(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Ramazanda pivə sərxoşluğu

Ramazanda pivə sərxoşluğu

Avropa Liqasının finalı Elxan Məmmədova dərs olar, yəqin. Anlayar ki, futbol oynamaq lazımdı, futbolla oynamaq yox. Çünki futbol özü səninlə oynamağa başlayanda darmadağın olursan.
 
Dövlət rəhbərliyi, AFFA kimi böyük büdcəyə malik qurumu bu şəxsin idarəsinə verənlər də onu tanıyar. Hamı görər ki, bir erməni futbolçuyla bağlı kiçik problemi həll edə bilməyən, məsələləri səs-küysüz yoluna qoymayan Məmmədova gələcəkdə başqa postlarda güvəniləcək kadr kimi baxmaq yanlışlıqdı.
 
Bu, Tanrının cəzasıdı. O qədər komandanın içindən məhz “Arsenal” finala yüksəlirsə, deməli, bizim korların görmədiyini ilahi ədalət gözə soxur, qandırır, ağıllandırır. İngilis azarkeşlərə pivə satacaqdı, indi çəlləyə dirsəklənər və Mxitaryanın maskası ilə Bakıya gələcək 6 min “Arsenal” fanatıyla qədəh toqquşdurar – Ramazan ayında.
 
Ciddi problem yox idi, hər şeyi vaxtilə “Qəbələ”nin, “Qarabağ”ın etdiyi kimi sakitcə yoluna qoymaq olardı. Henrik Mxitaryan bu komandalara da rəqib olmuş, amma Bakıya gəlməsi hətta müzakirə edilməmişdi, peşəkar davranan klublarımız danışıqlarla, məsləhətləşmələrlə problemi vaxtında yoluna qoymuşdu. Və separatçılara dəstək verdiyi, işğal altında olan torpaqlarımıza səfər etdiyi üçün “arzuolunmaz şəxs” elan edilən o mənfurun ayağı Bakıya dəyməmişdi.
 
Prinsipcə, indi də eyni cür olmalıydı. UEFA-yla geniş əlaqələri olmasını reklam edib, illərdi vəzifədə qalan, məhz İngiltərədə təhsil alan Məmmədovun bacarığı bu problemin də böyümədən həllini tələb edirdi. Amma olaylar böyüdü, qarşısıalınmaz prosesə çevrildi. Və o da bəlli oldu ki, Elxan bəyin bacarığı yalnız Azərbaycanda üzə çıxır – daydaylarının himayəsində hamıya xox gəlir, istədiyinə nail olur. Biləcəridən o tərəfdə isə...
 
Mxitaryan olayı psixoloji məğlubiyyətimizlə yekunlaşır, habuki elə bu faktdan istifadə edib Qarabağ problemini dünya mediasına çıxarmaq mümkün idi. Əks təbliğatla çox şeyə nail olmaq, siyasi dividend qazanmaq olardı. Bakıdan neft daşıyan ingilislərlə doğru işlər görmək lazım idi. Lakin bunun üçün bir az vətən sevgisi də lazımdı. Bu insanlar isə “Qarabağ”ın illərdi Avropa meydanlarında apardığı təbliğatın üstündən xətt çəkir, halbuki davam etdirmək üçün əla şərait var idi.
 
Elxan bəyin bacarığına bələd olduğumuzdan bu məsələnin baş ağrıdacağını xeyli əvvəl xəbər vermişdik. İndi daha bir xəbərdarlıq edirik, başbilənlər qulaqardına vurmasın. Qarşıdakı günlərdə finalla bağlı bütün məsələlər nəzarətə götürülməlidi. Bakı Olimpiya Stadionunda onlarla erməni bayrağı açıla bilər. Bu isə dövlətə inamı sarsıdar, şəhidlərimizin ruhuna hörmətsizlik olar, xalqı inandığı rəhbərlərdən incik salar.
 
Ona görə də Məmmədova arxayın olmayın, proseslərə özünüz nəzarət edin. Bu ölkənin çox yaxşı işləyən xüsusi xidmətləri var, diqqətli olmaq lazımdı. Mxitaryan gəldi-gəlmədi, hər nüansa diqqət edilməlidi. Dövlət rəhbərliyi bu qədər xərci ona görə çəkməyib ki, Bakıda başqa təbliğatlar üçün meydan açsın. Ölkənin reklamını ən yaxşı şəkildə təmin etmək üçün hər cür şərait var. Məmmədov bacarmadı, pivə çəlləyi ilə gündəmə gəldi, ciddi insanlar daha ciddi addımlar atmalı, qalmaqalsız, bayrama çevrilən final təşkil etməlidi.
 
Artıq Elxan bəyə münasibət də dəyişməlidi. Ölkə futbolunun axırına çıxan bu şəxsin oyunlarına son qoyulmalıdı. Hamı narazıdı, bölgələr əldən gedir, pullar israf edilir, ortada isə nəticə yoxdu. Bir neçə ildən sonra milli komandalarda oynamağa kimsəni tapa bilməyəcəyik, çünki sağlam nəsil yetişdirilməyib. Bu gün “Arsenal”da yox, heç olmasa, Rusiyada, Türkiyədə oynayacaq səviyyədə 2-3 futbolçumuz yoxdusa, bunun da günahı baş katibdədi.
 
Ölkə futbolunun de-fakto sahibi dövlətin Ermənistanla müqayisədə dəfələrlə artıq qayğı göstərməsinin faydasını göstərə bilmir. Nə güclü milli komandamız var, nə də kadr ehtiyatımız. Və buna görə məhz futbol təsərrüfatına rəhbərlik edənlər cavab verməlidi. “Azərbaycanlıdan futbolçu yetişmir” deyənlər isə sussun, onlarla əks nümunə göstərə bilərəm. Rusiya miillisinə kimi yüksələn Aleksandr Səmədovdan tutmuş finalın səfirlərindən olan, hələ də İspaniyada sevilən Vəli Qasımova kimi. Sadəcə, ölkənin futbol idarəçiliyi düzgün qurulmayıb, istedadlar məhv olur.
 
CAVAD
 
P.S.: Final bitsin, Məmmədov 7 milyon dolların da hesabatını verməli olacaq. Pul dağıtmağa nə var ki?
P.P.S.: İndi bildinizmi Elxan bəy UEFA İcraiyyə Komitəsinə niyə seçilə bilmədi? UEFA-da bizi bizdən yaxşı tanıyırlar.

ZƏRURİ ƏLAVƏ: Bütün günah Qurban Qurbanovdadı, “Qarabağ”dadı. Avropa Liqasında “Arsenal” qrupda saxlansaydı, indi bu qədər söz-söhbət ortaya çıxmazdı. Bu iki cümlə sizə qəribə gəlməsin, baş katib yuxarılara izahat, raport verəndə bəlkə bunu da deyib.


 
tarix: 18-05-2019 12:14


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az