(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Maliyyə hesabatı: “Keşlə” iflas həddində, “Sumqayıt”a dair suallar var

Maliyyə hesabatı: “Keşlə” iflas həddində, “Sumqayıt”a dair suallar var

 
Klubların büdcələrinə ayrı-ayrılıqda nəzər salsaq, “Qarabağ”ın büdcəsinin reallığı əks etdirməsindən şübhələnməliyik. Siyahılar hamısı 2018-ci ilin 1 yanvar – 31 dekabr tarixini əhatə edir. Avropa Liqasının qrup mərhələsində iştiraka görə gələn pulu nəzərə alsaq, hər şey normaldı, lakin belə çıxır ki, klubun sponsorları demək olar, heç nə xərcləməyib. Halbuki belə deyil.
 
Çempionlar Liqasından gələn 32 milyon manat ötən ilə aid edilib, 2018-də isə AL-də iştiraka görə ödənilən pullar xərclənib. Bilet satışından, teleyayımdan qazanılan pullarla büdcə tamamlanıb. Klub xərclədiyi pulu özü qazanıb və “Azersun” heç bir maddi yardım etməyib. Hər halda, siyahı bunu göstərir.
 
Maraqlıdı ki, ümumi büdcənin demək olar, yarısı inzibati işçilərin və futbolçuların maaşına gedib. 8,250 min manatla siyahıda birinci olan “Qarabağ”la müqayisədə 6 iştirakçı bu qədər vəsaiti heç ümumi kluba xərcləməyib.
 
“Neftçi”də büdcənin 40 faizi maaş və mükafatlara gedib – 5,557 milyon. “Qəbələ” isə bu məqsədlə nə qədər sərf etdiyini gizli saxlayıb. “Qırmızı-qaralar” 7,748 milyonluq büdcənin 6,455 milyonunu “digər xərclər” bölməsinə salıb ki, bu da 83 faiz deməkdi. Deməli, büdcə şəffaflığı gizlədilib. Cəmi xərclərin 8,303 milyon manat olduğunu nəzərə alsaq, büdcənin aşıldığı aydın görünür. Lakin klubun uşaq futboluna 1,416 milyon manat xərclədiyini də vurğulamalıyıq. Bu, “Qarabağ”la “Neftçi”nin eyni istiqamət üzrə birgə xərclədiyi qədərdi.
 
“Keşlə”də də əsas xərc futbolçuların və inzibati işçilərin maaşına gedib. Bu məbləğ isə 3 klubun ümumi büdcəsi qədərdi, “Səbail”in cəmi büdcəsindən 200 min manat azdı. 3,6 milyon manat işçilərə, əsasən futbolçulara xərclənib ki, bunun da nəticəsi son pillə olmamalıydı. Deməli, futbolçu seçimində ciddi yanlışlıqlar olub, ya da pullar bu adla dağıdılıb. Uşaq futboluna cəmi 300 min manat xərclənməsi də maraqlıdı – əsas komandaya bunun 12 misli sərf edilib.
 
Cəmi kapitalın “minus”la göstərilməsi ciddi maliyyə səhvidi, aktivlərin 55 min manat göstərilməsi isə klubun tam dəyərsiz olmasının göstəricisidi. “Keşlə” bu siyahıya görə iflas həddindədi.
 
“Səbail” də futbolçulara/işçilərə ödənilən vəsaiti gizlədib. Maliyyənin 89 faizinin “digər xərc” kimi göstərilməsi absurddu. Klub sanki digər xərclərdən və uşaq futboluna ayırdığı 347 min manatdan ibarətdi. “Zirə” və “Sabah”ın siyahıları da fərqli deyil.
 
“Sumqayıt”da durum daha pisdi. 1,527 milyon manat büdcəsi olan klub bu pulun 954 minini UEFA-dan əldə edib. “Qarabağ”ın Çempionlar Liqasına düşməsinə görə ayrılan vəsait olmasaydı, klubun nə edəcəyi çox maraqlıydı. Çünki klub sponsordan cəmi 401 min manat alıb, 172 min manat da kommersiya gəliridi. Lakin əvəzində 2,676 min mant xərclənib - həmin pulun haradan təmin edildiyi sirrdi.
 
Xərcləri hesablayanda “Sabah”ın hamıdan qənaətcil olduğunu deyə bilərik. Bu klub faktiki 1,870 manatlıq xərclə sonuncudu. Amma debütant da büdcəni 100 min manat aşıb. Bununla belə, 1,964 milyon manatı komandanın tutduğu yerə görə normal saymalıyıq.
 
(davamı olacaq)

 
tarix: 11-05-2019 10:00


 
Xəbər lenti
23.07.2019
22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az