(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
"Arsenal" 13, "Çelsi" 6 ildən sonra...

"Arsenal" 13, "Çelsi" 6 ildən sonra...

Çempionlar Liqasından sonra Avropa Liqasında da finalçılar müəyyənləşib. Dünən keçirilən oyunlardan sonra "Çelsi" və "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda həlledici qarşılaşmaya çıxmaq hüququ əldə ediblər.
 
Baş tutan "Valensiya" - "Arsenal" (2:4) və "Çelsi" - "Ayntraxt" (1:1, penaltilərlə 4:3) görüşlərindən sonra bir sıra rekordlar yenilənib. "Arsenal" 13 ildən sonra ilk dəfə avrokuboklarda final oyununa çıxacaq. "Topçular" sonuncu dəfə 2005-06 mövsümündə Çempionlar Liqasının həlledici görüşündə iştirak etmiş və "Barselona"ya məğlub olmuşdu (1:2).
 
"Valensiya" ilə qarşılaşmada het-trikə imza atan "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq klubun tarixinə düşüb. Belə ki, qabonlu forvard "kanonirlər"in heyətində avrokubokların yarımfinal matçında 3 qol vuran ilk oyunçu olub. Sonuncu dəfə Lukas Peres 2016-cı ildə Çempionlar Liqasının qrup mərhələsində "Bazel"i 3 dəfə mərkəzə dəvət etmişdi.
 
"Arsenal"ın baş məşqçisi Unay Emeri karyerası ərzində 4-cü dəfə Avropa Liqasında final həyəcanı yaşayacaq. O, bunu bacaran ilk mütəxəssis kimi tarixə düşüb. Emeri ardıcıl 3 il "Sevilya"nı (2014, 2015, 2016) finala çıxarıb və kuboku qazanıb.
 
"Çelsi" 6 illik həsrətə son qoyaraq, Avrokubokun finalında mübarizə aparacaq. "Zadəganlar" axırıncı dəfə 2012-13 mövsümündə Avropa Liqasında sona qədər yoluna davam etmiş və həlledici qarşılaşmada "Benfika"ya qalib gəlmişdi (2:1).
 
Bu, "Arsenal"ın tarixi ərzində 7-ci (1969-70 mövsümündəki Yarmarkalar Kuboku da daxil olmaqla), "Çelsi"nin isə 6-cı finalı olacaq.
 
Bu mövsüm "Arsenal" və "Çelsi"nin “sükanı arxasına” gətirilən Unay Emeri ilə Mauritsio Sarri debüt mövsümündə avrokubok finalı həyəcanı yaşayacaq.

 
tarix: 10-05-2019 11:23


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az