(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Unudulmayan tarix: 291 saylı qərar

Unudulmayan tarix: 291 saylı qərar

İndi AFFA-da rahat əyləşənlər, dövlətin SOCAR vasitəsi ilə ayırdığı vəsaiti xərcləyənlər hazırına nazil olub. Halbuki müstəqil futbolumuzun bünövrəsi qoyularkən LAZ avtobusu, televizor, soyuducu almaq üçün Nazirlər Kabinetinin qərarı lazım olurdu.
 
Elxan Məmmədov xatırlamaz, o zaman cəmi 13 yaşı var idi. İndi milyonlar içinə düşən, onu dağıdan, lazımi yerlərə bölüşdürən, rahatca idarə edən baş katib bu qurumun necə yarandığı ilə də çətin ki, maraqlansın. Hətta yaxınlarda AFFA-nın ad günü də qeyd olunmadı, unuduldu. Ona görə ki, indikilər əvvəlkilərin izini tarixdən silmək istəyir, futbol tariximizin yalnız özlərindən ibarət olduğunu təbliğ etməyə çalışırlar.
 
Təqdim etdiyimiz sənəd çətin ki, AFFA-nın arxivində ola. Çünki əvvəlki rəhbərlikdən nə qalıbsa, hamısı məhv edilib, yalnız özlərinin hakimiyyətdə olduğu dövrün təbliği ilə məşğuldular. Hətta futbol muzeyi də lazımsız bilinib bağlandısa, başqa sözə ehtiyac yoxdu.
 
1992-ci il. AFFA təzə yaranıb. Lakin qurumun ayaqda durması, fəaliyyətə başlaması üçün heç nə yoxdu. O zaman Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərarla AFFA-nın bünövrə əşyalarını təmin etdi. Baş nazir Rəhim Hüseynovun imza atdığı, oraq-çəkicli gerbin əks olduğu sənəd də yazılanar tarixin bir hissəsidi. Oxuyanda adamı qəribə hisslər bürüyür. İndi 30-35 milyon manatın bəs etmədiyi futbol təsərrüfatının təməl daşları necə primitiv imiş...
 
291 saylı qərarda yazılıb:
“27 may 1992-ci il, Bakı şəhəri
Azərbaycan Respublikasının milli yığma futbol komandalarının yaradılması və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının maddi-texniki bazasının inkişaf etdirilməsi tədbirləri haqqında
 
Azərbaycanın klub komandalarının və milli yığma komandalarının beynəlxalq yarışlara tezliklə çıxmasının və müstəqil iştirakının təin edilməsi, onların beynəlxalq strukturlara qoşulması məqsədilə və maddi-texniki bazanın yaradılması və möhkəmləndirilməsi məsələlərində bu yaxınlarda yaradılmış Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) dövlət idarəetmə orqanları, yerli təşkilatlar, sahibkarlıq strukturları tərəfindən əməli və hərtərəfli yardım göstərilməsi üzrə vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi, beynəlxalq yarışlarda onların uğurla çıxış etməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Etiraf edilsin ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Azərbaycan Respublikasının mənafeyini bütün beynəlxalq futbol strukturlarında ifadə edən müstəqil təşkilatdır və Azərbaycan Respublikasında futbolun inkişafının idarəsi üzrə tam hüquqlara malikdir.
 
AFFA-ya tövsiyə edilsin ki:
Bu ildə Azərbaycan Respublikasının futbol üzrə ilk çempionatını və Azərbaycan Respublikasının futbol kuboku uğrunda yarışları müvəffəqiyyətlə keçirmək üçün bütün kompleks təşkilati tədbirləri görsün;
qısa müddətdə AFFA-nın FİFA-da və UEFA-da qeydə alınmasını təmin etməklə dünya və Avropa strukturları ilə sıx əlaqələr uaradılması üzrə lazım olan təşkilati iş aparılsın...”
 
 
Qərarın davamını da təqdim edəcəyik, lakin bura qədər olan hissədən aydın olur ki, Nazirlər Kabineti qərarla futbolla bağlı bütün səlahiyyətləri AFFA-ya verir. Həm də etirafla, tövsiyə ilə... Çünki AFFA müstəqil qurum kimi görünməsə, dövlətə bağlılığı olsa, beynəlxalq qurumlara üzvlüyü mümkün deyildi. Bu səbəbdən faktiki qurum dövlət tərəfindən yaradılır, lakin onun gələcək fəaliyyətinə nüfuz etmək səlahiyyətlərini də itirirdi. Bu qərar AFFA-ya hazirlik statusu verirdi.
 
