(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
50 manatlıq ajiotaj

50 manatlıq ajiotaj

“Neftçi”  bir tura 250 min manat qabağa düşdü və bu, klubun gələn il açıqlayacağı maliyyə hesabatında mütləq əksini tapmalıdı. Bakılılar “Qarabağ”la son tur matçına biletlərin qiymətini 50 manata qaldırsa da, qarşılaşmanı izləmək üçün 5000 nəfər “Bakcell Arena”ya təşrif buyurdu və qaliblərin mükafatlandırılması mərasimini canlı izlədi.
 
“Neftçi”nin bilet qiymətlərini 50 dəfə qaldırması sosial şəbəkədə çox müzakirə olundu, klub tənqid edildi. Qəfil qərar gülməli görünə bilər, amma insaf naminə oyuna marağı, ajiotajı artırdığını deməliyik. Rəqabətə vurulan yeni naxış klubların meydandankənar mübarizəsində yeni dövrü başlatdı. Gələn mövsüm bu komandaların duelləri daha maraqlı alınacaq.
 
Doğrusu, hamının stadiona azarkeşin gəlməməsidən şikayətləndiyi bir zamanda bilet qiymətlərindəki bu artım mənfi effekt verməliydi. 1 manatlıq bilet almağa imkanı olmayan və ya almaq istəməyən insanların 50 manatında keçəcəyi mümkünsüz idi. Lakin qıcıq doğuran təşəbbüs əks dalğaya səbəb oldu, “Qarabağ” azarkeşlərinə jest edib 700 bileti birdən aldı. Bakılılarla prinsipə düşdülər və klub 35 min manatından keçməklə həm dəstəksiz qalmamasını təmin etdi, həm də azarkeşləri ilə münasibəti daha da yaxşılaşdırdılar, möhkəmləndirdilər.
 
“Neftçi” bu mövsüm 23 tur ərzində “Qarabağ”dan öndə oldu, bəzən boyundan yuxarı tullandı, imkanlarından maksimum istifadə edib, çempionluq yarışına rəng qatdı. Mövsümün ilk 3 oyununda 1 qələbə, 2 heç-heçəylə əsas rəqibindən üstün olan “ağ-qaralar”ın öyünməyə haqqı var idi. Lakin çempionatın sonluğu fərqli məcrada keçdi.
 
“Qarabağ” çempion oldu, kuboku əsas rəqibinin meydanında qaldırdı, prinsipial görüşdə qələbə, bilet olayında psixoloji üstünlük qazandı. Bu azmış kimi hətta bombardir də Ağdam klubunun üzvü oldu – Mahir Mədətov Baqali Daboyla əyani mübarizədə qalib gəldi.
 
Oyunda “varlığını hiss etdirən” təcrübəsiz hakimlər, qonaqların kapitanı Rəşad Sadıqovun son hadisələrdən sonra əsəblərinə hakim ola bilməyib rəqib futbolçularla, onların baş məşqçisi Roberto Bordinlə meydanda atışması, eyhamlı jestləri maraqlı idi. Bu çılğınlığına görə Rəşadın fasilədə əvəzlənməsi, indiyədək bir neçə nəfərlə eyni münaqişəni yaşayan, həmişə də barışığa gedən italiyalının yenə eyni addımı atması, kuboku qaldırmaq üçün ABŞ-dan çağırılan ağdamlıların sabiq futbolçusu Ansi Aqolli – matçda belə epizodlar çox oldu. Və  solğun keçən mövsüm “Neftçi”nin bizə görə çox qeyri-adi qərarından sonra əla bitdi. Çempionatda belə olaylar olmayınca hansısa azarkeş marağından, rəqabətdən danışa bilməyəcəyik.
 
Oyun göstərdi ki, təhlükəsizliklə bağlı narahatlıq əbəs imiş. PFL yenə təşkilatçılıq məsələlərində səriştəli, hüquq-mühafizə işçiləri asayişin təmin olunmasında bacarıqlı olduğunu göstərdi. Heç bir qanqaraldıcı hadisə yaşanmadı, şüarlar səslənmədi, yalnız “Neftçi” fanatlarının mükafatlandırmanı gözləmədən tribunaları tərk etməsi yaxşı olmadı ki, onları da başa düşmək olar.
 
İndi bakılıların protokolda yazılan 5000 rəqəminin hesabatını necə verəcəyi maraqlıdı. Bilet qiymətləri ilə yanaşı, “Qarabağ”ın çempionluğunun dəyəri də artdı. 35 min manatı ağdamlılar ödədi, bəs, qalan biletlər?..
 
FƏRİD 

 
tarix: 12-05-2019 11:15


 
Xəbər lenti
23.07.2019
22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az