(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Mahir Mədətov: “Ən böyük problem transfer haqqıdı”

Mahir Mədətov: “Ən böyük problem transfer haqqıdı”

“Əslində bombardirlik ikinci planda idi. Çünki bu, əvvəlcədən məlum idi. Sadəcə, bu gün "Neftçi"yə uduzmağımızı istəmirdim. Onlara qalib gəlməyin həzzi başqadır. Çünki bu, derbidir. Sevinirəm ki, qalib gəldik və çempion olduq. Çempion ola bilməsəydik, əziyyətimiz yerdə qalacaqdı. Komandamız bunun üçün çox əziyyət çəkmişdi". 

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Mahir Mədətov səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 28-ci tur matçından sonra jurnalistlərə müsahibəsində deyib. 

Ən yaxşı bombardir üçün nəzərdə tutulan mükafatı da alan Mədətov digər sualları da cavablandırıb:

- Qış fasiləsindən sonra oyununuzda irəliləyişlər nə ilə əlaqədardır?
- Ailə problemlərim artıq heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş burdadır, ailə burdadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm ordan, həm də burdan oluram. Kapitanımız Rəşad Sadıqova və baş məşqçimiz Qurban Qurbanova bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.

- Mövzudan söz düşmüşkən, sosial şəbəkələrdə paylaşılan şəxsiyyət vəsiqəsi sizə məxsusdur?
- Bəli. Babamın adı Emrelini özümə soyad götürmüşəm. Bu, anamın soyadı deyil. Babam yarı avar, yarı azərbaycanlı olub. Ailəmizdə bu soyad bir dayım oğlunda, bir də məndədir.

- Bu problem gələcək karyeranıza psixoloji təsir göstərməyəcək?
- Xeyr. Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün şok keçirdim.

- Adətən, belə problemlər olduqda futbolçuda eniş baş verir. Amma sizdə bu cür hal müşahidə olunmadı...
- Eniş getsəydi, anam və bacım çox pis olardılar. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə onları da sevindirim.

- Qızıl medalı da onlara həsr edirsiniz?
- Hər şeyi. Çempionluğu da, bombardirliyimi də.

- Gələcək mövsüm formanızda "Emreli" yazılacaq?
- Xeyr, Mahir. Artıq soyad məsələsini unudaq.

- Mövsümün gedişində Yunanıstan AEK-inə keçəcəyinizə dair xəbərlər yayılmışdı...
- Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, can-başla gedərəm. AEK isə məni hələ "Kopenhagen"ə qalib gələrək, Çempionlar Liqasına vəsiqə qazandığımız vaxt istəyirdi. Son olaraq, rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə 3 gün qalırdı, "Neftçi" ilə oyuna hazırlaşırdıq. Hələ "Qarabağ"la 1 illik müqaviləm var. Ən böyük problem transfer haqqıdı.

- Sizcə, AEK lazımi məbləği verməz?
- Verər. Sadəcə, fikirləşirlər ki, Azərbaycan çempionatıdır. Amma bir nüans da var ki, Avropada nadir hallarda eyni klub ard-arda 5 il avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. "Qarabağ" kiçik yox, hörmətə layiq klubdur. Ona görə də klubumun məndən ötrü transfer məbləği istəməyə tam haqqı çatır.

- Son oyunlarda "Qarabağ"ın lideri kimi görünürdünüz...
- Bunu hiss etmisinizsə, nə xoşdur mənə. (Sportnet)


 
tarix: 11-05-2019 22:04


 
Xəbər lenti
18.07.2019

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az