(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Maliyyə hesabatı: “Digər xərclər”də gizlədilən xərclər

Maliyyə hesabatı: “Digər xərclər”də gizlədilən xərclər

(əvvəli bu linkdə)
 
Klubların maliyyə hesabatlarına nəzər salarkən standart müəyyənləşdiyini görürük. Yəqin ki, AFFA-yla hər şey razılaşdırılıb və istiqamətlər seçilib. Lakin fərqliliklər də göz oxşayır.
 
Əvvəla, heç kim detallı açıqlama verməyib. Futbolçulara xərclənən vəsait ayrıca göstərilsə, daha yaxşı olardı. Halbuki “Qarabağ”, “Neftçi” və “Keşlə”dən başqa heç kim ümumiyyətlə, maaşların cəmini də göstərməyib.
 
“Digər xərclər” bölməsində forma/inventar, təlim-məşq toplanışları, nəqliyyat sərfiyyatı, infrastrukturun saxlanılmasına ayrılan vəsait və s. ümumiləşdirilib. Məsələn, “Neftçi”də aylıq 100 min manata yaxın kredit ödənişi, kluba alınan 6 avtomobil və 1 avtobus da burada əksini tapıb. Əksər klublar isə futbolçulara, işçilərə ödənilən məbləği də “digər xərc” kimi yola verib. Bu isə hesabat sayıla bilməz, sadəcə, lisenziya tələbinə cavab vermək üçün yalançı cızma-qaradı.
 
Bəzi klubların büdcəni aşması düzgün planlamanın olmamasının göstəricisidi. Xüsusilə “Keşlə” və “Sumqayıt” kimi nəzarətin güclü olduğu şura klublarının bunu etməsi sual doğurur. Xərclənən əlavə pulun mənbəyi göstərilmirsə, bu hesabatlar qəbul edilə bilməz, qəbul edilməsi üçün izahat lazımdı.
 
3 klubda cəmi kapital 10 milyon manatın üstündədi (mötərizədə cəmi aktivlər göstərilib).
Qarabağ: 17,950 (24,773) milyon manat
Neftçi: 12,603 (15,255)
Qəbələ: 10,754 (13,670)
Sumqayıt: 10,550 (0,554)
Səbail: 0,594 (0,648)
Zirə: 0,177 (0,111)
Sabah: 0,112 (0,511)
Keşlə: -0,264 (0,55)
 
“Keşlə”nin “mənfi”ylə göstərilən aktivini AFFA-nın lisenziya prosesində necə qəbul edəcəyini bilmirik, lakin klubları dəyərini ölçən bu rəqəmlər də müzakirəyə açıqdı. Faktiki 4 klub hər an dağılmaq təhlükəsiylə üz-üzədi.
 
“Neftçi” və “Sabah”ın uzunmüddətli öhdəlikləri də diqqət çəkir. Cəmi öhdəliklərə görə isə “Sumqayıt” bütün klubları “cibinə qoyar. 11,104 milyon manatın hesabatının verilməsi, detallı izah pis olmazdı. Bu rəqəm “Qarabağ”da 6,823, “Qəbələ”də 2,961, “Neftçi”də 2,652 milyon manatdı. Adı çəkilməyən digər 4 klubda isə birlikdə ümumi məbləğ milyona çatmır.
 
(davamı olacaq)

 
tarix: 11-05-2019 11:00


 
Xəbər lenti
20.10.2019

15:33   Hərəyə 3 qol, 1 xal - VİDEO

15:15   Əliyevli “Ximki” səfərdən xalsız döndü

15:04   “Yuventus”dan çətin qələbə - VİDEO

14:55   “Çelsi”yə 1 qol bəs etdi - VİDEO

14:33   Ayaz oynamadı, “Spartak” yenə xal itirdi

14:15   “Mançester Siti”dən inamlı qələbə - VİDEO

13:54   Xəlilzadə üçün təmkinli qərar

13:40   “Atletiko” “Valensiya” ilə bacarmadı - VİDEO

13:20   Turabovun komandası səfərdən 1 xalla döndü

13:00   “Real” belə uduzdu - VİDEO

12:40   Azərbaycan - Norveç matçı ispan hakimə tapşırıldı

12:20   “Barselona” 3 xalı 3 qolla qazandı - VİDEO

12:00   Millimizin oyunlarını bu hakimlər idarə edəcək

11:30   “Qarabağ”ın məşqçiləri Kiprdə olublar

11:00   Dadaşov komandasını Portuqaliya kubokunda 1/16 finala daşıdı

10:30   Novruzovun komandası “Zimbru”ya divan tutdu

10:00   Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

09:30   Ozan Can: “Baş məşqçi məndən narazı olmaqda haqlıdı”

09:00   Qəbələdən Bakıya kimi 1:1

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az