(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Seçdiyimiz strategiya düzdü”

“Seçdiyimiz strategiya düzdü”

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2018/19 mövsümünə yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, “Sabah”ın əvəzedici komandası mövsümü 14 komanda arasında 8-ci pillədə başa vurub. Əvəzedici heyətin baş məşqçisi Vasif Haqverdiyev komandanın son mövsümkü çıxışı barədə fikirlərini klub saytına bildirib:

“U-19 Liqasından sonra birbaşa 1-ci divizionda çıxış etmək bizim üçün əlverişli idi. Komandanın özəyini 2000-ci il təvəllüdlü uşaqlar təşkil edirdi. İkinci dövrədə komandamızda hətta 1998-ci il təvəllüdlü futbolçu belə yox idi. 2 nəfər 1999-cu il təvəllüdlü futbolçu var idi. Qalan oyunçularımız isə 2000, 2001, 2002, hətta 2003-cü il təvəllüdlü idilər. Əsas məqsədimiz bu uşaqları əsas komandaya qazandırmaqdı”.

Mövsümün gedişində “Sabah”ın əvəzedici heyətinin bir neçə futbolçusu əsas komandaya cəlb olundu ki, onlardan da 3-ü (Şakir Seyidov, Emil Qasımov və Reza Biqdelo) Premyer Liqada debüt etmək imkanı da əldə etdilər:

“Mövsümün gedişində 3 futbolçumuz – Şakir Seyidov, Emil Qasımov və Reza Biqdelo Premyer Liqada əsas komandamızda debüt etdi. Reza qısa müddətdi komandamızda olsa da, artıq əsas komandamızın baş məşqçisi Elşad Əhmədovun diqqətini cəlb edə bilib. O, “Neftçi” ilə oyunda Premyer Liqada debüt də etdi.

Bundan əlavə, Zahid Mərdanov, Kənan Həsənov, Tolqar Yaqubov, Elçin Mustafayev də əsas komandanın məşqlərinə qatılmağa başladılar. Bu, sevindirici məqamdı. Elə bizim əsas məqsədimiz də bu idi. Fikrimcə, bu uşaqlar gələcək üçün ümid verirlər”.

“Sabah-2” mövsümü 8-ci pillədə başa vursa da, etibarlı müdafiə xətti ilə diqqət çəkdi. Haqverdiyevin yetirmələri mövsüm ərzində qapısında cəmi 20 top gördü ki, bu da, çempionatda ən yaxşı göstəricidir. Ümumilikdə, baş məşqçi komandanın çıxışından razı qaldığını bildirib. O, bu komandadakı futbolçuların potensialına inandığını qeyd edib:

“Mövsümü 14 komanda arasında 8-ci pillədə başa vurduq. Ancaq sona 5 tur qalmışa kimi hətta 3-cü olmaq şansımız da var idi. Sadəcə, ehtiyat qüvvəmizin az olması, komandanın çox gənc olması buna mane oldu. Onu da əlavə edim ki, biz çempionatın ən az qol buraxan komandası olduq.

Heyətin böyük hissəsinin çox gənc olduğunu nəzərə alsaq, komandamın çıxışından böyük ölçüdə – 80 faiz razı qaldım. Hazırda heyətdə 2002-ci il təvəllüdlü uşaqlar var. Çalışacağıq ki, növbəti mövsümdə onlara da şans verək. Fikrimcə, biz düzgün yoldayıq. Seçdiyimiz strategiya düzdü. Gənclərimizə şans veririk ki, gələcəkdə həm milli komandalara, həm də əsas komandaya cəlb olunsunlar.

Fikrimcə, uşaqlar günü-gündən inkişaf edirlər. Bir məşqçi olaraq bunu hiss edirəm”.


 
tarix: 11-05-2019 09:17


 
Xəbər lenti
23.07.2019
22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az