(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Gözəl: “Hədəfimiz Qarabağın adını Avropada layiqincə tanıtmaqdı”

Tahir Gözəl: “Hədəfimiz Qarabağın adını Avropada layiqincə tanıtmaqdı”

“Bizi buralara komandadakı ab-hava, səmimiyyət, birlik və bərabərlik gətirdi. Bütün azarkeşləri təbrik edirəm. Bugünkü oyun da gərgin mübarizə şəraitində keçdi”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Premyer Liqanın sonuncu - 28-ci turunda səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb..


- Ardıcıl 6-cı dəfə çempion oldunuz. Bu artıq sizin üçün adiləşib?
- Xeyr, belə şeyə alışmaq, öyrəşmək olmur. Hər dəfə yeni kimi olur. Ölkəmizin tarixində heç bir klub 6 dəfə ardıcıl çempion olmayıb. Ona görə də çox sevincliyik.


- Bu mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?
- “Neftçi” çox yaxşı çıxış etdi. Xeyli geridə qalmışdıq, ona görə də bizim üçün ən həyəcanlı mövsüm bu idi.


- Mövsümün gedişində 5 xal geri düşəndə çempionluqla bağlı bir inamsızlıq var idi?
- Xeyr, inamsızlıq yox idi, amma bir narahatlıq var idi, bunu demək lazımdı. Həmin dövrdə komandadaxili iclas keçirdik, hamı bu sualı verirdi ki, mən bu komanda üçün nə edə bilərəm? Hərə öz üzərinə düşəni etdi və çempion olduq.


- Qarşıdakı mövsüm üçün büdcədə dəyişiklik olacaqmı?
- Xeyr, hansısa dəyişiklik gözlənilmir. Çünki qarşımızdakı klublar o qədər nəhəng klublardı ki, bizim onlara çatmaq üçün heç bir imkanımız yoxdu. Ona görə də nə etməliyik? Əhval-ruhiyyəmizi və xalqımızın dəstəyini arxamıza alıb keçmiş dönəmlərdəki o gözəl, uğurlu çıxışları təkrarlamalıyıq. Bizim hədəfimiz Avropada çempion olmaq yox, Qarabağın adını layiqincə tanıtmaqdı.


- Qarşıdakı mövsüm ÇL qrupuna düşmək haqqında düşünürsüz?
- Düzdü, qaydalar dəyişib və daha çətin olub. Amma əlimizdən gələn qədər çalışacağıq. Mən özümdən də, klubumdan da bunu tələb edirəm. Niyə də olmasın?


- “Qarabağ” azərbaycanlılar üçün bir klubdan üstündür. Dövlət tərəfindən sizə hansısa bir dəstək olurmu?
- Xeyr, klubların hər birinin ayrıca sponsoru var və düşünürəm ki, ciddi dəstəyə ehtiyacımız yoxdu. Təlim-məşq toplanışı planlaşdırılıb, öz ayağımız üzərində durmağı bacarırıq.


- Rəqib komandanın bilet qiymətlərini artırması ilə bağlı nə deyə bilərsiniz?
- Bu artımı başa düşə bilmədim. Mən “Neftçi”nin məsləhətçisi olsam, deyərdim ki, 50 manata az adam gələcək, amma 20 manat olsa, ümumi gəlir bundan qat-qat çox olacaq. Mən istərdim ki, bu gün stadion dolu olsun, amma olmadı. Canınız sağ olsun. Rəqibin də öz hüququ var, biz də hörmətlə yanaşırıq. (Report)


 
tarix: 11-05-2019 21:45


 
Xəbər lenti
11.12.2019

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az