(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Unudulmayan tarix: 26 komandalı çempionat

Unudulmayan tarix: 26 komandalı çempionat

(əvvəli bu linkdə)
 
Nazirlər Kabinetinin 27 may qərarında daha sonra yazılıb:
“... 5. Azərbaycan Respublikası Dövlət İdman Komitəsi AFFA bildirişləri üzrə Respublika stadionunun bütün kompleksi ilə birlikdə respublika milli yığma komandalarının hazırlığı üçün, onların iştirakı ilə məşqlərin, rəsmi görüşlərin və turnirlərin keçirilməsi üçün vaxxtında verilməsini təmin etsin.
 
6. AFFA bütün yaş qruplarından olan milli yığma komandaların rəsmi dünya və Avropa turnirlərinə hazırlığı üzrə xüsusi proqram hazırlasın və Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdirma Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə respublika hökumətinin müzakirəsinə versin.
 
7. Həmkarlar ittifaqları KBTİC RŞ tapşırılsın ki, AFFA təklifləri üzrə, respublikanın rayonmərkəzlərindəki idman qurğularının əvəzsiz olaraq futbol klublarının (komandalarının) operativ idarəsinə verilməsi haqqında (obyektlərin siyahısını müəyyən etdikdən sonra) müqavilələr imzalasın.
 
8. Respublika çempionatının və milli yığma və klub komandalarının beynəlxalq görüşlərinin AFFA-nın bayrağı altında keçirilməsini və həmin görüşlərin keçirilməsi ilə bağlı bütün xərcləri klublarla bağlı onun çəkməsini nəzərə alaraq və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, habelə FİFA Nizamnaməsinin 47-ci və UEFA Nizamnaməsinin 14-cü maddəsinə uyğun olaraq, milli federasiyalar və onlara daxil olan klublar onların hüquqi rəhbərliyi altında keçirilən matçların tele və radiotranslyasiyası üzərində müstəsna hüquqa malikdirlər.
 
Azərbaycan Respublika Dövlət Teleradio Şirkəti, kommersiya teleradioyayım müəssisələri AFFA ilə müvafiq kontraktlar bağlasınlar.
 
9. AFFA sahibkarların, kommersiya strukturlarının, sənaye və kənd təsərrüfatı müəssisələrinin maliyyə vəsaitlərinin Azərbaycanda futbolun inkişafına cəlb edilməsi sahəsində gördüyü əməli işlərdə müdafiə edilsin.
 
AFFA-ya bu məqsədlər üçün kommersiya strukturlarının cəlb edilməsi yolu ilə kommersiya əsasında futbol lotoreyası keçirməyə icazə verilsin...”
 
Yəqin, ilk milli çempionatlarında komanda sayının həddindən artıq çox olmasının səbəbi indi hamıya aydındı. Sadəcə, regionlara tövsiyə/tapşırıq verilmişdi və hamı futbolun inkişafında, əhatə dairəsinin genişlənməsində müəyyən işlər görürdü. Ona görə əksər rayonlarda futbol komandaları var idi, sahibkarlar güzəştlərdən yararlanaraq top oyununa yatırım edirdi.
 
İndi isə hər şey monopoliyadadı, AFFA-nın əlində cəmləşib, yalnız SOCAR-dan maliyyələşir. Belədə isə monotonluq var, rəngrənglik yoxdu və bölgələr də futbol təsərrüfatından kənarda qalıb. Yeni dövlət proqramı qəbul edilsə və bu məqamlar orada əksini tapsa, yenə ölkədə futbol bumunun yaşanması qaçılmazdı. Respublika stadionunu gün altında yandırmaqdansa, rayonlardakı idman qurğularının istifadəsiz saxlanmasındansa, müəyyən addımlar atılmalıdı. Və dövlət bunu edərkən işin icrasına nəzarəti də sağlam qüvvələrə tapşırmalıdı ki, sonradan vəsait havaya sovrulmasın.
 
Xatırladaq ki, bu qədər qayğı göstərilən zaman ölkə müharibə şəraitində yaşayırdı, iqtisadi vəziyyət çox pis idi. Bununla belə, ilk milli çempionatda 26 komanda (!) iştirak etdi, üstəlik, aşağı dəstə də 10 komanda yarışdı. İndiki bolluqda isə cəmi 8 komanda var, divizonda vəziyyət daha bərbaddı. Deməli, iuşlər düzgün qurulmayıb, Nazirlər Kabinetinin hələ də qüvvədə olan qərarına məhəl qoyulmur.
 
(davamı olacaq)

 
tarix: 18-05-2019 14:29


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az