(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Roberto Bordin: “O, bunu bir az sakit formada da edə bilərdi”

Roberto Bordin: “O, bunu bir az sakit formada da edə bilərdi”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Azarkeşlər ikinciliyi qəbul etmir, uğurlu saymır. Siz bəs bunu uğur sayırsızmı?
- Tam razıyam. Düzdü, birinci pillədəydik, ancaq xallar itirdik. Buna baxmayaraq, 2-ci pillə ilə tam razıyam.

- "Qarabağ"ın "Neftçi"dən üstün olduğunu qəbul edirsizmi?
- Komandam çox yaxşı oyun göstərdi. Bizim futbolçular sona qədər mübarizə apardılar. Bu oyundan da razıyam.

- Çempion olmamağınızın günahını kimdə görürsüz? Neçə faiz sizdə, neçə faiz futbolçularda?
- Çempionatı dəyərləndirəndə ümumi mövsümə baxıram.

- "Şerif" klubu ilə qazanılan qızıl medal, yoxsa “Qarabağ"ın olduğu Azərbaycan Premyer Liqasındakı ikinciliyi daha dəyərli sayırsız? 
- Hər iki medal mənim üçün dəyərlidi. Güclü komandaya qarşı mübarizə apardıq. Hər çempionatın öz yeri var. Sonuna qədər mübarizə apardıq. 

- Rəşad Sadıqovla ilk hissədə aranızda anlaşılmazlıq oldu... 
- Futboldan belə hallar olur. Sadəcə, bir az əsəbləşmişdim. Rəşad Sadıqov qoldan sonra çox sevindi. Bunu bir az sakit formada da edə bilərdi. Buna əsəbləşmişdim. 

- Növbəti mövsüm "Neftçi"ni çalışdıracaqsız, yoxsa rəhbərliklə danışığınız olacaq? 
- Klub ilə olan müqaviləm davam edir. (komanda.az)


 
tarix: 11-05-2019 20:52


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az