Ona görə də Fuad Musayev uzun müddət müstəqil fəaliyyət göstərdi, vaxtilə bu qərarın qəbul etdirilməsinə nail oldu, amma sonradan heç kimi, hətta dövləti də vecinə almadı. Düzdü, bu davranışı üzündən onun hakimiyyətinə son qoyuldu, o isə “son nəfəsində” futbolu da qurban verdi, qarşıdurmanın sonunda beynəlxalq təşkilatlardan sanksiya gəldi, dünya futbol ailəsindən qovulduq.
 
 
(davamı olacaq)

 
tarix: 17-05-2019 12:15


 
Xəbər lenti
22.10.2019

12:12   APOEL “Qarabağ”la oyunun biletlərini satışa çıxardı

11:53   Millimizin Moldova ilə oyunlar üçün heyəti

11:34   Radamel Falkao “Real”a qarşı oynayacaq?

11:19   “Beşiktaş”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər

11:00   Kamara “Qarabağ”ın çempion, “Neftçi”nin ikinci olacağı ilə razılaşmır: “Hər şey baş verə bilər”

10:40   UEFA-dan Serbiyaya cəza

10:20   Matçın 20-ci saniyəsində qırmızı vərəqə aldı

10:00   La Liqa klubu baş məşqçisini qovdu

09:30   Eratın komandası “Osmanlıspor”a qalib gəldi

09:00   Diallo “Neftçi”ni fərqləndirmədi: “Əsas odur ki, uduzmadıq”

00:59   “Fiorentina” səfərdə xal itirdi

00:54   “Arsenal” məğlub oldu

21.10.2019

22:58  “Konyaspor” doğma meydanda uduzdu

21:40  Joker-ə 1xBet-də təbəssümlə qalib gəlin

21:13  Qurbanovla Dollun mətbuat konfransının vaxtı bilindi

20:34  “Traktor”dan darmadağın

20:00  “Sabah”da yeni məşqçi - RƏSMİ

19:32  Ufuk Budaklı “Altınordu” darmadağınla üzləşdi

19:03  Quliyevli “Jonava” doğma meydanda uduzdu

18:25  Türkanda süni örtüklü meydança - VİDEO

18:00  Millimiz Ukrayna ilə qarşılaşacaq

17:46  DÇ-nin Bakıdakı oyunlarına biletlər satışa çıxarıldı

17:20  AFFA 2 futbolçunu cəzalandırdı – danışılmış oyunlara görə

17:02  Norde: “Konsentrasiyanı itirdik”

16:46  “Bornmut” Beqoviçlə bağlı qərarını verdi

16:23  Millinin oyunları “İdman” TV-də

16:12  Bolqarıstan millisi ona tapşırılır

15:51  “Qarabağ”la oyuna qələbə üçün çıxmışdıq” – Giqauri

15:37  Millimizi uduzduran slovak Bakıya gəlir

15:16  Təmkin Xəlilzadə peşmandı: “Hisslərimə hakim olmağı öyrənməliyəm”

15:00  “Sassuolo” - “İnter” matçında 7 qol - VİDEO

14:49  Klublararası dünya çempionatı yeni formatla bu ölkədə keçiriləcək

14:37  “Azərbaycana və Macarıstana qalib gəlməliyik”

14:21  “Bavariya”da yeni müqavilə

14:08  MY-də yeni müqavilə

13:50  “Liverpul”a ilk zərbə MY-dən gəldi - VİDEO

13:39  Əliyar Ağayev “Espanyol”un oyununda

13:24  “Qarabağ”ın APOEL-lə oyunu slovaklara tapşırıldı

13:18  “Milan” “Leççe” ilə də bacarmadı - VİDEO

13:09  “Real” “Qalatasaray”la oyuna onları gətirmir

12:54  “Qarabağ”ın rəqibi “Levante”yə belə qalib gəldi - VİDEO

12:40  75-ci oyunda 35-ci qol

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az