(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Maliyyə hesabatı: “CBC Sport”un üzə çıxan yalanı

Maliyyə hesabatı: “CBC Sport”un üzə çıxan yalanı

 
Klubların maliyyə hesabatında diqqət çəkən daha bir məqam bilet satışı və teleyayımdan gələn gəlirlə bağlıdı. Dünyada klubların büdcəsi əsasən bu iki sahədən təmin olunur, bizdə isə vəziyyət faciəvidi, elə ona görə də sponsorlardan asılılıq var.
 
Biletdən və abunəlikdən gələn pullara görə sıralama belədi (min manatla):
Qarabağ – 733,91
Neftçi – 10,4
Keşlə - 4,5
Qəbələ - 1
Səbail – 0
Zirə - 0
Sabah – 0
Sumqayıt – 0
 
4 klub ümumiyyətlə, biletdən gəlir götürməyib, “Qəbələ” cəmi 1000 manat əldə edib. Bu baxımdan “Keşlə”nin 4500 manat irəli düşməsi gözlənilməzdi.
 
Ümumiyyətlə, biletdən gəlir əldə edənlər avrokuboklarda oynamış klublardı, amma burada “Qəbələ” ilə “Keşlə” arasındalı fərq sual doğurur. Bu komandaların Bakıdakı oyunlarında bilet qiymətləri də, tamaçaçı sayı da eyni idi, ancaq nədənsə paytaxt klubu daha gəlirli çıxıb.
 
Premyer Liqa matçlarında da bilet satan “Qarabağ”la “Neftçi”nin əsas gəliri də avrokubokda olub. Xüsusilə Avropa Liqasının qrupunda oynayan ağdamlıların 733 min manat əldə etməsi sürpriz sayılmamalıdı.
 
Bütün klubların birlikdə biletdən cəmi 749 min manat əldə etməsi biabırçı mənzərədi. Başqa çempionatlarda bu məbləği istənilən klub bir oyuna əldə edir.
 
Teleyayımdan gələn gəlir də yalnız avrokubokda iştirak etmiş komandalara qismət olub (min manatla):
Qarabağ – 414,24
Neftçi – 44,6
Keşlə - 0
Qəbələ - 0
Səbail – 0
Zirə - 0
Sabah – 0
Sumqayıt – 0
 
“Keşlə” və “Qəbələ”nin gəlir əldə etməməsinin səbəbi ilk təsnifat mərhələsində uduzmalarıdı. Bu klublar ev oyunlarını yerli telekanallara təmənnasız və ya səfər oyunlarını ekrana gətirmək müqabilində verib. Ona görə də sözügedən təmsilçilərimiz bu baxımdan maddi qazanc götürməyib. “Neftçi”ni onlardan fərqləndirən isə potensial rəqibinin “Sevilya” olması idi. İspanlar “Uypeşt”lə qarşılaşan komandamıza növbəti mərhələyə vəsiqə qazanacaqları halda yayım hüququ üçün ilkin ödəniş etmişdi. Macarlar da eyni məbləğə sahib çıxmışdılar, onlar yola davam etdi, “Neftçi” isə “beh”lə kifayətlənməli oldu.
 
“Qarabağ” qrup mərhələsində oynadığından daha çox qazanması başadüşüləndi. 459 minlik ümumi qazancın 90 faizi məhz ağdamlılara məxsusdu.
 
Bu məqamda sual ortaya çıxır: bəs, Premyer Liqanın yayımı üçün ödənməli olan məbləğ? Axı, “CBC Sport” tenderdə qalib olmuş və 700 min manat müqabilində bu hüquqa sahib çıxmışdı. Klubların hesabatından aydınlaşır ki, hər şey yalandı və AFFA-nın sahiblərindən biri olduğu telekanal klubları illərdi aldadır. Hərəsi 100 min manata yaxın vəsaitə sahib çıxmalı olan klublar aldadılır, yayım hüququ “CBC Sport”a havayı verilir, digər telekanallar isə süni şəkildə kənarda qoyulur.
 
Növbəti tender zamanı bu fakt xüsusilə “İdman Azərbaycan” üçün tutarlı səbəb olmalıdı. Oyunlar havayı göstərilirsə, nəyə görə bir telekanala “yaşıl işıq” yandırılır, digərləri ofsayda salınır? Ya “CBC Sport” klublara pul ödəsin, ya da yarışı sahiblərinin sayəsində monopoliyasına almasın.

 
tarix: 11-05-2019 12:30


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az