(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Maliyyə hesabatı: "Qarabağ" və "Neftçi"nin birgə büdcəsi digər 6 klubun cəmindən çoxdu

Maliyyə hesabatı: "Qarabağ" və "Neftçi"nin birgə büdcəsi digər 6 klubun cəmindən çoxdu

Klubların maliyyəsi haqqında onillərdi gizli saxlanılan, heç vaxt dəqiq bir şey öyrənə bilmədiyimiz bilgilər gün üzünə çıxır. Kimin nə qədər qazandığı, nə qədər xərclədiyi hamı üçün sirr olardı. Nəhayət, UEFA-nın lisenziya tələbindən sonra klublar bəzi məlumatları bölüşməyə məcbur oldu.
 
Bunu “qismən şəffaflıq” saya bilərik. Çünki açıqlanan siyahılar tam inandırıcı deyil, bir çox rəqəmlər reallıqla üst-üstə düşmür. Bir çox xərclər var ki, hansısa bölmədə gizlədilib, ümumiləşdirilib. Lakin əsas odur ki, istinad edəcəyimiz mənbə var.
 
Rəqəmlərə inansaq, klubların büdcələri bu şəkildə sıralanır (milyon manatla):
Qarabağ – 15,218
Neftçi – 11,205
Qəbələ - 7,748
Keşlə - 5,271
Səbail – 3,821
Zirə - 3,398
Sabah – 1,864
Sumqayıt – 1,527
 
Komandaların Premyer Liqanın bu gün yekunlaşacaq növbəti mövsümündəki tutduqları yerə baxmaq da da fayda var. “Qarabağ” və “Neftçi” büdcəsinə uyğun mövqedə qərarlaşıbsa, “Qəbələ” bir pillə geridədi. “Qırmızı-qaralar”ın ölkə kubokunda final oynayacaqlarını nəzərə alsaq, “günah”ı bağışlanandı.
 
Digər komandalar da büdcəyə uyğun yer tutub. Amma “Sumqayıt”da vəziyyət fərqlidi. Gəliri 1,527 milyon manat olan klub 2,676 milyon xərcləyib, büdcə1,149 milyon manat aşılıb. Bu pulun haradan təmin edildiyi barədə məlumat yoxdu.
 
“Keşlə” isə futbolumuzun anormallığıdı. Klubun rəhbəri Zaur Axundovun maliyyə idarəçiliyinin niyə tez-tez yoxlandığını indi başa düşürük. Bu şəxsə 5,271 milyon manat da bəs etməyib və büdcədən əlavə 468 min manat xərcləyib. Ziyanla işləyən komandanın çempionatda sonuncu pilləni tutması və diviziona yuvarlanacağı reallıqdı. 5,7 milyon manatla sonuncu olmağı yalnız “Keşlə” bacarardı. Klub büdcəsinə görə 4-cü olsa da, uğursuzluq yaşayıb, deməli, AFFA-dan/SOCAR-dan ayrılan pullar dağıdılıb, havaya sovrulub.
 
Ümumiyyətlə, klublarımızın cəmi büdcəsi  50,052 milyon manat təşkil edir. Bu da orta hesabla hər kluba 6,256 milyon deməkdi. Bu həddi cəmi 3 klub keçib və onlarda ikisi – “Qarabağ”la “Neftçi” avrokuboka vəsiqə əldə edib, “Qəbələ” isə buna yaxındı. Maraqlıdı ki, ağdamlılarla bakılıların ümumi büdcəsi digər 6 komandanın ümumi büdcəsindən çoxdu.
 
(davamı olacaq)

 
tarix: 11-05-2019 09:00


 
Xəbər lenti
23.07.2019
22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az