(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Bakı finalına doğru: Deko yenidən Bakıda

Bakı finalına doğru: Deko yenidən Bakıda

KİA və UEFA Uşaq Fondu minlərlə qaçqın və məcburi köçkün uşağa futbol butsları bağışlayıb.

Futbolinfo.az xəbər verir ki, xeyriyyə tədbiri Bakıda, UEFA Avropa Liqasının KİA tərəfindən həyata keçirilən Kubok Turunda baş tutub.

Futbol əfsanəsi Deko Bakıda keçiriləcək UEFA Avropa Liqasının Final oyununa az qalmış Za'atari qaçqın düşərgəsinin nümayəndələri ilə görüşüb və azyaşlılara butslar təqdim edib.

Liqanın qrup mərhələsi ərzində Kia və UEFA Uşaq Fondu Avropada bir sıra şəhərlərə gələrək futbolsevərləri artıq istifadə etmədikləri butslarını azyaşlı qaçqın və məcburi köçkünlərə bağışlamağa çağırıb. Butslar UEFA Uşaq Fondunun köməyi ilə ərsəyə gətirilən futbol meydançalarında oynayacaq İordaniyada yaşayan azyaşlı suriyalı qaçqınlara veriləcək.

Aksiyada yüzlərlə buts ianə verilib. 145000-dən çox azarkeş isə Cenevrə, Sevilya, Berlin, London, Milan, Moskva və Paris kimi şəhərlərdə - məktəblərdə, kütləvi futbol klublarında və şəhər mərkəzlərində UEFA Avropa Liqası kubokunu yaxından görməyə fürsət tapıb.

“Porto”, “Barselona” və “Çelsi” kimi klublarda çıxış etmiş futbol ulduzu Deko bildirib: “Peşəkar ya həvəskar, futbolu sevən və futbol oyanayan hər kəs ilk butslarını xatırlayır. Avropadakı azarkeşlər butslarını aztəminatlı futbolsevərlərə bağışlamaqla  həm onlara daha yaxşı şəraitdə oynama imkanı verir, həm də yaddaşlarında unudulmaz xatirəyə çevrilirlər. Za'atari nümayəndələri ilə görüşmək və gənc futbolsevərlərin üzləşdiyi problemlərdən agah olmaq çox təsirli idi. KIA və UEFA Uşaq Fondunun azarkeşlərin qaçqınlara yardım göstərməsinə vasitəçilik etməsi son dərəcə müsbət haldır”.

Kampaniya ərzində azarkeşlər Lothar Matteus, Andres Palop, Devid Simen, Eydur Qudyonsen, Andrey Arşavin, Yuri Corkayef və Filippo İnzaqi kimi Kubok turu səfirləri ilə görüşərək əyləncəli vaxt keçiriblər.

Avropada ümumilikdə 700-dən çox buts toplanıb. Butslar bir neçə həftə içərisində İordaniyaya göndəriləcək.

UEFA-nın Sponsorluq və Lisenziyalaşdırma şöbəsinin rəhbəri Guillaume Sabran bildirib: “UEFA Uşaq Fondu İordaniyadakı qaçqınlar və məcburi köçkünlərin istifadəsi üçün meydançanın inşasına yardım göstərsə də, buts çatışmazlığı ciddi problem idi. Avropadakı futbolsevərlərin köməyi ilə azyaşlılar il boyunca daha yaxşı şəraitdə meydana çıxa biləcəklər. UEFA adından kampaniyaya dəstək olan hər kəsə təşəkkür edir, KIA-ya isə müxtəlif həyat şəraitlərində yaşasa belə, eyni futbol sevgisini  bölüşənlərə yardım üçün belə bir platforma yaratdığına görə minnətdarlığımı bildirirəm”.

KIA Motors şirkətinin vitse-prezidenti və baş marketinq direktoru Yong-Won Cho: “Avropada ianə verərək azyaşlı və aztəminatlı futbolsevərlərə yardım edən futbol pərəstişkarlarını dəstəkləmək bizim üçün şərəfdir”.


 
tarix: 17-05-2019 14:34


 
Xəbər lenti
17.06.2019

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az