(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Rauf Əliyev “Qəbələ”dən təklif almayıb: “Son şansımız idi”

Rauf Əliyev “Qəbələ”dən təklif almayıb: “Son şansımız idi”

"Qəbələ"nin hücumçusu Rauf Əliyev Azərbaycan kubokunu qazandıqları matçdan sonra  Naxşıvana ezam olunmuş jurnalistlərə müsahibə verib. O, əvvəlcə təəssüratlarını bölüşüb.
 
- Əlbəttə, böyük sevinc hissləri keçirirəm. "Qəbələ"nin tarixində ilk kuboku qazandıq. Klubumuz neçə illərdi buna yaxın idi, ancaq qazana bilməmişdi. "Qəbələ"nin tarixinə adımı yazdırdığıma görə çox sevinirəm. Bu gün son şansımız idi. Həm kuboku qazanmaq, həm də bununla avrokuboklara vəsiqə qazanmaq baxımından. Bunu bacardıq. Bir daha komandanın bütün üzvlərini, hər kəsi təbrik edirəm.
 
- Oyun necə keçdi? Erkən qol vurmağınız hesabı qorumaq baxımından işinizi çətinləşdirmədi?
- Böyük hesabla qalib gələ bilərdik. Əsasən ilk hissədə 2-3 yaxşı qol epizodumuz vardı. İkinci hissədə özüm fərqlənə bilərdim. Amma alınmadı. İlk qol bəlkə bizim üçün çox yararlı oldu ki, başlayan kimi üstünlük qazandıq. "Sumqayıt" hələ özünə gəlməmişdi. Havaya baxanda çətin oyun gedirdi. Meydançanın da bəzi yerləri bizə çətinlik yaradırdı. Top qalxırdı, ağırlıq vardı. Ancaq əsas odur ki, sonda qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu.
 
- Oyunun şərltəri əvvəldən sizin üçün çətin başaldı. Bir tərəfdən cəzalılar, xəstələnən Ceyms Adeniyinin olmaması, oyunun startına çox az qalmış isə məlum oldu ki, Dmitri Bezotosnı zədələnərək oynamayacaq. Bu, psixoloji cəhətdən sizə təsir etmədi?
- Hər şeyə hazır idik, çünki çempionat gedə-gedə də hardasa bu oyuna hazırlaşırdıq. Bilirdik ki, bizim üçün hər şey bu matçdan asılıdır. İtkilərimiz oldu. Ancaq şükür Alllaha ki, onların yerlərində oynayanlar etimadı layqincə doğrultdular. Bugünkü gündə əsas məqsəd kuboku qazanmaq idi, onun da öhdəsindən gəldik. Hər şey əladır.
 
- Oyunun sonunda özün də zədələndin, hətta başın sarındı...
- Vurğun Hüseynovla hava mübarizəsi zamanı başım partladı. Bu, futboldur, olur belə şeylər. Nə edim?
 
- Kuboku qazanmasınız, indi sevinirsiniz. Bəs, bundan sonrasını düşünsünüz? O mənada ki, klubda müəyyən problemlər var, gələcək taleyi sual altındadı…
- O dərəcədə ciddi problem heç vaxt hiss etməmişdik. Həmişə bizə deyilirdi ki, oyunlara hazırlaşın, hər şey yolundadır. Biz də heç nəyə fikir vermədən hər qarşılaşmada oynamışıq. Artıq bundan sonra necə olacağını zamanı gələndə görəcəyik.
 
- "Qəbələ"ylə müqavilən bitir. Təkiflərin var?
- Bəli.
 
- Klubdan, yoxsa başqa yerlərdən?
- Başqa təkiflərim var. Hər şey qarşıdakı günlərdə - istirahət vaxtı bilinəcək.

 
tarix: 19-05-2019 22:10


 
Xəbər lenti
17.06.2019

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az