(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Peymanın 70 illik üçün düşündüyü

Peymanın 70 illik üçün düşündüyü

"Sumqayıt"ın cənubi azərbaycanlı hücumçusu Peyman Babayi Azərbaycan və İran futbolunu müqayisə edib. Ölkə kubokunun finalı öncəsi danışan forvard başqa məqamlara da toxunub.
 
- Artıq 4 aydan çoxdu Azərbaycandasız. Futbolumuz, ölkəmiz haqda təəssüratlarınızı bilmək maraqlı olardı...
- Bəli, 4 aydır ki, buradayam. Özüm də əslən azərbaycanlı olduğum üçün ölkəyə uyğunlaşmaq o qədər də çətin olmadı. Sumqayıt çox gözəl şəhərdir. İnsanları qonaqpərvər, istiqanlıdır. Burada özümü evimdəki kimi hiss edirəm.
 
- Cənubi Azərbaycanda bizim futbolumuza maraq necədir?
- Oralarda əsasən “Qarabağ” və “Neftçi”ni tanıyırdılar. Buna səbəb də həmin klubların qitəmiqyaslı turnirlərdə iştirak etməsi idi. Lakin artıq “Sumqayıt”ın oyunlarına da maraq çoxdur. Sosial şəkəbələrdə bunu asanlıqla görmək mümkündür.
 
- Bilirik ki, Təbrizdə "Qarabağ” klubu çox sevilir. Yəqin ki, avrokuboklarda da bu komandaya azarkeşlik edirlər...
- Əlbəttə! Təbrizdə “Qarabağ”ın Avropa oyunlarını xüsusi maraqla izləyirlər.
 
- “Traktorsazi”nin yetirməsisiniz. Bu komandadan başqa, “Qostareş” və “Maşinsazi”nin də formasını geyinmisiniz. İran futbolu ilə bizimkini necə müqayisə edərdiniz?
- İranda əsasən güc futbolu üstünlük təşkil edir. Burada isə tam fərqli olaraq, taktiki üstünlük oyuna verilir.
 
- İranda, elə Təbrizin özündə futbola maraq az deyil. Stadionlara kifayət qədər azarkeş gəlir. Elə bir mühitdən çıxıb, burada 300-400 nəfərin qarşısında oynamaq necə hisddir?
- Azarkeş çox olanda futbolçu daha həvəslə oynayır. Sevindirici haldır ki, “Sumqayıt”ın bütün ev oyunlarında tribunalar tam dolur.
 
- “Sumqayıt”a gəldiyiniz ilk vaxtlarda özünüzü göstərə bilmirdiniz. Problem uyğunlaşma ilə bağlı idi?
- Ümumilikdə 6 qol vurmuşam. Fikrimcə bu, pis göstərici deyil. Əslində, problem uyğunlaşma ilə bağlı deyildi. Sadəcə, bəzi qarşılaşmalarda oyunumuz alınmırdı.
 
- Artıq Azərbaycan çempionatına tam uyğunlaşdığınızı demək olar?
- Bəli.
 
- Çempionatda “Səbail”in, kubokda isə “Zirə”nin qapısına vurduğunuz qollar baxımlı alındı. Deyəsən, bu cür qollar vurmağı sevirsiniz...
- Hər iki qol təsadüfən alındı. “Səbail”lə oyunda rəqib qapıçının öndə olduğunu gördüm və topu qapıya göndərdim. “Zirə” ilə matçda da həmçinin. Açığı, həmin epizodun qol olacağını düşünmürdüm (gülür).
 
- Naxçıvanda kubokun final oyunu var. "Qəbələ" ilə matçda şanslarınızı necə dəyərləndirirsiniz?
- Bldiyiniz kimi, bu oyun bizim tariximizdə ilk finaldır. Bütün komanda bu matça köklənib. Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaraq, Sumqayıt şəhərinin 70 illiyinə hədiyyə edək (qol.az).

 
tarix: 19-05-2019 13:05


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az