıq başlayacaq. Hələliksə dəqiq olan “Sabah”la son tur matçı bitən kimi Samir Abasovun işsiz qalacağıdı.

 
tarix: 09-05-2019 09:00


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az