(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Keşlə”də yeni dönəm: növbəti səhvin bəraəti olmayacaq!

“Keşlə”də yeni dönəm: növbəti səhvin bəraəti olmayacaq!

“Keşlə” yeni eraya qədəm qoyur. Sonuncu olmasına baxmayaraq, Premyer Liqada qalacaq bakılılar yenidən təşkilatlanmaq məcburiyyətindədi.
 
Son mövsüm göstərdi ki, klubda görülən işlər qaydasında deyilmiş. 3 dəfə məşqçi dəyişməsi, heyətin başdansovdu yığılması, komandadaxili qruplaşmalar həm sanballı büdcənin havaya sovrulmasına, həm də axırıncı yerə enməyə səbəb oldu.
 
Əslində, bir əvvəlki mövsüm də fərqli deyildi, komanda 7-ci yeri tutmuşdu. Sadəcə, kubokun təsadüfən qazanılmasıyla eyiblərin üstü örtüldü. Məhz həmin titul “Keşlə”nin bügünkü faciələrinin başlanğıcı oldu. Klub rəhbərliyi eyforiyaya qapıldı, heyətin yarıtmazlığını görmədi və eyni adlarla yola davam etmək fiaskoya gətirib çıxardı. Yuri Maksimovu titula daşıyan Adrian Skarlatake, Sezar Meza Kolli kimi futbolçuların gedişi unuduldu və... aqibət bəllidi.
 
“Keşlə” həddindən artıq pis komplektləşmişdi. Hər gələn məşqçi yeni futbolçular gətirdir, yırtığa yamaq vurmağa çalışırdı. Belədə heyət həddindən artıq yüklənmişdi. Eyni tipli oyunçuların sayı çox idi, bəzi mövqelərə ümumiyyətlə, futbolçu tapılmır, orada fərqli amplualılar oynadılırdı. Belə xaosun nəticəsi isə sonuncu pillə olmalıydı.
 
Komandanın ən böyük problemi qeyri-sabitlik idi. Tez-tez dəyişmələrlə çalxalanma qaçılmaz idi, klub hər gün bir ab-havaya bürünürdü, heç kim rahat deyildi. Futbolçular müxtəlif məşqçilərin dəvəti ilə gəldiyindən sabahları ilə bağlı narahat idilər, vahid kollektiv ola bilmirdilər.
 
AFFA maliyyələşdirdiyi “Keşlə”yə daha bir şans verir. Bəlkə də hansısa divizion klubu lisenziya tələblərini yerinə yetirsəydi, belə olmayacaqdı. Ancaq bəxtdən paytaxt klubu məcburən elitada saxlanılır və rəhbərlik nəticələri yaxşılaşdırmaq üçün ciddi işlər görməlidi. Açıqlanan siyahıdan görünür ki, baş məşqçi Tərlan Əhmədova etimad göstərmək lazım bilinib. Əks halda, Kamran Ağayevlə yeni müqavilə imzalanmalıydı. Tərlan bəylə qapıçı arasında seçim edilməli idi və rəhbərlik sevimlisi ilə vidalaşmaqla daha şirin dilə aldanmadığını nümayiş etdirdi.
 
 
 
 
Bu, Əhmədovun da son şansıdı. İndi ona yeni komanda qurmaq üçün şərait yaradılıb, daha şikayətlənməyə haqqı olmayacaq. Öz komandasını formalaşdırmaq üçün hər cür imkanı var. Ya “Neftçi”ni böhrandan çıxarıb 3-cü pilləyə yüksəltməsinin davamını gətirməli, ya da uzun müddət işsiz qalmaq perspektivini göz önünə almalıdı. Heyət seçimində, oyun üslubunun müəyyənləşməsində səlahiyyət ondadı. Kifayət qədər zaman var və buyurub, özünü göstərsin.
 
İlk vaxtlar uğursuzluq ola bilər. Yeni komanda formalaşdırmaq zaman alacaq. Bu məqamda rəhbərliyin dəstəyi vacibdi. Əvvəlki məşqçilərlə bağlı durumlarda olduğu kimi isti başla qərar verilsə, yenə eyni problemlər yaşanacaq. Ona görə Müşahidə Şurasının sədri Zaur Axundovdan da çox şey tələb olunur. O, transferlərə indidən nəzarət etməlidi ki, daha bir uğursuz mövsümün yekununda növbəti dəfə aldadıldığını deməsin.
 
