(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
9 ballıq zəlzələ, yoxsa “9-luğ”a vurulan dəqiq zərbə?

9 ballıq zəlzələ, yoxsa “9-luğ”a vurulan dəqiq zərbə?

“Zirə”nin birdən-birə 9 futbolçu ilə yollarını ayırması gözlənilməz oldu. Dəyişiklik ehtimal edilirdi, amma bu qədər geniş tərkibdən imtina etmək ciddi islahat deməkdi.
 
Rəhbərlikdən dəstək alan Samir Abasov faktiki komandada görmək istəmədiyi bütün futbolçuları yola salıb. Əksəriyyət komandaya ondan əvvəl götürülənlərdi və bu “təmizləmə”ni də məntiqli saymaq olar. Lakin bir az da riskli addımdı, çünki onları əvəzləyənlər daha səviyyəli futbolçular olmalıdı.
 
Sadiq Quliyev, Pərdis Fərcad-Azad və Budaq Nəsirov əvvəldən Abasovun qara siyahısında olub. Bu futbolçularla bağlı məşqçini qınamaq olmur. Onlar faktiki özlərini sübut edə bilmədilər. Kamal Bayramovun gedişi isə gözlənilməz oldu. Kapitan komandanın əsas qapıçısı idi. Bəlkə də yaşına görə ona üz çevrildi, lakin unutmayaq ki, o, “Zirə”nin simvollarından birinə çevrilməkdə idi.
 
Bildiyimizə görə, Kamalın gedişinin əsas səbəbi baş məşqçiylə yola getməməsi olub və tezliklə əlcək sahibi “Sumqayıt”da peyda olacaq. Vaxtilə Ayxan Abbasovla rahat dil tapan qolkiper yenə onunla birlikdə çalışmaq istəyir.
 
İmtina edilən legionerlərdən İsmael Fofananın adının siyahıda olması çox maraqlıdı. Abasov qışda bu futbolçunu özü gətirmişdi və qısa müddətdən sonra ondan üz döndərməsi qəribədi. Miloş Radivoyeviçlə Aleksandr Dedovu mövsüm boyunca gözüm-çıxdıya salan Samir bəy onlardan narazılığını hər fürsətdə dilə gətirirdi. Sadio Tounkara daha çox ehtiyat qüvvə kimi nəzərdə tutulmuşdu və onun getməsini təbii qarşılamaq olar.
 
Ən maraqlı imtina Dilan Duventru ilə bağlıdı. Bu futbolçu yararsız olsaydı, matçların 90 faizində əvəz edilmədən meydanda görünməzdi. Klub ya maddi məsələlərdə onunla dil tapmayıb, ya da futbolçuyla məşqçinin anlaşması yetərli olmayıb.
 
Hər halda, Abasov faydalı yerli oyunçularını saxlamağı bacardı. Komandanın özəyinin qorunduğunu demək olar. Vida edilən 9 oyunçunun yerinə daha yaxşıları gətirilsə, bu siyahı anlayışla qarşılanacaq. Qışdakı seçimlər göstərdi ki, “Zirə”də seleksiya işi pis deyil. Növbəti həmlə də “tutsa”, yeni mövsümdə daha güclü “Zirə” görəcəyik. Bir də təbii ki, Abasov öz davranışlarını, futbolçularla, rəhbərliklə ünsiyyətini yaxşılaşdırsa...
 
FƏRİD

 
tarix: 17-05-2019 10:19


 
Xəbər lenti
16.06.2019

10:45   Tocuz və Gəncə: bölgə fanatları da Elxan Məmmədovun yalanlarından bezib

10:30   Serb hücumçu Bundesliqa klubunda

09:31   Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24   Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

15.06.2019

23:29  Ukrayna dünya çempionu oldu

22:28  Millimizdən heç-heçə

22:11  “Səbail”dən daha 2 transfer - RƏSMİ

22:00  “Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

21:31  “Neftçi”nin Türkiyə toplanışı başladı

21:05  “Qəbələ”dən növbəti transfer

19:30  “Qarabağ” “Səbail”ə qalib gəldi

19:00  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:31  Yunanıstan millisinin forvardı Super Liqa klubunda

18:00  “Qəbələ”dən ilk transfer - RƏSMİ

17:44  “Qəbələ” Türkiyədə Ukrayna klubu qarşılaşacaq

17:00  “Fənərbaxça”dan ilk transfer

15:21  İtaliya klubu baş məşqçiylə vidalaşdı

14:17  Baş məşqçisindən Ramil Şeydayevlə bağlı transfer açıqlaması

13:40  Ponomaryovla B planı

13:19  İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

12:54  “Neftçi” Türkiyəyə getdi

12:04  Braziliya Amerika Kubokuna qələbə ilə başladı

11:58  Bezotosnı “Keşlə”yə keçmədi

11:52  “Səbail” “Zirə”nin daha bir “sabiq”ini istəyir

11:45  Tanışlarla güclənən “Neftçi”

10:55  Çeferin ingilisləri tənqid etdi: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

10:24  Leonardo yenidən PSJ-də

10:12  La Liqada klubunu dəyişdi

10:00  “Udineze”dən Super Liqa klubuna

09:47  PSJ yetirməsini 15 milyon avroya satdı

09:32  Superkubok matçının vaxtı və yeri açıqlandı

09:00  “Portu”nun futbolçusu Super Liqa klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az