(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Azərbaycanda mövsümün ən yaxşı futbolçusu

Azərbaycanda mövsümün ən yaxşı futbolçusu

Azərbaycanda 2018/2019 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi səsverməyə adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 198 oyunçudan 176-sı, yəni 89 faizi qatılıb. Ötən il ilk dəfə oyunçular arasında keçirilmiş sorğudan fərqli olaraq, bu dəfə seçimlərdə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, həmçinin elita komandalarına rəhbərlik edən 8 mütəxəssis də iştirak edib.

Səsvermədə “Qarabağ”ın 18, “Neftçi”nin 21, “Səbail”in 24, “Qəbələ”nin 24, “Zirə”nin 26, “Sabah”ın 19, “Sumqayıt”ın 24, “Keşlə”nin isə 20 futbolçusu öz variantını açıqlayıb.

Respondentlər, ümumilikdə, 45 futbolçunu fərqləndiriblər. Yekunda “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov mövsümün ən yaxşı futbolçusu seçilib. Azərbaycan millisinin 27 yaşlı oyunçusu 1 səs fərqi ilə “Qarabağ”ın futbolçusu Abdullah Zubiri qabaqlayıb. Mahmudov 30, Zubir isə 29 səs toplayıb. “Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.

Bundan başqa, 

Səlahət Ağayev (“Neftçi”) 11, 

Mirabdulla Abbasov (“Neftçi”) 10, 

Mahir Mədətov (“Qarabağ”) və Aleksey İsayev (“Sumqayıt”) hərəyə 7, 

Dani Kintana (“Qarabağ”) 6, 

Rəşad Eyubov (“Neftçi”) 5, 

Bədavi Hüseynov (“Qarabağ”), Ağabala Ramazanov (“Səbail”), Ceyms Adeniyi (“Qəbələ”) hərəyə 4, 

Marko Deviç (“Sabah”), Filip Ozobiç, Qara Qarayev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Stiven Monroz (hər ikisi “Qəbələ”) hərəyə 3, 

Riçard Almeyda (“Qarabağ”), Tellur Mütəllimov (“Zirə”), Kirill Petrov (“Neftçi”), Bəhlul Mustafazadə, Cavid Hüseynov (hər ikisi “Qəbələ”) hərəyə 2 səs alıblar.

Həmçinin 23 futbolçuya – 

Vurğun Hüseynov, Peyman Babayi, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev (hamısı “Sumqayıt”), Maykl Essyen, Yevgeni Koçuk, Şəhriyar Rəhimov, Kamal Qurbanov (hamısı “Səbail”), Qismət Alıyev, Rauf Əliyev, Amin Seydiyev, Asif Məmmədov (hamısı “Qəbələ”), Simeon Slavçev, Miçel Madera, Donald Gerrye (hamısı “Qarabağ”), Saşa Stamenkoviç, Coşqun Diniyev, Vitali Kvaşuk (hamısı “Sabah”), Ömər Buludov, Namik Ələsgərov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Nikola Mitroviç (“Keşlə”) və Kamal Mirzəyevə (“Zirə”) 

bir nəfər səs verib. Bunlardan Kvaşuk qış fasiləsində “Sabah”dan ayrılıb.

Səsvermənin əsas şərtinə əsasən, respondentlərin öz komandalarının futbolçularına səs verməyiblər.

Qeyd edək ki, ötən mövsüm İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə Azərbaycanda ilk dəfə oyunçular arasında keçirdiyi səsvermədə adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 185 oyunçudan 133-ü, yəni 72 faizi iştirak edib. Ümumilikdə 44 futbolçunu fərqləndirildiyi sorğuda “Sumqayıt”ın yarımmüdafiəçisi, cari mövsümdən “Sabah”ın formasını geyinən Cavid İmamverdiyev qalib olub. O, “Qəbələ”nin hücumçusu, hazırda “Neftçi”də çıxış edən Baqali Dabonu qabaqlayıb. İmamverdiyev 17, Dabo 16 səs toplayıb. 2018/2019 mövsümü üçün səsvermədə Dabo 20 səs alsa da, İmamverdiyevə səs verən olmayıb.


 
tarix: 10-05-2019 14:44


 
Xəbər lenti
13.12.2019

02:04   Avroliqada qrup mərhələsi yekunlaşdı - “Başakşəhər” pley-offda!

01:31   Rəşad Sadıqov Elxan Məmmədovu ifşa etdi: “Yurçeviçin hansı təcrübəsi var idi ki?”

01:00   Qurban Qurbanov: “Bu nəticə ilə razılaşmalıyıq”

00:29   Bertran Krasson: “Nəticəyə görə təəssüflənirik”

12.12.2019

23:45  “Qarabağ” Avroliqanı heç-heçə ilə tərk etdi

20:41  Çempionlar Liqasında yeni rekord

19:19  “Bavariya” ÇL-də ilkə imza atdı

18:33  İK-nin iclasından sonra brifinq və mətbuat konfransı keçirilməyəcək

18:16  ÇL-də son turun rəmzi komandası - FOTO

17:53  Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə

17:37  “Sumqayıt”la kubok matçına hazırlıq davam edir

17:15  “Səbail” daha bir futbolçu ilə yollarını ayırdı

17:03  Millimizin sabiq futbolçusu həbs edildi

16:19  Buffon ÇL-də 2-ci oldu

16:05  Messidən “el klasiko” açıqlaması

15:41  ÇL-in favoritləri açıqlandı

15:17  İcraiyyə Komitəsi üçün yeni gündəlik

15:02  ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi

14:43  Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

14:38  “Azlıqda da onlardan daha yaxşı idik” - “Qəbələ”nin legioneri

14:21  “Bavariya”nın futbolçusu yenidən zədələndi

13:44  “Xal qazanmaq üçün hər şey etmək istəyirik”

13:25  “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama

12:48  Uelslilər Bakıya gəlməkdən məmnun deyil: Əlavə xərcimiz çıxa bilər

12:24  “Düdelanj”ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik”

12:00  “Düdelanj” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

11:41  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:21  AFFA-dan “Qarabağ”ın futbolçusunun cəzasına endirim

11:00  “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə

10:40  Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21  Bundesliqa klubunda yeni müqavilə

10:00  “İnter”in 12 milyon avroluq itkisi

09:41  “Atalanta”dan tarixi uğur

09:20  Klublararası dünya çempionatı başladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az