(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Azərbaycanı aşağılamırıq”

“Azərbaycanı aşağılamırıq”

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının baş məşqçisi Marko Rossi açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis millimizlə oyunda qalib gəlmək istədiklərini deyib: 

"Növbəti iki oyunda altı xal qazanmaq istəyirik. Lakin müasir futbolda hər şey mümkündü. Xorvatiyaya qalib gəldiyimiz oyundan sonra mətbuat konfransında Azərbaycan millisini məğlub etməyin borcumuz olduğunu dedim. Azərbaycanı aşağılamırıq, qalib gəlməyə çalışacağıq. Bakıdakı oyun çətin keçəcək. Hava şəraiti və digər amillər işimizi çətinləşdirəcək".

İtaliyalı çalışdırıcı Azərbaycan millisi ilə bağlı xeyli informasiya topladığını bildirib: "Rəqibimizin Litva və Xorvatiya ilə oyunlarını izləmişəm. Futbolçularının hamısını tanıyıram. Azərbaycan millisinin heyətində Ramil Şeydayevlə İspaniya Sequndasında çıxış edən yarımmüdafiəçi Eddini qeyd etmək istərdim. 4-3-3 və 4-1-4-1 sistemiylə oynayırlar və bəzən dəyişiklik edirlər. Müdafiədə isə etibarlı oynayırlar".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu iyunun 8-də baş tutacaq. Macarlar bu matçdan 3 gün sonra Budapeştə Uelsi qəbul edəcək.


 
tarix: 17-05-2019 15:45


 
Xəbər lenti
18.06.2019

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az