(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qəbələ” – “Sumqayıt” - 3:1

“Qəbələ” – “Sumqayıt” - 3:1

Azərbaycanda futbol mövsümünə bu gün rəsmən yekun vurulur. Ölkə kubokunun final matçı bitincə hamı üçün istirahət başlayacaq.
 
Naxçıvanda üz-üzə gələcək “Qəbələ” ilə “Sumqayıt” oyuna fərqli vəziyyətdə çıxacaq. Aşkar favoritin olmadığı dueldə “qırmızı-qaralar” nisbətən üstün görünsə də, heyətdəki itkilər qüvvələr nisbətini bərabərləşdirir.  Çünki özü də cəzalı olan baş məşqçi Sənan Qurbanov 3 aparıcı futbolçusunun xidmətindən məhrumdu.
 
Sabien Lilay və Amin Seydiyevin cəzalı olduğu üçün finalı buraxacağı öncədən bəlli idi. Onlara Ceyms Adeniyi də qoşulub. Bu mövsüm bütün turnirlərdə cəmi 31 oyuna 12 qol vuran nigeriyalı xəstələndiyi üçün finalda oynamayacaq. "Qəbələ"nin bombardirinin oynamaq ehtimalı cüzidi.
 
Naxçıvan Muxtar Respublika Stadionunda saat 17:00-da başlayacaq matça “Sumqayıt” bir itkiylə çıxacaq. Cəzalı duruma düşən Aleksey İsayev səfərə çıxsa da, onun oynamayacağı çoxdan bəlli idi. Ayxan Abbasovu Peyman Babayi və Ehtiram Şahverdiyevin yüngül zədəsi narahat edir, lakin bu futbolçular oynaya biləcək.

 
tarix: 19-05-2019 12:00


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az