(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Milli komandaya zərbə vuran erkən finiş

Milli komandaya zərbə vuran erkən finiş

Ya AFFA-yla PFL əməkdaşlıq etmir, fikir mübadiləsi aparmır, ya da onlara da kimsə göstəriş verib. Dəqiq olan odur ki, belə vəziyyətin alınmasına qərar verənlər futboldan anlayışı olmayanlardı.
 
Premyer Liqada mövsümə mayın 11-də yekun vurulub və bundan düz bir ay sonra milli komandamız oyuna çıxacaq. Futbolçuların bu müddətdə tonusda qalması, formasını itirməməsi mümkün deyil. Təqvim elə qurulmalıydı ki, digər ölkələrdə olduğu kimi, yarış ən azı daha 2 həftə gec bitsin. Əks halda iyunun 8-də Macarıstan, bundan 3 gün sonra Slovakiya qarşısına rəzil gündə olan komanda çıxaracağıq.
 
Maraq üçün qeyd edək ki, Macarıstanda son tur 19, Slovakiyada 24 mayda oynanılacaq. Bu ölkələrin milli oyunçularının çıxış etdiyi çempionatlarda da həmçinin. Bizdə isə artıq bir həftədi fasilə başlayıb.
 
Düzdü, Bakıda keçiriləcək Avropa Liqasının finalı səbəb göstərilə bilər. Amma çempionat oyunlarının mayın 26-27-nə kimi davam etməsi heç bir problemə gətirib çıxarmayacaqdı. Cin ayrı, şeytan ayrı. Premyer Liqada elə gərginlik, elə azarkeş ajiotajı yoxdu ki, kiməsə narahatlıq yaşansın.
 
Amma təqvimin belə müəyyənləşməsi, çempionatın erkən yekunlaşması indi milli komandanın başında çatlayacaq. Bir aylıq fasilədən sonra heç kim formada olmayacaq və məğlubiyyətlər sıralanacaq. Həm də ev oyunlarında qiymətli xallar əldən gedəcək.
 
Baş məşqçi Nikola Yurçeviç heyəti açıqlayıb. Və komandanı 3 həftəlik toplanışa yığır. Lakin mayın 19-dan başlayacaq məşqlər də oyunların yerini verməyəcək. Bu müddətdə futbolçular nə normal istirahət, nə də məşq edə biləcək. Onların tətil şansı əlindən alındı, bezdirici məşqlərlə isə formada qalmaq mümkün olmayacaq.
 
Doğrusu, bu, klublarımızın avrokubokdakı çıxışına da təsir edəcək. Milli komandaların düşərgəsindən ayrıldıqdan sonra futbolçular azı bir həftə istirahət etmək istəyəcək. Yığmanın düşərgəsində toplanışdan, oyunlardan sonra bu da alınmayacaq. Klublarla əsaslı hazırlıq keçmək lazım gələcək, bu isə yorğunluğa səbəb olacaq. Nəticədə həm milli komanda, həm də klublar əziyyət çəkəcək, nəticələr yaxşı olmayacaq.
 
Milli komandamızın legioner üzvləri komandaya iyunun 3-də qoşulacaq. Ən yaxşı formada olan da onlar olacaq. Amma 3-4 belə futbolçu ilə Macarıstanı, Slovakiyanı yenmək mümkün deyil.

 
tarix: 17-05-2019 11:18


 
Xəbər lenti
26.08.2019

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az