(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Bəlli büdcəmiz var, ondan kənara çıxa bilmirik”

“Bəlli büdcəmiz var, ondan kənara çıxa bilmirik”

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində dogma “divarlar arası”nda “Keşlə”yə 1:4 hesabı ilə məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- İlk növbədə “Səbail” ailəsini, azarkeşlərimizi təbrik edirəm. Çempionat boyu əzmkar komanda gördük. Düşünürəm ki, “Səbail” çempionata rəng qatmağı bacardı. Son 2 turda məğlub olmağımız motivasiya ilə bağlıdı. Yenə də istəyirdik ki, çempionatı pozitiv notda başa vuraq. Ancaq həvəsdən düşmürük. Çünki qarşıda bizi Avropa Liqası gözləyir. Qarşıda çox işimiz var. İndi ancaq futbolçuları təbrik etmək istəyirəm. Ən böyük pay sahibi onlardı.

- Heyəti neçə faiz qoruya biləcəksiniz?
- İndi bu suala cavab verə bilmirəm. Yalnız yerli uşaqlardan bu cavabı ala bilmişik. Elələri də var ki, cavab verməyiblər. Bizim də gözləmək vaxtımız yoxdu.

- Son tarix nə vaxtdı?
- Bu dönəmdə futbolçuların qiyməti qalxır. Təxmini 1 həftə gözləyəcəyik. Futbolçuları da qınamıram. Hamısı daha yaxşı şərtlər altında çıxış etmək istəyir.

- Heyəti qoruya bilmirsiniz. Sökülüb-yığılan komanda isə Avropa Liqasında uğursuzluğa məhkumdu…
- Doğru qeyd edirsiniz ki, komandanı formalaşdırmağa zaman tələb olunur. Ancaq bəlli bir büdcəmiz var. Ondan kənara da çıxa bilmirik.

- Mirabdulla Abbasovla apardığınız danışıqlar nə yerdədi?
- Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək.

- Abbasovun müqaviləsi növbəti mövsümü də əhatə edir. “Neftçi”dən onu götürmək üçün 100 min manatlıq kompensasiya ödənilməlidi. “Səbail” bu kompensasiyanı ödəməyə hazırdımı?
- Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq. (Sport24)


 
tarix: 11-05-2019 17:42


 
Xəbər lenti
23.05.2019

21:22   “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38   Avroliqanın Bakı finalına yeni formalarla

17:46   La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07   “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41   Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05   “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51   Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41   Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:12   Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44   UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25   “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06   Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26   43 yaşında karyerasını başa vurdu

13:05   “Sabah” futbolçu seçimi elan etdi

12:48   Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27   Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01   David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42   Rusiya kubokunun qalibi bəlli oldu

11:24   “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00   “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30   Rudi Qarsiya istefa verdi

10:00   Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30   Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az