(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Rəşad Sadıqov: “Həmin andan sonra çempionluğa daha çox inandıq”

Rəşad Sadıqov: “Həmin andan sonra çempionluğa daha çox inandıq”

“Çempion olduğumuz üçün sevinirik. Bunu bayram edirik. Çox ağır mövsüm oldu. Əslində “Neftçi” də çempionluğa layiq idi. İkimiz də gərgin mübarizə apardıq. Sevinirik ki, biz çempion olduq”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın sonuncu - 28-ci turunda "Neftçi"ni məğlub etdikləri matçdan (3:2) sonra deyib. 

Təcrübəli futbolçu görüşdə bir az gərginliyin olduğunu söyləyib: "Əslində matçdan öncə çox danışdıq ki, gərginlik olmasın. Hətta oyundan öncə Ruslan Abışova dedim ki, oyunçuları maksimum sakitləşdirək ki, oyun sakit keçsin. Durduğumuz yerdə gərginləşməyə başladıq. Bəzi epizodlar üst-üstə gəldi. Birinci hissədən sonra isə komandalar sakitləşdi və ikinci yarıda meydanda yalnız futbol gördük". 

Sadıqov deyib ki, Qurban Qurbanov onu əvəzləməklə düzgün qərar verib: "Mükafatlandırma mərasimində Platellasla bir-birimizi düz anlamadıq. Sonradan başa düşdük. Əllərimizi sıxdıq".

Təcrübəli müdafiəçi çempionatın gərgin və onlar üçün çox vacib olduğunu diqqətə çatdırıb: "Neftçi"nin "Sumqayıt”la matçda xal itirməsi çempionluq yolunda ciddi addım idi. Biz özümüz də bunu gözləmirdik. Çünki həmin oyunu izləyirdik və "Sumqayıt" da gənclərə şans vermişdi. Elə oldu ki, rəqib xal itirdi. Həmin andan sonra çempionluğa daha çox inandıq. Hamımız bu günə köklənmişdik ki, son turda həll olunacaq. Çempionatın sonunu itkisiz keçirə bildik. Qurban müəllim qışdan sonra işimizi çox artırmışdı. Məşqlərə və analizlərə çox yer verilirdi. Bəzən bazada çox qalırdıq. Məşqçi hamımızı çempionata köklədi. Futboldan başqa heç nə düşünmürdük".

Sadıqov "Neftçi" ilə matçlarının hər zaman maraqlı keçdiyini deyib: "Oyun hər zaman gərgin olmur. Hər matçda qələbə qazanmaq istəyirik. Bu qələbə bizim üçün böyük əhəmiyyət kəsb etmirdi. Əsas çempionluq idi". (Sportnet)


 
tarix: 11-05-2019 22:11


 
Xəbər lenti
25.05.2019

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az