(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Musayev 50 manatlıq biletin əleyhinə deyil: “Bu, klubun daxili işidi”

Musayev 50 manatlıq biletin əleyhinə deyil: “Bu, klubun daxili işidi”

Peşəkar Futbool Liqasının prezidenti Ramin Musayev müsahibəsində bu gün Azərbaycan Premyer Liqasınının mövsümdə  sonuncu - 28-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ"  oyunu ətrafında yaranan ajiotajdan danışıb. 

Futbolinfo.az xəbər verir ki, o, maraqlı fikirlər səsləndirib:

– Son günlərdə “Neftçi” – “Qarabağ” matçı ətrafında ciddi ajiotaj yaranıb. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdır. Mövsümün son oyunudur. Düzdür, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur. Gəlin bunlara normal yanaşaq.

– Düşünmürsüz ki, futbolu inkişaf etdirən elə bu cür rəqabətdir, intriqadır?
– Fikrimcə, bu intriqalar növbəti mövsümdə çempionatın daha maraqlı keçməsinə təkan olacaq.

– “Qarabağ” tərəfi sakitdir, amma “Neftçi” rəhbərliyi stadionun dəyişdirilməsi üçün müraciət etmişdi. Bu gün də biletlərin qiymətini qaldırıb…
– Onlar müraciət üçün yox, müzakirə üçün gəlmişdilər. Bu gün “Qarabağ”ı qəbul edən tərəf “Neftçi”dir. Cavabdeh də onlardır. Bakılıların bizdən dəstək alması, müzakirə etməsi xoşagələn haldır. Burada qeydi-adi heç nə yoxdur. Klub rəhbərləri gəlmişdi. Onları bura gətirən səbəb azarkeşlərin “facebook”da bir-birilərinə atmacalar atması, hədə-qorxu gəlmələri idi. Geniş müzakirədən sonra qərar gəldik ki, oyun “Bakcell Arena”da keçirilsin. Azarkeşlər arasında söz-söhbət olmalıdır. Bu, futbolun bir marağıdır. Mən demirəm, bir-birilərini təhqir etsinlər. Mən “Neftçi”də işləyəndə azarkeş sayına görə rekord qırdıq. Ölkə kubokunun 1/4 finalı olsa da, “Xəzər Lənkəran”la matça 24 min azarkeş gəlmişdi. Həmin vaxt Tuyqun Nadirovla danışdıq, bir-birimizə etik çərçivədə atmacalar atdıq. Bu gün o hərəkəti etmək istəyirlər, amma təhqirə keçirlər. Biz də bunun əleyhinəyik. Unutmayaq ki, avrokubok oyunlarında hər iki klubun azarkeşləri bir-birilərinə dəstək olurlar. Mən bunun canlı şahidi olmuşam. Sizin vasitənizlə həmin azarkeşlərə səslənirəm. Klub rəhbərlərinin yerinə olsam, bir-birilərini oyunlarına dəvət edərəm. Onlar 90 dəqiqə rəqibdirlər. O vaxt Mais Mənsimov, Tuyqun Nadirov bizi hakimin final fitindən sonra dəvət edərdi, gedib Lənkəranda ən bahalı restoranda yeyib-içərdik. Bu həmişə qarşılıqlı olub.

– “Neftçi” rəhbərliyi biletin qiymətini 50 manat edib. Sizcə, baha deyil?
– Bu, klubun daxili işidir. Qarışmağa ixtiyarımız yoxdur. Məncə, fikirləşiblər ki, çempionatın son oyunudur. Qarşıdan da Avroliqanın finalı gəlir. Ən ucuz bilet də 60 avrodur. Bunlar da yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, ya yox?

– Hər halda Azərbaycan Premyer Liqası ilə Avroliqa bir deyil…
– Bilirəm, amma bu oyuna olan maraq heç də final matçından geri qalmır.

– İstənilən halda bu cür addımlar azarkeşləri stadiondan küsdürür. Biz istəyirik stadiona azarkeş gəlsin. Amma reallıqla yanaşsaq, bu gün azarkeşin biletə 50 manat verməyə imkanı yoxdur…
– Sözsüz ki, biz də azarkeşlərin stadiona gəlməsinin tərəfdarıyıq. Amma bizim klubun daxili işinə qarışmağa ixtiyarımız da yoxdur. (yenicag.az)


 
tarix: 11-05-2019 15:36


 
Xəbər lenti
20.07.2019

13:30   "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00   “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30   “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00   La Liqanı Liqa 1-ə dəyişdi

11:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:31   Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00   Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30   Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00   Meksika millisinin üzvü “Ayaks”da

09:30   “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00   Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55   Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

19.07.2019

23:53  Azərbaycan - Ukrayna matçı baş tutmadı

23:04  Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı

22:31  “Sabah” ukraynalı qapıçı transfer etdi

22:19  UEFA “Fənərbaxça”nı cərimələdi

21:18  “Trabzonspor” argentinalı futbolçu aldı - RƏSMİ

18:30  Argentinalı hücumçu “Qarabağ”da?

18:00  Viktor Valdes yenidən “Barselona”da

17:30  “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00  “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41  “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24  “Dandalk” Bakıya 150 minə gələcək

16:02  “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44  “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25  UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51  Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40  2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21  “Qarabağ”dan nümunə götürməliyik”

14:00  Milli karyerasını başa vurdu

13:42  Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34  “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24  Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17  “İnter” hücumçusunu icarəyə verdi

13:01  Premyer Liqadan Çinə daha bir transfer

12:43  “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:20  “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00  “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45  Azərbaycan 26-cı pillədə qaldı

11:30  Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15  “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

11:00  Fransa klubu Molla ilə gücləndi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az