(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Avrokuboklar üçün bugündən birləşin!

Avrokuboklar üçün bugündən birləşin!

Premyer Liqada mövsüm çempionatın 2 ən yaxşı komandasının görüşü ilə yekunlaşır. Qızıl medal uğrunda layiqli mübarizə aparan “Neftçi”ylə “Qarabağ” 8-ci kilometr stadionunda major notlar vuracaq.
 
Çempion da bəllidi, digər mükafatçılar da. Mübarizə, gərginlik bitib, hamı istirahətə hazırlaşır. Mövsüm boyu əla oyun sərgiləyən komandalar bu gün mükafatlarını alıb, avrokubok hazırlığı üçün fasilə götürəcək.
 
Matç ətrafında ciddi ajiotaj var və çox təəssüf ki, qarşılıqlı ittihamlar, təhqirlərlə müşaiyət  olunur. “Qarabağ”ın qızıl medalları əzəli rəqibinin meydanında alacağı süni gərginlik yaradıb. Oyunun məkanının dəyişdirilməməsi, buna cəhd edən “Neftçi”nin rəqibindən razılıq almaması əsəbləri tarıma çəkib. Bakılılar sanki bunu özünə ar bilir. Halbuki çempionluğun taleyi bu turadək həll olunmasaydı, eyni hal son turda da yaşana bilərdi. O zaman meydan dəyişmək heç kimin ağlına da gəlməzdi.
 
Həm də “Neftçi” öz meydanından niyə qaçmalıdı ki? Ağdamlılarla 3 oyunda 2 heç-heçə, 1 qələbə var, şəxsi görüşlərdə çempiondan geri qalmırlar. Qələbə və ya məğlubiyyət – birini bayram, digərini həzm etməyi bacarmaq lazımdı. Hər iki komandaya bunu ən yaxşı şəkildə etmək yaraşacaq. Hamı istənilən nəticəyə hazır olmalıdı.
 
Peşəkar Futbol Liqasının dünənki bəyanatından bəlli oldu ki, oyunda təhlükəsizliyi təmin etmək üçün bütün tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimində çalışacaq hüquq-mühafizə işçiləri istənilən xoşagəlməz olayın qarşısını almaq üçün hazır olacaq. Hər iki tərəfin azarkeşləri komandaları normal şəkildə dəstəkləyəcəyi halda, hər hansı problem yaşanmayacaq. Lakin asayişin pozulması cəhdi yəqin ki, bir sıra fanatların yolunu polis bölmələrindən salacaq. Bu xoşagəlməzliyə dəyməz.
 
Azarkeşlər ilk növbədə özünü düşünməlidi. Bəli, azarkeşlik, klub sevgisi olmalıdı, lakin bunu ifrat həddə çatdırmaq olmaz. İstənilən yersiz hərəkət elə fanatların özünə problem yaradacaq. Təmkinli olmaq, futbol bayramını pozmamaq gərəkdi. Qonaq fanatlara qıcıqlandırıcı hərəkətlərdən qaçmaq, meydan sahiblərinə səbrlə davranmaq yaraşar. Hər iki tərəf öz komandasını dəstəkləsə, bir yerdə qalibləri alqışlasa, nümunəvi davranış sərgiləmiş olarlar.
 
Əzəli rəqabətdi, təbii ki, sevgi də, nifrət də olacaq. Amma bəlkə elə bugündən birləşmək yaxşı olar. Axı, bir ay sonra hər iki komandanın fanatları avrokuboklarda onsuz da çiyin-çiyinə olacaq, rəqibləri məyus etmək üçün Azərbaycana, Azərbaycan klubuna azarkeşlik edəcəklər...

 
tarix: 11-05-2019 11:29


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az