Hələlik məşqçiylə rəhbərlik eyni nöqtəyə vurur. Hər ikisi heyətin 95 faiz dəyişəcəyini demişdi və dünən göndərilənlərin siyahısına baxanda bunun təsadüf omadığı göründü. Deməli, ümumi müzakirə aparılıb və qərar verilib. 13 futbolçuyla yeni müqavilə bağlanmayıb və bu, təsadüfi deyil, bir adamın qərarı da ola bilməz.
 
Davud Kərimi və Kamran Ağayevlə vidalaşmaq yaşlı qapıçılardan qurtilmaq deməkdi. Xüsusilə Ağayevin gedişi sağlam mühit üçün vacibdi. Kamranın dilini uzun etməmək üçün klub ona layiqli əvəzedici tapmalıdı. Qolkiper son vaxtlar formasından çox uzaq idi, ciddi səhvlər edirdi, lakin hər necə olsa, kapitan, lider idi. Ondan imtina edilibsə, mütləq daha yaxşısı gətirilməlidi. Ölkədə belə birisi gözə dəymir, deməli, əcnəbi əlcək sahibi axtarılacaq.
 
Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov kimi yerli oyunçuların gedişi gözləniləndi. Seymur sabit deyildi, Ruslanın bir ildi komandada nəsə etdiyini xatırlamırıq. Bu oyunçular ən yaxşı halda hansısa divizion klubuna, bəlkə də Region Liqasında oynayacaq komandalardan birinə gedəcək. Fuad klubun yetirmələrindəndi, lakin ağır zədədən sonra özünə gəlmədi, üstəlik, 3 nəfərin ömürlük diskvalifikasiya edildiyi olaylarda da baş rolda idi – onun indiyədək klubda qalması da şans məsələsidi, çoxdan göndərilməliydi. Amil ən yaxşı halda “Sumqayıt”da özünü göstərə bilər, yəqin ki, ora da qayıdacaq.
 
“95 faizlik imtina” qərarı hələlik legionerlərə şamil olunub. Yerli oyunçu tapmaq çətin olduğundan, bəzi futbolçular saxlanılıb, lakin heyət müəyyənləşdikcə yenə gedənlər olacaq. Transferlərin reallaşması Azər Salahlı, Ruslan Əmircanov, Tərlan Quliyev kimi futbolçuların da yola salınmasına səbəb ola bilər. Hələliksə əcnəbilərlə bağlı radikal qərar verilib. Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Jonatan Ayite, Andre Clennon, Valeri Kutsenko və Angelo Pena komandaya heç bir fayda vermirdi və göndərilmələri normaldı. Yalnız Mitroviçlə bağlı mübahisə etmək olar, onun da yaşı göndərilməsinə bəraət verir.
 
Legionerlərdən təkcə Con Kamara yeni mövsümə “Keşlə”də başlayacaq. Qışda gələn syerra-leonelini tapıntı saymaq olar. Superistedad deyil, amma çempionatımız üçün normal dayaq yarımmüdafiəçidi. Azərbaycanlı olsa da, Rusiya vətəndaşı kimi qeydiyyatdan keçmiş Samir Məsimov da göndəriləcək. Hələlik müqaviləsi olduğundan onun adı siyahıya salınmayıb.
 
Faydasız, yaşlı legioner yığını göndərilirsə, onların yerinə daha yaxşıları seçilməlidi. Və klubun ən çətin işi də budur. Daha səhvə yer yoxdu, hər bir oyunçu xüsusi titizliklə seçilməlidi. Həm də hamısı Əhmədovun müəyyənləşdirdiyi oyun üslubuna uyğun olmalıdı. Son mövsümdə “Keşlə”də məşqçi işi görünmürdü. “İnter”dən qalma stil unutdurulmamışdı, komandanın nə oynadığı da bilinmirdi. Futbolçu seçimi elə aparılmışdı ki, hansısa üslubu tətbiq etmək mümkün də deyildi,əldə olan materiala görə davranılırdı.
 
İndi Əhmədov öz gələcəyini də müəyyənləşdirəcək yeni eranı başlamalıdı. Amma o, futbolulardan əvvəl məşqçi heyətindəki çatışmazlığı yoluna qoymalıdı. Bildiyimizə görə, Vadar Nuriyev yenidən Tərlan bəylə birgə olmaq imkanı qazanıb. AZAL-da, “Neftçi”də birgə işləyiblər, indi də “Keşlə”də qoşalacaqlar. Olsun, lakin Əhmədova daha öncə fiziki hazırlıq üzrə məşqçi lazımdı. Komanda son mövsümdə ikinci hissələrdə çatdırmırdı və bunun da bir səbəbi Çinə gedən mütəxəssisin yerinin doldurulmaması idi.
 
AĞA

 
tarix: 17-05-2019 09:00


 
Xəbər lenti
18.08.2019

22:50   “Mən ancaq cibimdəki pulun nə qədər olduğunu deyə bilərəm”

22:39   Samir Abasov: “Kanallar qarışmışdı”

22:11   Premyer Liqada 2-ci turun oyun cədvəli açıqlandı

21:56   “Səbail”ə bir qol bəs etdi

21:33   “Çelsi” doğma meydanda xal itirdi

19:42   Əliyev üçün 62 dəqiqə və 3 xal

19:37   CONCACAF-ın qalibi “Sabah”la müqavilə imzalamağa gəlib

18:51   “Borussiya”dan “Bavariya”ya

17:23   İsrafilovsuz və uğursuz start

16:38   Əli Şirinov oynamadı, komandası uduzdu

16:14   Novruzov “Zimbru”ya qarşı 80 dəqiqə oynadı

15:15   “Neftçi”nin sabiq prezidenti "Astana" - BATE görüşündə

15:07   Fəriddən Çexiyada növbəti qol

14:51   Xavinin məşqçi kimi ilk titulu

14:31   “İdman Azərbaycan”ın şərhçisi Kanteyə görə cəzalandı

11:03   Oyuncaq klub: “Keşlə” yenə həvəskarcasına idarə olunur

10:48   Hasan Şaş “Qalatasaray”dan ayrıldı

10:39   Modriçin “siftə”si

10:27   Qurbanovla itiriləcək daha bir mövsüm

09:59   Frey icarəyə getdi

09:47   Kovaçı məmnun edən transfer

09:39   “Barselona”ya qol vurub, Messiyə şərik oldu

09:25   Balotelli “Breşia”da

09:15   “Keşlə”nin 500-cü məyusluğu

09:00   “Qarabağ” Zubiri satmağın əleyhinə deyil

01:53   Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31   "Monako"nu 3 qolla devirdilər

01:19   "Real" mövsümə qələbə ilə başladı – VİDEO

01:11   6 oyuna 21 qol

01:01   "Valensiya" son dəqiqədə büdrədi

00:51   "Beşiktaş" darmadağın oldu

00:37   “Sumqayıt”ın Qəbələdə ilk qələbəsi - VİDEO

00:24   "Qarabağ"ın oyunu isveçrəlilərə tapşırıldı

00:01   “Siti” büdrədi, “Liverpul” yox

17.08.2019

21:50  "Qarabağ"ın rəqibi uduzdu

21:42  Abbasov qalib komandasından narazıdı

21:29  Sənan Qurbanov yenə nağıl danışdı

21:00  "Sumqayıt" Qəbələdən 3 xalla dönür - YENİLƏNİB

20:19  Emilin ardıcıl 3-cü “quru oyunu”

20:02  “Qarabağ” hamıdan öndə - UEFA açıqladı

18:31  Faydasız Dadaşov

17:45  Nazarovla məğlubiyyət

17:19  Eddi hələ hazır deyil

17:01  Poçettino titul istəyir

16:47  İlk dəfə səfərdə

16:28  “Kəpəz” yenə qalib gələ bilmədi

16:07  “Bavariya”dan daha bir transfer

15:47  "Sabah"da 2 itki

15:23  "Real" Pulişiçi istəyir

14:55  "Qarabağ"ın oyununa biletlər satışda

14:12  “Zirə” Ərdəbil klubuna qalib gəldi

13:38  Rüfət Dadaşov yenə milliyə çağırıldı

13:27  "Qarabağ"a gəlmədi

12:42  Premyer Liqaya yeni sponsor tapıldı – Ramin Musayev açıqladı

12:29  Zubir Fransaya qayıtmaq istəyir

11:49  Suares sıradan çıxdı

11:37  Siasia futboldan qovuldu - ömürlük

11:20  Koutinyo icarəyə verildi

10:59  Fransızlar təsdiqlədi: “Zubirlə maraqlanırıq!”

10:29  “Zirə”nin 5-ci mövsümü

10:18  Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi

10:09  Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

09:51  “Qəbələ” - “Sumqayıt”: ardıcıl üçüncü dəfə

09:40  Levandovskinin dublu "Bavariya"ya qələbə gətirmədi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az